«Qalatasaray» Mikelin izində
«Qalatasaray» «Çelsi»nin yarımmüdafiəçisi Con Obi Mikelə maraq göstərir. İdman.com.az saytı xəbər verir ki, Joze Maurinyo Londonda ilk işində Mikelə bir o qədər də etibar etmirdi. Bununla da bağlı belə söhbətlər yayılıb ki, məşqçi Nigeriya yığmasının oyunçusunun xidmətindən imtina edə bilər.

Maurinyonun orta xəttə Xabi Alonso, Sami Xedira, Daniel de Rossi və Maruan Fellayni kimi futbolçulara maraq göstərməsi ilə bağlı söhbətlər də bu iddilara əsas verir. Premyer Liqada son mövsümündə 26 yaşlı Mikel start heyətində meydana 19 dəfə çıxmışdı.

Nigeriyalının klubla müqaviləsi 2017-ci ilədəkdi və yalnız 12 milyon funtdan yuxarı məbləğ «Çelsi»ni Mikellə vidalaşmağa sövq edə bilər. «Daily Mirror» isə iddia edir ki, londonlular bu futbolçunun transferindən 18 milyon da qazana bilərlər. «Qalatasaray»ın idman direktoru Bülent Tulun Mikellə bağlı ilkin danışıqlar üçün attıq Londona yollanıb.

Xəbər 950 dəfə oxundu.