«Qəbələ» növbəti transferini reallaşdırmağa hazırlaşır
«Qəbələ» növbəti transferini reallaşdırmağa hazırlaşır. Bölgə klubu dağıstanlı Şamil Asildarovla anlaşıb. 30 yaşlı forvardın yaxın günlərdə ölkəmizə gələcəyi deyilir. Şamil tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Asildarov karyerası ərzində yalnız Rusiya klublarında çıxış edib. O, ardıcıl olaraq «Dinamo» (Mahaçqala, 2000-2004, 165 oyun, 91 qol), «Ximki» (2005, 9 oyun, 4 qol), «Kuban» (2006, 20 oyun, 18 qol), «Lokomotiv» (2006, 4 oyun, 1 qol), «Kuban» (2007, 13 oyun), «Terek» (2007, 12 oyun, 4 qol), «Anji» (2008, 21 oyun, 6 qol), «Luç-Energiya» (2008, 9 oyun, 1 qol), «Spartak» (Nalçik, 2009, 14 oyun, 8 qol) və «Terek»də (2010-2012, 65 oyun, 17 qol) çıxış edib. Onun son iş yeri «Volqa» olub. 2012-ci ildən Nijni-Novqorod klubunda çıxış edən dağıstanlı futbolçu 13 oyunda 3 qola imza atıb.

Onu da qeyd edək ki, «Qəbələ» bundan əvvəl Vladimir Levin, Nizami Hacıyev, David Pieterzkeiviç, Dmitri Kramarenko, İbrahima Niasse, Lorenzo Ebesilyo və Əbdülvahid Afolabi ilə müqavilə

Xəbər 968 dəfə oxundu.