Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
22/11 | 12:12 Bakida alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22/11 | 11:39 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
22/11 | 10:07 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
22/11 | 09:56 Azərbaycan idmançıları mas-reslinq üzrə dünya kuboku turnirində iki gümüş medal qazanıblar
21/11 | 21:08 Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21/11 | 21:00 Ağsuda şahmat üzrə birinciliyin final mərhələsi start götürüb
21/11 | 20:36 Hakimlər və məşqçilər üçün seminar keçirilib
21/11 | 19:32 İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
21/11 | 19:20 Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər
21/11 | 19:00 Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
21/11 | 18:56 “Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
21/11 | 18:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanlarımız İranda iki qızıl və bir gümüş medal qazanıblar
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Prezident İlham Əliyev İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul edib
Tarix: 30.04.2013 | Saat: 03:30:00 | E-mail | Çapa göndər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul edib.
İdmançıları salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV deyib:
- Sizi böyük nümayəndə heyətində görmək xoşdur. Əminəm ki, Bakıda vaxtınızı yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız vardır, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız.
Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir.
Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram.

X X X

“Atletiko Madrid” klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür etdi. Ölkəmiz və Bakı haqqında təəssüratlarını bölüşən Enrikio Cerezo dedi:
- Mən Bakıya gəlib çox təsirləndim. Çünki doğrudan da çox gözəl şəhəriniz vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq yaranır. Azərbaycan xalqını tanımağıma çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq.
“Atletiko Madrid” futbol klubu barədə məlumat verən Enrikio Cerezo son illər böyük inkişaf əldə edildiyini bildirdi və klubun gələcək planlarından danışdı.

X X X

Prezident İlham ƏLİYEV dedi:
-Xoş sözlərə görə sizə minnətdaram. Mən bilirəm ki, “Atletiko Madrid” futbol komandasının çox böyük tarixi vardır. Nəinki İspaniyada, dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır. Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və əlaqələrimiz daha da geniş olsun.

X X X

Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun Azərbaycana gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirdi və bu səfərin idmançıların ölkəmizi daha da yaxından tanımaları üçün yaxşı imkan yaratdığını vurğulayaraq dedi:
- Mən çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar bundan sonra da davam edəcəkdir.

X X X

“Atletiko Madrid” klubunun prezidenti Enrikio Cerezo Azərbaycan ilə rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq idman aləmində real əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə etdi.

X X X

Dövlətimizin başçısı “Atletiko Madrid” klubunun və ümumilikdə ispan futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Azərbaycanda idman sahəsində görülən işlərdən danışaraq dedi:
- Deyə bilərəm ki, Azərbaycanda idman sürətlə inkişaf edir və çox yaxşı nəticələr vardır. Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Londonda keçirilmiş son Olimpiya Oyunlarında da Azərbaycan çox yaxşı nəticə göstərib, ikisi qızıl olmaqla 10 medal qazanıb və ölkələr sırasında 30-cu yerdə olub.

