Aprelin 18-21-də Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin 2013-cü ildə keçiriləcək təqvim planına əsasən İdman Məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan həndbol idman növü üzrə Respublika çempionatının zona birinciliyi keçirilib.
Zona yarışında respublikamızın şəhər və rayonlarından 8 komanda- Şirvan, Neftçala, İsmayıllı, Lənkəran, Cəlilabad, Astara, Masallı, Sabirabad komandaları iştirak edib.
Sonda birinciyə İsmayıllı birinciyə, Astara ikinciyə, Şirvan üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerə layiq görülmüş komandalar Respublika çempionatının final yarışına vəsiqə qazanıblar.
|