PSJ Ançelottinin əvəzləyicisini tapdı
PSJ klubu son vaxtlar klubdan ayrılacağı deyilən baş məşqçi Karlo Ançelottinin əvəzləyicisini tapıb. Bu, Rusiya milli komandasının baş məşçisi Fabio Kapellodur.

Fransa klubunun prezidenti ve sahibi Nasser Əl-Xelaifi, Rusiya Futbol Federasiyası ile danışıqlardan müsbət cavab alıb. Xəbərə görə, PSJ klubu qarşı tərəfə üç milyon avro ödəyəcək.

Paris təmsilçisi italiyalı mütəxəssislə bir illik müqavilə imzalamaq fikrindədir. 2014/2015-ci illərdə isə komandaya Arsen Vengerin gətiriləcəyi gözlənilir.

Xəbər 842 dəfə oxundu.