Boksçularımız İtaliyada rusiyalılara qalib gəliblər
İtaliyada təlim-məşq toplanışında olan Azərbaycanın boks yığması iyunun 3-dən orada keçirilən Rusiya və yerli boksçularla bir dövrədən ibarət turnirdə iştirak edir. Yarışın ilk günü İtaliya komandası Rusiyaya 8:1 hesabı ilə qalib gəlib. Sonra ruslar ikinci məğlubiyyəti bizim boksçulardan alıblar. Komandamız bu görüşü 6:2 hesabı ilə başa vurub. Boksçularımızdan Tural Əhmədov (49 kq), Məhəmməd Əbdülhəmidov (52 kq), Emil İksanov (60 kq), Emil Məhərrəmov, (69 kq), Vətən Hüseynli (81 kq) və Əbdülqədir Abdullayev (91 kq) görüşlərini qələbə ilə başa vurublar.

Xəbər 1016 dəfə oxundu.