AZAL Viktor İqbekoyi ilə müqavilə imzalaya bilər
AZAL “Sumqayıt” idmançısı Murad Ağayevlə münasibətlərini rəsmiləşdirib.

U-21-in Rusiya doğumlu futbolçusu ilə 2 illik müqavilə bağlanılıb. Bundan əlavə, AZAL yaxın günlərdə Viktor İqbekoyi ilə də yeni müqavilə bağlamağı planlaşdırıb. Nigeriyalı futbolçu hazırda vətənindədir. O, Bakıya gələn kimi 1 illik müqavilə bağlanacaq. “İnter”dən təklif aldığı deyilən digər nigeriyalı - Usim Ndukanın isə AZAL-da yenidən çıxış etməsi sual altındadır.

Qeyd edək ki, Viktor İqbekoyi AZAL-ın yeni müqavilə şərtləri ilə razılaşmadığı üçün “Dənizlispor”la danışıqlara başlamışdı. Ancaq Türkiyə klubu ilə danışıqlar yarımçıq dayandırıldığından, Viktor daha az maaşa AZAL-ın şərtləri altında oynamağa razılıq verib.

Xəbər 1116 dəfə oxundu.