Azərbaycan – Almaniya. 1:3
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində futbol üzrə milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığma komandasını qəbul edib. Oyun 3:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb.
Hesabı 30-cu dəqiqədə Mesut Özil açıb. Birinci hissəsinin tamamına 4 dəqiqə qalmış Mario Qomes ikinci qolu vurub. 89-cu dəqiqədə Murad Hüseynov buraxılan toplardan birinin əvəzini çıxıb. Qarşılaşmada son qolun müəllifi isə 90+3-cü dəqiqədə fərqlənən Andre Şürrle olub.
Beləliklə futbolçularımız keçirdikləri 6-cı görüşdə 5-ci məğlubiyyətlərini alaraq Qazaxıstan yığması ilə birgə qrupda son iki pilləni bölüşürlər.


Avro-2012-nin seçmə mərhələ oyunu

AZƏRBAYCAN – ALMANİYA - 1:3
QOLLAR: Murad Hüseynov, 89 - Məsut Özil, 30; Mario Qomes, 41; Şurle, 90+3
Baş hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
AZƏRBAYCAN: Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Əfran İsmayılov, Vüqar Nadirov, Vaqif Cavadov.
ALMANİYA: Manuel Noyer, Dennis Aoqo, Filip Lam, Xolqer Badştuber, Mats Xummels, Toni Kroos, Benedikt Xevedes, Tomas Müller, Lukas Podolski, Məsut Özil, Mario Qomes.

Xəbər 1145 dəfə oxundu.