Qazaxda açıq rayon turniri keçirilib
13-15 iyun tarixlərdə Qazax şəhər stadionunun idman zalında 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Turnirdə Qazax rayon Gənclər və İdman İdarəsi nəzdində UGİM-nin, rayon Təhsil şöbəsi nəzdində UGİM-nin, "Göyəzən" MMC nəzdində fəaliyyət göstərən UGİM-nin və Ağstafa rayon Gənclər və İdman İdarəsi nəzdində UGİM-nin idmançıları (ümumilikdə 132 nəfər) mübarizə aparıblar.

Sonda qaliblər və mükafatçılar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Xəbər 1025 dəfə oxundu.