«İnter»in ilk rəqibi 4-cü liqa klubu oldu
«İnter»in Avstriyadakı təlim-məşq toplanışı davam edir. Bu gün «bankirlər» toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.

Baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Avstriyanın «İnnsbruk» klubu ilə oyunda sınayacaq. Matç yerli vaxtla saat 19.00-da başlayacaq.

Qeyd edək ki, «İnnsbruk» Avstriyanın gücünə görə 4-cü liqasının Tirol zonasında mübarizə aparır. Komanda ötən mövsümdə 30 qarşılaşmada 43 xal toplayıb və bu nəticə ilə 16 komanda arasında 8-ci olub.

Xəbər 845 dəfə oxundu.