Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yeniyetmələrin Respublika Oyunlarının coğrafiyası ilbəil genişlənir
Tarix: 27.03.2011 | Saat: 12:23:00 | E-mail | Çapa göndər
Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin kollegiyaları, Milli Olimpiya Komitəsi və Həmkarlar İttifaqları Konfederasiyası icraiyyə komitələrinin birgə qərarına əsasən, 2010-cu il ərzində Yeniyetmələrin VII Respublika Oyunları keçirilib. Bu Oyunlar 1998-ci ildən keçirilir. 2000-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda 40 minə yaxın tamaşaçı və 5 min yeniyetmə idmançının iştirak etdiyi I Respublika Oyunlarının təntənəli açılışı mərasimində ümummilli liderimiz Heydər Əliyev çıxışında ölkəmizdə kütləviliyinə görə ən möhtəşəm tədbir olan bu oyunların iki ildən bir keçirilməsini tövsiyə etmişdi. Yarışların təşkilatçıları bu tövsiyəni rəhbər tutaraq, ildən-ilə oyunların daha da kütləvi olması istiqamətində mühum işlər görüblər. İştirakçıların sayı ildən-ilə artır. Müqayisə üçün deyək ki, Yeniyetmələrin IV Respublika Oyunlarında bütün mərhələlər üzrə 80 min, yalnız finalda 6319, V oyunlarda bütün mərhələlər üzrə 83 min, yalnız finalda 6531 yeniyetmə medallar uğrunda mübarizə aparırdısa, VI-da bu göstəricilər, müvafiq olaraq, 76 min (II, III mərhələdə), final yarışlarında 6011 nəfər olub.
Yeniyetmələrin VII Respublika Oyunlarında ilk dəfə idmançılara vəsiqələr verilib. Vəsiqələr idman növləri üzrə yarışların final mərhələsində iştirak edən 3530 idmançıya verilib.
Bu oyunlar əvvəlkilərdən yarışların keçirilmə proqramı və şərtləri, idmançıların yaş dərəcələri, iştirakçıların qəbul şərtləri, yarışların təşkili və keçirilmə səviyyəsi baxımından fərqlənirdi. Proqrama daxil olan idman növləri üzrə (boks və stolüstü tennis idman növündən başqa) yarışlar komanda xarakteri daşıyırdı: Bakı, Gəncə, Sumqayıt şəhərlərində fəaliyyət göstərən idman təşkilatları növlər üzrə müstəqil komanda kimi çıxış etmişdilər. Bundan başqa, boks idman növündə ən azı 8; ağırlıqqaldırma, cüdo, sərbəst və yunan-Roma güləşində ən azı 6 çəki dərəcəsi ilə təmsil olunmayan komandalar yarışlara buraxılmayıb. İdman növləri üzrə yarışların komanda xarakteri daşıması perspektivli idmançıların üzə çıxarılmasına şərait yaradıb.
Yeniyetmələrin VII Respublika Oyunlarının proqramına daxil olan idman növləri üzrə zona və final mərhələləri müxtəlif şəhər və rayonlarda keçirilib. Ölkə prezidenti cənab İlham Əliyevin istifadəyə verilmiş olimpiya idman komplekslərində bədən tərbiyəsi və idman işinin daha da canlandırılması haqqında tövsiyəsi rəhbər tutularaq, idman növləri üzrə zona və final yarışlarının keçirilməsində bu müasir idman qurğularından səmərəli istifadə olunub.
Yarışların zona və final mərhələlərinin müxtəlif bölgələrdə keçirilməsi idman növlərinin yerlərdə təbliğinə, fəaliyyət göstərən müasir idman bazalarından səmərəli istifadə olunmasına, yerlərdə respublika miqyaslı yarışların təşkili və keçirilməsində böyük təcrübənin qazanılmasına xidmət göstərib.
Eyni zamanda yarışların bölgələrdə keçirilməsi onu da göstərdi ki, bəzi şəhər və rayon gənclər və idman idarələri bu yarışlarda öhdələrinə düşən işlərin həyata keçirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Bu hal idarələrdə çalışan əməkdaşların peşə səviyyələrinin günün tələblərinə cavab verməməsinin göstəricisidir.
Yeniyetmələrin VII Respublika Oyunlarının təşkili və keçirilməsi yeniyetmələrin idman ustalıqlarının artırılması ilə yanaşı, idman növləri üzrə yığma komandalar üçün ehtiyat qüvvənin hazırlanmasında da xüsusi rol oynayıb.
