«Barsa» Handanoviç üçün 23 milyon verir
Yeni qapıçı axtarışında olan «Barselona» diqqətini Milan «İnter»inin forvardı Samir Handanoviçə yönəldib.

«Gazzetta dello Sport»un məludmatına görə, kataloniyalılar sloven futbolçu üçün milanlılara 23 milyon avro ödəməyə hazırdılar.

Bununla belə, «İnter»in prezidenti Massimo Moratti Handanoviçi 30 milyondan aşağı qiymətə satmayacağını bəyan edib.

İdman.com.az saytı xəbər verir ki, «Udineze»nin keçmiş qapıçısı milanlılara bir il öncə 11 milyon avroya başa gəlmişdi.

Xəbər 1118 dəfə oxundu.