X X X

Sonra Madridin Ticarət Palatasının prezidenti Arturo FERNANDES çıxış edərək dedi:
- Cənab Prezident! Biz bilirik ki, İspaniya ilə Azərbaycan arasında o qədər də çox işgüzar əlaqələr yoxdur. İndi isə “Atletiko Madrid” komandası ölkənizə səfər etmək imkanı qazanıb. Düşünürəm ki, ispan şirkətləri ilə ölkəniz arasında çox işlər görmək olar. Bu səfərdən sonra mən İspaniyaya, Madridə qayıdacağam. Bilirsiniz ki, Madriddə 7 milyon insan yaşayır və orada çoxlu şirkət fəaliyyət göstərir, onlar bizneslə məşğul olmaq istəyirlər və Azərbaycan da sahibkarlıqla məşğul olmaq üçün gözəl yerdir. Gözəl şəhərinizi, ölkənizi, buradakı inkişafı gördük. Ölkənizlə fəxr etməlisiniz. Bunu Madridə qayıtdıqda hər kəsə çatdıracağam ki, biz bizneslə məşğul ola bilərik, bizim üçün yaxşı imkanlar mövcuddur, biz şirkətlərimizi Sizin gözəl ölkənizə cəlb etməyə hazırıq. “Atletiko Madrid”ə və şəxsən mənim üçün buraya səfər etmək imkanı yaradıldığına görə təşəkkürümü bildirirəm.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bəli, ölkələrimiz arasında əməkdaşlıq lazımi səviyyədə deyil, ola bilsin bu, məlumat azlığından irəli gəlir. Əminəm ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyildir. Azərbaycanda əlbəttə ki, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin sayı çox deyildir. Şübhəsiz, iş adamları bu istiqamətdə daha çox iş görməlidirlər. Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz vardır və Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə ki, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya şirkətləri bu işdə daha fəal ola bilərlər.
Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə bağlı çoxlu layihələr həyata keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin bu layihələrdə iştirakı yetərli deyil və bu baxımdan sizin əlaqələriniz, Azərbaycan haqqında çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə gəlməsinə və birlikdə iş görməyimizə təkan verə bilər. Azərbaycanda yaxşı biznes imkanları, sərmayə mühiti mövcuddur. İqtisadiyyat daim inkişaf etməkdədir, böyük imkanlar vardır. Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək istərdik.

X X X

Arturo FERNANDES: Biz artıq enerji və digər sahələri əhatə edən 20-25 ispan şirkətinin nümayəndələrindən ibarət ticarət nümayəndə heyəti ilə ölkənizə səfərə gəlməyi planlaşdırırıq. Çox güman ki, təmsil etdiyim Ticarət Palatasının dəstəyi ilə səfər bu ilin noyabr-dekabr aylarında həyata keçiriləcəkdir. Biz əlaqələr qurmağa başlaya bilərik. Bilirəm ki, sizin İtaliya, Fransa, İngiltərə və digər ölkələrlə iş birliyiniz vardır. Əfsuslar olsun ki, İspaniya hələ də bu ölkələr sırasında deyildir. Mən səylərimi əsirgəməyəcəyəm ki, İspaniya da Azərbaycanda təmsil olunsun. Belə ki, ölkənizdə gözəl imkanlar mövcuddur. Azərbaycan çox cəlbedici ölkədir.

X X X

Prezident İlham Əliyev Azərbaycanın Avropanın aparıcı ölkələri ilə fəal iqtisadi iş birliyi qurduğunu vurğulayaraq İspaniya ilə də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz, yəni 3 dəfə artıb. “Gələcək inkişafla bağlı çoxlu planlarımız vardır”, - deyən dövlətimizin başçısı Azərbaycanın tərəfdaş kimi daha çox xarici şirkətlərlə əlaqələr qurmaq əzmində olduğunu vurğuladı. Prezident İlham Əliyev onu da bildirdi ki, bu baxımdan ispan şirkətləri ilə artıq başlanan iqtisadi iş birliyinin bundan sonra daha da genişləndirilməsi ölkələrimizin iqtisadi maraqlarına cavab verə bilər.

X X X

Daha sonra “Atletiko Madrid” futbol klubunun oyunçusu Arda TURAN çıxış edərək dedi:
- Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Biz “Azərbaycan” sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Çünki bu gün Şəhidlər xiyabanını ziyarət edərkən söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik, eyni kökdənik. Bakını bu qədər gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər də olmuşam. İndi daha möhtəşəm görünür. Gənc ölkə olmağınıza baxmayaraq, Azərbaycanın inkişafı çox möhtəşəmdir. Ona görə də Sizə çox təşəkkür edirəm.
Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun! Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir.
Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız vardır. Bizi birləşdirən həm tarix, həm də bu gün vardır. Türkiyə-Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz.

X X X

Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3523 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
13.11.2018 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.09.2018 Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
26.09.2018 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.06.2018 Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib
19.04.2018 Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb
18.01.2018 Ədalətli oyun prinsiplərinə sadiq idmançılar mükafatlandırılıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru