Moskva “Spartak”ı türk futbolçu alır
Moskvanın “Spartak” klubu yeni türk futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə futbolçunun özü məlumat verib.

“Trabzonspor”da forma geyən Giray Kaçar Moskva klubundan təklif gəldiyini təsdiqləyib. Futbolçu “Spartak”ın onun “bordo-mavilər”lə müqaviləsinin davam etdiyini bildiyini və azad olması üçün 4 milyon avro ödəməyə hazır olduğunu da qeyd edib. Giray sonda “Trabzonspor”un ona qal deyəcəyi təqdirdə düşünmədən qalacağını bildirib.

Xəbər 832 dəfə oxundu.