Maurinyo Abramoviçdən Sneyderi istəyir
«Çelsi»nin baş məşqçisi Joze Maurinyo klubun sahibi Roman Abramoviçdən «Qalatasaray»ın yarımmüdafiəçisi Uesli Sneyderin alınmasını şəxsən istəyib.

«Daily Mirror»un yazdığına görə, Maurinyo bu xahişi hələ «Stemford Bric»ə rəsmən qayıtmamışdan edib.

Sneyder və Maurinyo bir-birini çox yaxşı tanıyırlar. Onlar Milan «İnter»ində birlikdə işləyiblər və birgə 2010-cu il Çempionlar Liqasını qazanıblar. Joze niderlandlı pleymekerin ona «Çelsi»dəki yenidənqurmanı tamamlamaqda kömək etməsini istəyir.

İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray» 29 yaşlı Sneyderi bu ilin yanvarında 6,5 milyon funta alıb.

Xəbər 1117 dəfə oxundu.