Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/04 | 15:03 Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb
05/04 | 10:04 Tailand və Malayziya idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarına buraxılmayacaq
05/04 | 09:00 Bir şahidin gözü ilə: “Ölmək istəyirdim... Tanrıya yalvarırdım... Dözə bilmirdim...”
05/04 | 08:40 Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb
05/04 | 08:33 İvan Tixonov: Hal-hazırda yaxşı idman formasındayam
04/04 | 22:51 “Boksçuların formadan düşməməsinə görə müəyyən hərəkətləri evdə etmələri tövsiyə olunur”
04/04 | 21:50 Hind şahmatçılar pandemiya ilə mübarizədə
04/04 | 21:46 Rauf Məmmədov onlayn seans keçirəcək
04/04 | 18:23 MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir
04/04 | 17:20 Koronavirus maneə deyil: Kriştianu Ronaldo ilk milyarder futbolçu olacaq
04/04 | 15:31 “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb
04/04 | 14:06 Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin bitmə vaxtı müəyyənləşib
04/04 | 13:07 Azərbaycanın Peşəkar Futbol Liqası UEFA tərəfindən təşkil olunan videokonfransda iştirak edib
04/04 | 12:39 Gələn il keçiriləcək basketbol üzrə Avropa çempionatı təxirə salına bilər
04/04 | 11:13 Futbol üzrə İtaliya A Seriyası qeyri-müəyyən müddətədək təxirə salınıb
04/04 | 10:59 FIFA Tokio olimpiadasında iştirak edəcək futbolçuların yaş həddini artırıb
04/04 | 09:05 "Alfa Romeo" komandasının virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb
04/04 | 08:28 Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb
03/04 | 22:00 Şahmat üzrə “Grand Chess Tour 2020” seriyasının bütün mərhələləri ləğv olunub
03/04 | 21:59 Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb
03/04 | 19:48 Dünya boksunun liderləri Azərbaycan xalqına müraciət ediblər
03/04 | 18:32 "Zirvə Astara" ölkə çempionu oldu
03/04 | 17:34 FİDE-dən evdə qalanlar üçün hədiyyə - VIDEO
03/04 | 16:40 “Aston Martin” Formula 1-ə qayıdacaq
03/04 | 16:30 “Təhsil” RİM şahmat birinciliyinə başlayır
03/04 | 16:24 Formula 1 yarışlarının keçirildiyi Bakı şəhər halqası reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb
03/04 | 16:16 Beynəlxalq Olimpiya Komitəsinin prezidenti onlayn müzakirələr aparıb
03/04 | 15:12 Tokio Olimpiya kəndi koronavirus səbəbindən müvəqqəti xəstəxanaya çevrilə bilər
03/04 | 14:23 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
03/04 | 14:01 Futbol üzrə İtaliya çempionatının bərpası ilə bağlı bir neçə variant müzakirə olunur
03/04 | 12:39 Xorvatiyanın "Sibona" basketbol klubu koronavirusun yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb
03/04 | 11:18 “Formula 1 Kanada Qran-Prisinin keçirilməsi elə də ümidli görünmür”
03/04 | 08:47 Dünyanın ən güclü səkkiz şahmatçısının iştirak edəcəyi onlayn superturnir keçiriləcək
02/04 | 20:56 Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçilib
02/04 | 19:31 Güləşçimiz Sənan Süleymanov Olimpiya reytinq siyahısında ilk onluqda yer alıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul edib
Tarix: 29.04.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir.
Komitənin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz!
Cənab Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən çox şadam. Xoş gəlmisiniz! Ümid edirəm ki, ölkəmizdə olmağınızdan məmnun qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk görüşüdür. Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir. Çünki bu, birinci Avropa Oyunlarıdır, bu, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi, Olimpiya Oyunları kimi böyük tədbirin təşkilində bizim təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə biz dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik, Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır. Bir daha xoş gəlmisiniz və Bakıda xoş günlər keçirməyinizi arzu edirəm.
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:
-Cənab Prezident, çox təşəkkür edirəm. Həmkarlarım adından qeyd etmək istəyirəm ki, burada olmaqdan son dərəcə məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin prezidenti, mən isə vitse-prezidenti idim. Siz həmin vaxt İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etdiniz. Biz o zaman Bakıda çox xoş günlər keçirdik. Bu gün biz yenidən Bakıdayıq.
Cənab Prezident, tam əminliklə deyirəm ki, biz burada tarix yazırıq. Bu, çox nadir bir hadisədir. Əminəm ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə sözün əsl mənasında uğur qazanacaqdır. Biz isə öz növbəmizdə mümkün olan bütün vasitələrlə bu işə köməyimizi göstərməyə hazırıq. Avropada bu oyunlara böyük maraq vardır. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı nəticəsində böyük uğurlar qazanacağıq. Fürsətdən istifadə edərək Koordinasiya Komitəsinin Yunanıstandan olan sədri Spiros Kapralosu təqdim etmək istərdim. O, burada iştirak edənlərdən yeganə şəxsdir ki, Olimpiya Oyunlarında qalib gəlib.
X X X
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros KAPRALOS Prezident İlham Əliyevə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür etdi. “Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə olacaqdır”, - deyən Spiros Kapralos birinci Avropa Oyunlarına ev sahibliyi etməyin əhəmiyyətinə toxunaraq bildirdi:
-Bu, çox məsuliyyətli tədbirdir. Çoxnövlü idman oyunlarına ev sahibliyi etmək çox çətindir. Hazırlıq işləri üçün vaxtımız olduqca məhduddur. Oyunları yüksək səviyyədə təşkil etmək bizim ümumi məqsədimizdir. Çünki prezident Hikkinin də söylədiyi kimi, bu, tarixdə qalacaqdır. Biz, bu masa ətrafında əyləşən bütün ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz köməklərini əsirgəməyəcəklər.
X X X
Avropa Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi barədə verdikləri qərara görə minnətdarlığını bildirən, bunun çox əhəmiyyətli və rəmzi qərar olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:
-Biz bunu Azərbaycan tərəfinə göstərilən yüksək etimad kimi qiymətləndiririk. Düşünürük ki, Azərbaycan bu cür yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etmək iqtidarındadır. Siz düzgün olaraq qeyd etdiniz ki, bizim vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi iki ilimiz vardır. Lakin biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil etmək əzmindəyik. Biz bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacağıq və sözsüz ki, bu, Avropa Olimpiya ailəsi tarixində ilk oyunlar kimi yadda qalacaqdır. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaqdır. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq.
X X X
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ:
-Cənab Prezident! Bu oyunlara göstərdiyiniz diqqətə və davamlı dəstəyinizə görə bir daha təşəkkür edirəm. Bilirəm ki, siz Olimpiya hərəkatında çox böyük təcrübəyə malik olan insansınız, bütün işlərin qaydasında olmasına daim nəzarət edirsiniz.
X X X
Daha sonra Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr KOZLOVSKİ çıxış edərək dedi:
-Cənab Prezident! Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı məmnunluğumu ifadə etmək istərdim. Qeyd edim ki, Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib. Bu gün Bakı Avropanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Buraya gələrkən yolda biz hər yerdə böyük tikinti işlərinin aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq.
X X X
Aleksandr Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi. Dövlətimizin başçısı qeyd etdi ki, sambo Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları vardır. Prezident İlham Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini diqqətə çatdırdı. Daha sonra dövlətimizin başçısı dedi ki, Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Bildirdi ki, bu prosesə bir neçə il əvvəl başlanıb və artıq Gimnastika Mərkəzi, Su İdman Növləri Mərkəzi, Olimpiya Stadionunun tikintisinin aparılması, əvvəldən inşa olunmuş komplekslərin hazırda yenidən qurulması yarışların keçirilməsində heç bir çətinliyin olmayacağından xəbər verir.
Avropa Oyunlarının şəhərimizə gələn hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini bildirən Prezident İlham ƏLİYEV dedi:
-Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin və bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın.
X X X
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez KOCİJANÇİÇ çıxış edərək ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini qeyd etdi və bu oyunların yüksək səviyyədə təşkilində Azərbaycan tərəfinə uğurlar arzuladı.
X X X
Patrik HİKKİ: Cənab Prezident! Biz fəxr edirik ki, Sizin həyat yoldaşınız, Birinci Xanım təşkilat komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir.
X X X
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Onun “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin Prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda, mən Avropa Olimpiya Komitəsinin Prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik nöqteyi-nəzərdən düşünürəm ki, bu əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaqdır. Bir daha xoş gəlmisiniz!
X X X
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2290 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
13.11.2018 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.09.2018 Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
26.09.2018 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.06.2018 Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Bu oyunda kim uduzdu, kim uddu?
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru