Top üzərinə imzalar atıldı
Gənclər arasında futbol üzrə Avropa çempionatının final oyunundan sonra İspaniya yığmasının bütün oyunçuları topun üzərində imzalarını qeyd ediblər.

İdman.com.az saytının məlumatına görə, bu top finalın qəhrəmanı Tyaqo Alkantara üçün nəzərdə tutulub.

Komandanın qapıçısı David De Xea isə topun üzərinə Alkanatara üçün "Mançesterdə görüşənə qədər" sözlərini yazıb.

Xatırladaq ki, bu yazı da son günlər Tyaqonun Mançester Yunayted komandasına keçəcəyi barədə söz-söhbətləri təsdiqləyib.

Xəbər 1124 dəfə oxundu.