U-19 yoxlama oyunu keçirəcək
Bu ayın sonunda Arif Əsədovun rəhbərlik etdiyi U-19 millimiz Bakıda təlim-məşq toplanışı keçəcək. Baş məşqçinin sözlərinə görə, hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcəklər.

Rəqiblərdən ikisi məlum olsa da, üçüncünün kimliyinə hələ aydınlqı gəlməyib: “Ayın 21-də Bakıda toplaşacağıq. 2 gün burda məşq etdikdən sonra 23-ü günorta Avstriyaya uçacağıq. Ayın 26, 28 və 30-da 3 dənə oyun planlaşdırmışıq. Rəqiblərimiz tam bilinmir. Mənə təxmini deyiblər ki, variantlar var. Yerli “Şturm”un əvəzedici heyəti, “Tirol” və bir alman klubu ilə qarşılaşa bilərik. Bu cür variantlar var. Onu yerində bizə təqdim edicəklər. Vaxtları məlum olsa da, rəqiblərin kimliyi tam bilinmir. Yuxarıda da qeyd etdiyim kimi, əsasən klublarla qarşılaşacağıq”.

Xəbər 856 dəfə oxundu.