Mourinyoya görə PSJ-yə “yox” dedi
Karlo Ançelottinin yerini doldurmaq istəyən PSJ-yə yeni baş məşqçi namizədi rədd cavabı verib. “Tottenhem”in baş məşqçisinə göz dikən parislilər istəyinə nail ola bilməyib.

35 yaşlı Andre Vilyaş Boaş Premyer-Liqada qalmağı seçib. Buna səbəb isə onun müəllimi Joze Mourinyonun İngiltərəyə gəlməsi olub. Belə ki, Boaş rəhbəri olduğu komandanın müəlliminin komandası ilə qarşılaşmağını çox istəyir.

Xəbər 888 dəfə oxundu.