Samuxda açıq rayon birinciliyi keçirilib
İyunun 18-də Samux şəhər 2 saylı tam orta məktəbin idman zalında Cüdo üzrə XXI əsrin ilk Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş açıq rayon birinciliyi keçirilib.

Samux Rayon Gənclər və İdman idarəsinin təskilatçılığı ilə keçirilən birincilikdə 11-12 yaşlı yeniyetmə cüdoçular mübarizə aparıblar.

Yarışda yerli idmançılarla yanaşı, Gəncə, Bərdə, Ağcabədi, Ağdam və Tovuz idmançıları tatami üzərinə çıxıblar. Gəncədən Təhsil Respublika İdman Mərkəzi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Spartak İdman Cəmiyyətinin tatami ustaları çıxış ediblər. Ümumilikdə 13 çəki dərəcəsində 100-ə yaxın cüdoçu mukafatlar uğrunda yarışıblar.

Yekun nəticələrə görə Rza Məmmədov (Gəncə TIM, 21 kq), Əlibaba Cabbarov (Bərdə, 24 kq), Bahadır Əliyev (Gəncə TIM, 27 kq), Huseyin Əsədov (Gəncə TIM ,30 kq), Mirşahin Məmmədov (Agcəbədi, 34 kq), Hüseyn Bayramov (Samux, 38 kq), Ayxan Tanrəverdiyev (Gəncə UGIM1, 42 kq ), Araz Quliyev (Samux, 46 kq), Mehdi Quliyev (Gəncə UGIM 1, 50 kq), Zili Əliyev (Agdam, 55 kq) və Sənan Quliyev (Samux, 55+ kq) birinciliyinin qalibi olublar.

Sonda qaliblər Samux Rayon İcra hakimiyyəti başçısı A.Qocayev tərəfindən fəxri fərman və medallarla təltif olunublar

Xəbər 1074 dəfə oxundu.