Oyunlarda 13-14 yaşlı idmançılar öz qüvvələrini sınayırdılar və beləliklə də gələcəkdə yeniyetmələrdən ibarət yığma komandaların formalaşma prosesi başlamış olur. Yığma komandaların komplektləşmə prosesinin bu qayda ilə aparılması gələcəkdə idman nailiyyətlərinin artmasına ümid verir.
Yeniyetmələrin VII Respublika Oyunlarının proqramına daxil olan yarışlar təqvim ili üzrə - yəni il boyu keçirilib. Təcrübə onu göstərir ki, məhz bu üsul idmançıların yarışlara planlı və məqsədyönlü hazırlığını sadələşdirir.
Yarışların əsasnaməsinə uyğun olaraq, komandalar iki qrupda (I qrupda şəhərlər, II qrupda rayonlar) öz aralarında mükafatlar uğrunda mübarizə aparıblar.
Oyunların gedişi ölkəmizin bütün bölgələrində təbliğ olunub və işıqlandırılıb.
Yeniyetmələrin VII Respublika Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsi, gənc idmançıların öz imkan və bacarıqlarını nümayiş etdirmələrinə obyektiv imkan yaratmış oldu.
Yarışların əsas məqsədi respublikada idman növlərinin inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsinin rolunun artırılması, respublikanın bölgələrində idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, yeniyetmələrin ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, istifadəyə verilmiş olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi idi. Eyni zamanda, oyunların qarşısında duran əsas vəzifə perspektivli idmançıların aşkar edilməsi və müvafiq yaş qrupları üzrə respublikanın idman növləri üzrə yığma komandalarına namizədlərin müəyyən edilməsi idi.
Yarışların əsasnaməsinə uyğun olaraq, oyunların final mərhələsinin proqramına 11 idman növü üzrə yarışlar daxil edilib və Yeniyetmələrin VII Respublika Oyunlarının ümumkomanda hesabı 2 qrupda aparılıb:
- I qrup şəhərlər (Naxçıvan MR, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Şəki, Yevlax və Lənkəran);
- II qrup respublikanın rayonları.
Yeniyetmələrin VII Respublika Oyunları üç mərhələdə keçirilib.
Yarışların ilkin mərhələsi 2010-cu il ərzində təhsil şöbələri və rayon (şəhər) gənclər və idman idarələri (baş idarələr) tərəfindən oyunların əsasnaməsinə uyğun olaraq keçirilib.
İlkin mərhələdə bütün şəhər və rayonlardan 78 mindən artıq yeniyetmə idmançı iştirak edib. Bu göstərici VI Respublika Oyunlarındakından 2000 çoxdur.
II mərhələdə oyunların proqramına daxil olan sərbəst və yunan-Roma güləşi, basketbol, voleybol, stolüstü tennis, boks və futbol yarışlarının zona birincilikləri keçirilib.
Final yarışları və idman növləri üzrə zona birincilikləri bir çox şəhər və rayonlarda, o cümlədən Bakı, Gəncə, Lənkəran, Qusar, Şəmkir, Salyan, Qazax, Sabirabad, İsmayıllı, Quba, Biləsuvar, Kürdəmir, Mingəçevir, Ağdaş və Şəkidə yüksək səviyyədə təşkil olunub və gənc idmançılar üçün əsl idman bayramına çevrilib.
Final yarışları 2010-cu il ərzində beynəlxalq standartlara uyğun idman qurğu və bazalarında keçirilib. Final yarışları 10 növ üzrə proqramı əhatə edib. Belə ki, qızlar 5 növ üzrə 14 proqramda, oğlanlar isə 10 növ üzrə 63 proqramda medallar uğrunda mübarizə aparıblar. O cümlədən:

№ İdman növü Proqramların sayı
Oğlan Qız Cəmi
1. Ağırlıqqaldırma 12 - 12
2. Futbol 1 - 1
3. Voleybol 1 1 2
4. Cüdo 10 10 20
5. Basketbol 1 1 2
6. Həndbol 1 1 2
7. Stolüstü tennis 1 1 2
8. Sərbəst güləş 10 - 10
9. Yunan-Roma güləşi 10 - 10
10. Boks 16 - 16
CƏMİ: 63 14 77


Final mərhələsində 66 şəhər və rayondan 1947 yeniyetmə idmançı (o cümlədən 469 qız) iştirak edib. Ümumiyyətlə, VII Respublika Oyunlarının II və III mərhələlərində (zona və final yarışlarında) 66 şəhər və rayonun 3530 yeniyetmə idmançısı çıxış edib.
