Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/04 | 15:03 Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb
05/04 | 10:04 Tailand və Malayziya idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarına buraxılmayacaq
05/04 | 09:00 Bir şahidin gözü ilə: “Ölmək istəyirdim... Tanrıya yalvarırdım... Dözə bilmirdim...”
05/04 | 08:40 Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb
05/04 | 08:33 İvan Tixonov: Hal-hazırda yaxşı idman formasındayam
04/04 | 22:51 “Boksçuların formadan düşməməsinə görə müəyyən hərəkətləri evdə etmələri tövsiyə olunur”
04/04 | 21:50 Hind şahmatçılar pandemiya ilə mübarizədə
04/04 | 21:46 Rauf Məmmədov onlayn seans keçirəcək
04/04 | 18:23 MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir
04/04 | 17:20 Koronavirus maneə deyil: Kriştianu Ronaldo ilk milyarder futbolçu olacaq
04/04 | 15:31 “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb
04/04 | 14:06 Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin bitmə vaxtı müəyyənləşib
04/04 | 13:07 Azərbaycanın Peşəkar Futbol Liqası UEFA tərəfindən təşkil olunan videokonfransda iştirak edib
04/04 | 12:39 Gələn il keçiriləcək basketbol üzrə Avropa çempionatı təxirə salına bilər
04/04 | 11:13 Futbol üzrə İtaliya A Seriyası qeyri-müəyyən müddətədək təxirə salınıb
04/04 | 10:59 FIFA Tokio olimpiadasında iştirak edəcək futbolçuların yaş həddini artırıb
04/04 | 09:05 "Alfa Romeo" komandasının virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb
04/04 | 08:28 Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb
03/04 | 22:00 Şahmat üzrə “Grand Chess Tour 2020” seriyasının bütün mərhələləri ləğv olunub
03/04 | 21:59 Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb
03/04 | 19:48 Dünya boksunun liderləri Azərbaycan xalqına müraciət ediblər
03/04 | 18:32 "Zirvə Astara" ölkə çempionu oldu
03/04 | 17:34 FİDE-dən evdə qalanlar üçün hədiyyə - VIDEO
03/04 | 16:40 “Aston Martin” Formula 1-ə qayıdacaq
03/04 | 16:30 “Təhsil” RİM şahmat birinciliyinə başlayır
03/04 | 16:24 Formula 1 yarışlarının keçirildiyi Bakı şəhər halqası reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb
03/04 | 16:16 Beynəlxalq Olimpiya Komitəsinin prezidenti onlayn müzakirələr aparıb
03/04 | 15:12 Tokio Olimpiya kəndi koronavirus səbəbindən müvəqqəti xəstəxanaya çevrilə bilər
03/04 | 14:23 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
03/04 | 14:01 Futbol üzrə İtaliya çempionatının bərpası ilə bağlı bir neçə variant müzakirə olunur
03/04 | 12:39 Xorvatiyanın "Sibona" basketbol klubu koronavirusun yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb
03/04 | 11:18 “Formula 1 Kanada Qran-Prisinin keçirilməsi elə də ümidli görünmür”
03/04 | 08:47 Dünyanın ən güclü səkkiz şahmatçısının iştirak edəcəyi onlayn superturnir keçiriləcək
02/04 | 20:56 Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçilib
02/04 | 19:31 Güləşçimiz Sənan Süleymanov Olimpiya reytinq siyahısında ilk onluqda yer alıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Bakıda Su İdmanı Sarayının təməli qoyuldu
Tarix: 20.04.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər

Aprelin 19-da Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
2012-ci il avqustun 30-da Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair Sərəncam imzalamışdı. Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Koreya Respublikasının “Securo CO.LTD” şirkəti sarayın layihələndirmə işlərini qısa müddətdə başa çatdırıb.
Prezident İlham Əliyev tikintidə iştirak edəcək yerli və xarici mütəxəssislərlə görüşdü.
Dövlətimizin başçısı Su İdmanı Sarayının layihəsi ilə tanış oldu. Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, sarayın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikiləcək və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verəcək.
İspaniyanın “Pujol Arquitectura” şirkətinin rəhbəri Yoakim Puyol bildirdi ki, sarayda üç üzgüçülük hovuzu tikiləcək. Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaq. Su İdmanı Sarayı, həmçinin paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcək.
Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:
- Ölkəmiz, şəhərimiz üçün yeni idman mərkəzi – Su İdmanı Sarayı tikilir. Gözəl hadisədir. Əlbəttə, bu böyük layihənin icrasında Azərbaycan şirkətlərinin iştirakı əsas şərtdir.
Əvvəlki illərdə daha çox xarici şirkətlər Azərbaycanda bu cür obyektləri tikiblər. Ancaq indi bizim öz təcrübəmiz vardır. Xarici şirkətlər əlbəttə ki, iştirak edirlər və burada bir beynəlxalq əməkdaşlıq formatı yaranır. Yerli şirkətlərimiz indi nəinki Azərbaycanda, başqa ölkələrdə də iş görürlər.
Bu obyektin istifadəyə verilməsi həm Avropa Oyunlarının keçirilməsi üçün lazımdır, eyni zamanda, şəhərimiz üçün, sakinlər üçün. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər, üzgüçülüklə məşğul olacaqlar. Adi vətəndaşlar da istifadə edəcəklər. Çünki Bakıda faktiki olaraq belə böyük hovuz yoxdur. İndi biz bütün şəhərlərdə yeni hovuzlar tikirik. Əminəm ki, bu işlərə böyük məsuliyyətlə yanaşacaqsınız. Sizə uğurlar arzulayıram.
Prezident İlham Əliyev Su İdmanı Sarayının inşasının yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 4497 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
29.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
27.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
08.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Bu oyunda kim uduzdu, kim uddu?
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru