Avropa Kubokunda 3-cü turun görüşləri keçirilib
Gürcüstanın Ureki şəhərində keçirilən 12 yaşadək uşaqlar arasında Avropa Kubokunda 3-cü turun görüşləri keçirilib.

3 turdan sonra 12 yaş oğlanlar arasında həmyerlilərimiz Vüqar Əsədli və Andrey Mustafin 3 xal toplayaraq 2-3 yerləri, eyni yaş qızlar arasında Susan Məmmədli və İradə Əhmədova 2 xal toplayaraq 4-8 - ci yerləri bölüşüblər. Əlavə göstəricilərə görə, Susan Məmmədli 4-cü, İradə Əhmədova isə 8-ci yerin sahibidir.

10 yaşlılar arasında Vüqar Manafov, Mikayıl Fərhadov və Zeynəb İsmayılzadə 3 oyundan 3 xal toplayaraq liderlər qrupundadırlar. Mirmusa Feyziyev və Fərid Mustafayevin aktivində isə 2.5 xalı var.

Həmzə Mirzəyev və Aydın Süleymanlı 8 yaşlılar arasında 2.5 xal toplayaraq 8-10-cu yerləri bölüşdürürlər.

Xatırladaq ki, turnir iyunun 25 –də başa çatacaq.

Xəbər 694 dəfə oxundu.