«Şalke» Farfan üçün «8» dedi
Transfer işlərini davam etdirən, ancaq rəsmi cəhdlər üçün iyunun 22-də ediləcək seçimi gözləyən «Qalatasaray»da hər gün bir-birindən fərqli iddialar gündəmə gəlir. İdman.com.az saytı xəbər verir ki, Didye Droqba və Uesli Sneyder transferlərinin ardından transfer bazarının da cazibə mərkəzlərindən biri halına gələn «Qalatasaray», xaric medianın da maraq mərkəzi olmaqdadır.

Luis Nani ilə bağlı «Qalatasaray» söhbətlərini yaxından təqib edən xarici mətbuat, bu dəfə də Farfan – «Qalatasaray» söhbətlərini ortaya atıb.

Farfan ilə yaxından maraqlanan və perulu ulduz üçün cəhd edən «Qalatasaray»ın prezidenti Aysalın məsləhətçisi Bülent Tulun vasitəsilə «Şalke» ilə bir ilkin görüş etdiyi və Farfanın vəziyyətini soruşduğu öyrənildi. Farfan üçün bazar araşdırması aparan klub, «Şalke»dən gələn «8 milyon avro» cavabının ardından geri addım atdı.

«Qalatasaray»ın transfer cəhdlərini yaxından izləyən ispan və alman mətbuatı da klubun Farfan həmləsinə belə şərh verib: «Farfan keçən il «Qalatasaray»a qarşı oynamışdı. Bu il isə Sneyder, Droqba və Melo kimi adlar ilə eyni soyunub-geyinmə otağını paylaşa bilər».

Xəbər 1017 dəfə oxundu.