"İnter" rəqibini darmadağın etdi
"İnter" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.

Dünən komanda toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxıb. Avstriyanın "SV İnnsbruk" komandasıyla üz-üzə gələn "İnter" rəqibin qapısından 8 cavabsız top keçirib. Komandanın heyətində Mirsahib Abbasov het-trik edib, Asif Məmmədov, Vaqif Cavadov, Coşqun Diniyev, Abdulla Abatsiyev və Arif Daşdəmirov isə hərəyə 1 qola imza atıblar.

Qeyd edək ki, ayın 22-də "İnter" növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.

Xəbər 915 dəfə oxundu.