“Neftçi”dən sürpriz transfer
Karlos Aleşandre Kardosodan sonra “Neftçi” klubu daha bir transferi həyata keçirib. Buna sürpriz transfer də demək olar. Belə ki, baş məşqçi Böyükağa Hacıyev son vaxtlar heç də yaxşı səviyyədə çıxış etməyən futbolçu Vasif Əliyevi çempion heyətdə görməyə layiq bilib.

2003/04 mövsümündə “Neftçi”nin heyətində çıxış etmiş sol cinah yarımmüdafiəçisi sonralar “Bakı” və “Standard”la yanaşı, birinci divizion təmsilçisi “Tərəqqi”nin də şərəfini qoruyub. Paytaxt klubu ilə Avstriyaya, təlim-məşq toplanışına aparılacaq futbolçu ilə yaxın günlərdə müqavilə bağlanacaq.

Qeyd edək ki, Vasif Əliyev “Neftçi”nin əfsanəvi futbolçularından olmuş Asif Əliyevin oğludur.

Xəbər 1128 dəfə oxundu.