Beynəlxalq şahmat turnirində 5-ci turun görüşləri
Çexiyanın Teplika şəhərində keçirilən beynəlxalq şahmat turnirində dünən 5-ci turun görüşləri yekunlaşıb.

Ölkəmizi beynəlxalq qrossmeysterlər – Nicat Məmmədov, Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edirlər.

Nicat Məmmədov 5-ci turda Çexiya şahmatçısı Rikard Bioreki məğlub edərək 4 xal toplayıb və 7-ci pilləyə qədər yüksəlib. Türkan Məmmədyarova üçün də 5-ci turu uğurla keçib. Beləki, Türkan Çexiya şahmatçısı Ondrey Toma üzərində qələbə çalaraq xal ehtiyatını 3.5-ə çatdırıb. Digər qrossmeysterimiz - Zeynəb isə dünən məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, turnir iyunun 23-də başa çatacaq.

Xəbər 972 dəfə oxundu.