Bundesliqanın ən yaxşıları məlum oldu
“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi 2012/2013-cü illər mövsümündə Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib. Yarımmüdafiəçi 33 xalla Dortmund “Borussiya”sıınn polyak forvardı Robert Levandovskini 1 xal qabaqlayıb.

3-cü yeri isə 24 balla “Bayer”in alman forvardı Ştefan Kisslinq tutub. “Ən yaxşı məşqçi” adına “Bavariya”nın çalışdırıcısı Yupp Haynkes layiq bilinib. Haynkes komandanın qatıldığı 4 turnirin hamısında “Bavariya”ya qələbə qazandırıb. “Ən yaxşı məşqçi” səsverməsində 2-ci yeri “Frayburq”un çalışdırıcısı Kristian Ştrayx, 3-cü yeri isə “Bayer”in məşqçiləri Sami Hüppiya-Saşa Levandovski tutublar.

Xəbər 944 dəfə oxundu.