Yeniyetmə güləşçilərimizdən 3 qızıl və 1 bürünc medal
Çernoqoriyanın Bar şəhərində yeniyetmə arasında Avropa çempionatı start götürüb. İdman.com.az saytı xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulublar.

Pəhləvanlarımızdan 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçisini üstələyib.

50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşdə rumıniyalı rəqibini udub.

Xəbər 1033 dəfə oxundu.