Yarmfinalçılar bəlli oldu
İynunun 20-dən 30-a kimi Türkiyənin Mersin şəhərində təşkil olunmuş 17-ci Aralıq dəniz Oyunlarının basketbol üzrə ilk iki günün ardından yarımfinalçıları müəyyənləşib.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, A qrupunda ilk iki oyunlarında qalibiyyət əldə etməyi başaran Türkiyə və Makedoniya komandaları yarı finala yüksəliblər. Oyunda İtaliya komandası isə öz yarım final şansını tamamilə itirib.

Əlavə edək ki, iyunun 21-də Türkiyə-Makedoniya və Tunis-Serbiya komandaları üz-üzə gələcək. Bu oyunlardan sonra qrup birinciləri müəyyənləşəcək.

Aynurə

Xəbər 1035 dəfə oxundu.