Ançelottinin "Real"da görmək istədiyi ilk futbolçu
Yaxın günlərdə "Real"a transfer olunacağı gözlənilən PSJ-nin baş məşqçisi Karlo Ançelottinin Madrid klubuna gətirmək istədiyi ilk futbolçunun adı məlum olub.

Bu, Braziliya milli komandasını və "Korintians"ın oyunçusu Paulinyodur.

Madrid klubunun yarımmüdafiəçinin transferi üçün 20 milyon avroluq büdcə ayırdığı bildirilir.

Qeyd edək ki, 24 yaşlı oyunçu ilə "İnter" və "Tottenhem"də maraqlanır.

Xəbər 1100 dəfə oxundu.