Qran-Pri yarışlarının ilk mərhələsi başa çatıb.
İsveçin paytaxtı Stokholmda motorlu qayıqsürmə üzrə Qran-Pri yarışlarının ilk mərhələsi başa çatıb.

Azərbaycanı bu yarışda isveçli Yonas Andersson təmsil edib. Təsnifat mərhələsində 00:47:87 nəticəni göstərərək finiş xəttini 5-ci keçən Andersson, əsas mərhələdə daha uğurlu çıxış edib. Təkcə öz həmyerlisi, son 2 ilin dünya çempionu Erik Starkdan geri qalan Andersson, əsas mərhələni 00:31:15:50 nəticə ilə başa vurmaqla gümüş mükafata sahib olub. Beləliklə, mükafatçılar sırasına düşən Andersson ilk mərhələdən sonra aktivinə 15 bal yazdıra bilib.

Andersson 2004-2005-ci illərin dünya çempionudur. Azərbaycan Motorlu Qayıqsürmə Federasiyasının təşəbbüsü ilə "Team Azerbaijan"ı yaratmışdır. Andersson, həmçinin idmanın bu növündə F-1 yarışlarında da çıxış edir.

Qran-Pri yarışlarının ikinci mərhələsi 6-7 iyul tarixində "Avesta Konsern"in dəstəyi ilə Bakıda keçiriləcəkdi.
trend.az

Xəbər 1540 dəfə oxundu.