Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olacaq.
“Barselona” öz meydanında “Bavariya”nı qəbul edəcək. İlk oyunda rəqibinə 4:0 hesabı ilə qalib gələn “Bavariya”nın şansları daha üstün görünür. Lakin “Barselona”nın da rahat təslim olmayacağı şübhə doğurmur. Hər iki komandanın futbolçuları da açıqlamalarında cavab qarşılaşmasının asan olmayacağını bildirib.
Xatırladaq ki, digər yarımfinal görüşündə iki oyunun nəticəsinə görə, Dortmund “Borussiya”sı finala vəsiqə qazanıb.
Çempionlar Liqası, yarımfinal, cavab oyunları
1 may
23:45. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
İlk oyun (0:4)
30 aprel
23:45. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qol: Benzema, 83 (1:0), Ramos, 88 (2:0)
İlk oyun (1:4)
|