İlkay Gündoğan gələcək karyerasından danışdı
Dortmund “Borussiya”sının futbolçusu İlkay Gündoğan gələcək karyerası haqqında danışıb. Adı “Real” və “Barselona” kimi klublarla hallanan türkəsilli oyunçu komandadan ayrılmayacağını deyib:“Bu cür söyləntilər futbolda hər zaman var. Gələcəyimlə bağlı qərar verərkən əvvəlcə ailəmlə danışacağam. Amma dəqiq olaraq onu söyləyə bilərəm ki, yeni mövsümdə də “Borussiya” forması geyəcəm. Daha sonra isə nələrin olacağını hamımız birlikdə görəcəyik”.

Qeyd edək ki, son mövsüm göstərdiyi oyunla bəyənilən İlkayın komandası ilə 2015-ci ilə qədər müqaviləsi var.

Xəbər 1240 dəfə oxundu.