2014-cü ildə Real İlkay Gündoğanı alacaq
Real Madrid gələn yay Borussiyanın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək niyyətindədir. Xəbəri məşhur Marca qəzeti yayıb. Madridlilər onu Xabi Alonsoya əvəz kimi görürlər.

Qeyd edək ki, Alonso ilə müqavilənin artırılması ilə bağlı danışıqlar dayandırılıb. Real Gündoğanı bu il almaq istəyirdi. Lakin Borussiya kəskin şəkildə buna narazılığını bildirib. Tərəflər bu mövzuya gələn yay qayıdacaqlarını bildiriblər. Futbolçunun transfer dəyəri 25 milyon avro göstərilir.

Xəbər 1002 dəfə oxundu.