Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq universal döyüş turniri start götürüb. Yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və s. ölkələrdən 400-dək idmançı bacarıqlarını nümayiş etdirir. Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən turniri 16 hakim idarə edir. Yarışların açılış mərasimi mayın 7-də olacaq.
Qeyd edək ki, 2004-cü ildən, ənənəvi olaraq, hər il universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq turnir keçirilir. Ötən il keçirilən yarışda Azərbaycan komandası birinci olmuşdu.
|