«Neftçi» yay hazırlığını Avstriyada keçəcək
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək «Neftçi» yay hazırlığını Avstriyada keçəcək. İyunun 20-də bu ölkəyə yollanacaq «ağ-qaralar»ın yoldaşlıq oyununda qarşılaşacağı ilk rəqib artıq bəllidi.

Böyükağa Hacıyev yetirmələrini Rusiyanın «Volqa» (Nijni-Novqorod) klubu ilə oyunda sınayacaq. Oyun iyunun 29-da keçiriləcək.

Qeyd edək ki, «Volqa» Rusiya Premyer Liqasında mövsümü 12-ci pillədə başa vurub. Bu komandada əvvəllər millimizin üzvü Vaqif Cavadov çıxış edib.

Xəbər 828 dəfə oxundu.