İmişlidə mini futbol üzrə rayon çempionatı keçirilib
7-13 iyun tarixlərdə İmişli rayon Gənclər və İdman idarəsi "Məhsul" KKİC-i birgə təşkilatşılığı ilə mini futbol üzrə rayon çempionatı keçirilib.

Yarış "Məhsul" KKİC-nin idman meydançasında rayon bələdiyyələrindən, kənd və şəhər ərazisindən 24 komanda iştirakı ilə keçirilib.

Yekun nəticələrə görə İmişli şəhər bələdiyyəsi birinciyə, Yalavac kənd bələdiyyəsi ikinciyə və "Araz" komandası isə üçüncü yerə layiq görülüblər.

Sonda ilk yerləri tutmuş komandalar idarə tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 977 dəfə oxundu.