“Simurq”un rəsmi adında dəyişiklik oldu
“Simurq” rəsmi adında dəyişiklik edib.

Zaqatala təmsilçisi bundan sonra Peşəkar Futbol Klubu deyil, Peşəkar İdman Klubu adlandırılacaq.

"Simurq" bununla regionda futbolla yanaşı, digər idman növlərinində inkişafına öz töhfəsini verəcək. Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunacaq məşqlərə qatılan idmançılar respublika səviyyəli yarışlarda iştirak edəcək, komandanın adından Zaqatalanı təmsil edəcəklər.

Xəbər 701 dəfə oxundu.