Ronaldinyodan "Beşiktaş" açıqlaması
Son vaxtlar adı "Beşiktaş"la hallanan məşhur futbolçu Ronaldiyo yayılan xəbərlərə münasibət bildirib.

"Atletiko Minerio"nun futbolçusu klubun saytına verdiyi açıqlamada "Beşiktaş"a keçidi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Fikrimdə ancaq Libertadores Kubokudur. Yalnız bu yarışa köklənmişəm. Yayılan xəbərləri mən də eşitmişəm. Ancaq bunlar doğru deyil. Heç bir yerə getmirəm".

Qeyd edək ki, "Beşiktaş" klubunun prezidenti Fikrət Orman da Ronaldinyonun transferində maraqlı olduqlarını bildirmişdi.

Xəbər 1141 dəfə oxundu.