Bu rəqəmlər idman növləri üzrə idman məktəblərində inkişaf etdirilən növlərin coğrafiyasından irəli gəlir.
VII Respublika Oyunları özündən əvvəlki kompleks tədbirlərdən, əsasən kütləviliyinə görə fərqlənir. Faktlara müraciət etdikdə, görürük ki, IV Respublika Oyunlarının ilkin mərhələsində cəmi 80 min iştirakçı olmuşdusa, V Respublika Oyunlarında bu göstərici, 3 min artaraq, 83 minə çatıb. Əksər şəhər və rayonların gənc idmançıları VII Respublika Oyunlarında iştirak edib.
Sevindirici haldır ki, bir sıra rayonların yeniyetmə idmançılarından ibarət komandaları final yarışlarının proqramına daxil olan əksər idman növlərində daha yüksək nəticələrlə şəhər komandalarına qalib gələrək, mükafatçılar sırasına çıxıblar. Məsələn, sərbəst güləş yarışlarında Qazax, yunan-Roma güləşində Gəncə, ağırlıqqaldırmada Lənkəran, boksda Naxçıvan komandaları fərqləniblər.
Komanda idman növlərindən fərqli olaraq, təkmübarizlik idman növlərində mükafatların 75%-i rayon komandalarının payına düşüb. Öz növbəsində bu da gələcəkdə idman növləri üzrə yığma komandaların heyətində rayon idmançılarının üstünlük təşkil edəcəyindən xəbər verir.
VII Respublika Oyunlarının zona və final yarışları şəhər və rayon olimpiya idman komplekslərində keçirilib. Bu idman bazaları və qurğularında yarışların yüksək texniki səviyyədə təşkili və keçirilməsi üçün mövcud imkanlardan tam istifadə olunaraq, idmançılar üçün tələb olunan şərait yaradılıb.
Final yarışlarının gedişində bəzi nümayəndə və idmançıların yarış əsasnamə və qaydalarını pozması halları müşahidə edilib və onların qarşısını almaq üçün vaxtında tədbir görülüb.
Oyunların proqramına daxil olan idman növləri üzrə yarışları dəfələrlə ölkə, Avropa və dünya səviyyəli yarışlarda hakimlik etmiş şəxslər idarə ediblər. Federasiyaların təqdim etdikləri hakim heyətləri yarışların yüksək səviyyədə keçməsini təmin ediblər. Baş hakimlər kollegiyası və idman növləri üzrə hakimlər heyətləri öz vəzifələrinin öhdəsindən bacarıqla gəliblər. Yarış iştirakçılarının sənədlərinin tərtibatında, idmançıların yaş dərəcələrində uyğunsuzluq hallarının qarşısını almaqda onlar peşəkarcasına çalışıblar.
Oyunların yüksək səviyyədə təşkili və keçirilməsi yalnız bu tədbirin təşkilatçıları olan Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Həmkarlar İttifaqları Konfederasiyasının birgə səyi, həmçinin tədbirin keçirilməsinə cəlb edilmiş digər təşkilatların, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin fəal köməyi nəticəsində mümkün olub. Oyunların təşkili və keçirilməsində proqrama daxil edilmiş idman növləri üzrə respublika federasiyalarının da bilavasitə iştirakını və köməyini qeyd etmək lazımdır.
Bütün bunlarla yanaşı, onu da qeyd etməliyik ki, Oyunların proqramına daxil olan idman növləri üzrə yarışlarda qalib və mükafatçılar sırasına düşmüş idmançılar beynəlxalq miqyaslı idman tədbirlərində də ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Bu isə Yeniyetmələrin Respublika Oyunlarının müstəsna əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Tam əminliklə demək olar ki, Oyunların keçirilməsində qarşıya qoyulmuş məqsəd və vəzifələr yerinə yetirilib

Aygün HÜSEYNOVA,
Gənclər və İdman Nazirliyi
İdman məktəbləri sektorunun
baş məsləhətçisi


Xəbər 2115 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru