"Real" fikrini gələn yaya kimi reallaşdıracaq
"Real Madrid" "Borussiya" nın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək niyyətindədir.

İdman.com.az saytı Marca qəzetinə istinadən xəbər verir ki, madridlilər yarımmüdafiəçini Xabi Alonsoya əvəz görürlər. Alonso ilə müqavilənin artırılması ilə bağlı danışıqlar isə müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl "Real" Gündoğanı almaq istəyirdi. Lakin "Borussiya" kəskin şəkildə buna narazılığını bildirib. Futbolçunun transfer dəyəri təxminən 25 milyon avro göstərilir. Bunun isə yalnız 2014-cü ilə kimi reallaşacağı gözlənilir.

Xəbər 1040 dəfə oxundu.