Veteran idmançımız Avropa çempionu oldu
Mayın 28-dən iyunun 4-dək Almaniyanın Haynshayn şəhərində usta ağır atletlər arasında Avropa çempionatı keçirilib. Ölkəmizi bu mötəbər yarışda təmsil edən veteran idmançılar vətənə uğurla qayıdıblar.
Belə ki, dünya rekordçusu Akif Alıyev M-4 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla isə 95 kq çəkinin öhdəsindən gələrək Avropa çempionu adını qazanıb.
Digər atletlərimizdən M-1 yaş qrupu üzrə Zəfər Tağıyev 77 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 110 kq, təkanla isə 140 kq, Ağakərim Kərimov isə +105 kq çəki dərəcəsində, birdən qaldırma hərəkətində 140 kq, təkanla 168 kq çəkinin öhdəsindən gələrək çempionatın gümüş medalına layiq görülüblər.

Xəbər 1115 dəfə oxundu.