Talinin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri
Moskvada Mixayil Talin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.

Turnirin 5-ci günündə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib. Qrossmeysterimiz rusiyalı şahmatçı Dmitri Andreykinlə qarşılaşıb. Görüş heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, bu idmançımızın turnirdə ardıcıl beşinci heç-heçə ilə başa çatmış qarşılaşması olub.

Xəbər 1049 dəfə oxundu.