Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
24/05 | 16:54 Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
24/05 | 16:44 Sumoçumuz Camal Feyziyev "Caspian Power" Idman Festivalının qalibi olub
24/05 | 16:29 Bakıda aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib
24/05 | 16:06 "Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışların finalçılar müəyyənləşib
24/05 | 15:43 Aerobika gimnastikası üzrə Avropa çempionatı: gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb
24/05 | 15:08 Azərbaycanlı FIFA referiləri beynəlxalq turnirlərə təyinat alıblar
24/05 | 14:53 Azərbaycanın iki boksçusu Usti-nad-Labem Qran-Prisində yarımfinala yüksəlib
24/05 | 14:05 Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
24/05 | 13:55 Bakıda "Caspian Power" İdman Festivalına start verilib
24/05 | 13:01 “Şüvəlan” komandası IV “Heydər Əliyev kuboku” turnirinin qalibi olub
24/05 | 12:23 Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb
24/05 | 11:52 Yelkənli İdman Federasiyasının komandası Avropa çempionatına hazırlığını davam etdirir
24/05 | 11:20 Azərbaycan-Rumıniya oyununu çexiyalı baş hakim idarə edəcək
24/05 | 10:27 VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında futbol yarışlarının qalibləri müəyyənləşib
24/05 | 10:01 Atçılıq üzrə cıdır yarışlarının növbəti mərhələsi keçirilib
24/05 | 09:57 XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
23/05 | 16:42 Bakıda keçiriləcək aerobika üzrə Avropa çempionatında 22 ölkədən 400-dək idmançı mübarizə aparacaq
23/05 | 16:01 Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib
23/05 | 15:02 Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23/05 | 14:05 Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23/05 | 13:58 Monrealda keçiriləcək Qran-Pridə Azərbaycanı doqquz cüdoçu təmsil edəcək
23/05 | 12:54 UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23/05 | 12:15 Lənkəranlı boksçu beynəlxalq turnirdə erməni idmançısını məğlub edərək qızıl medal qazanıb
23/05 | 11:52 “Qətər 2022” dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq
23/05 | 11:13 Bakıda keçiriləcək beynəlxalq badminton turnirində 39 ölkədən 220 idmançı yarışacaq
23/05 | 10:40 UEFA İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb
23/05 | 10:14 Gənclər arasında Avropa kuboku turnirində beş qadın cüdoçumuz mübarizə aparacaq
23/05 | 09:57 Çexiyada boks üzrə Qran-Pridə dörd boksçumuz mübarizə aparır
22/05 | 16:53 Qadın güləşçilərimiz İtaliyada güclərini sınayacaqlar
22/05 | 16:01 Azərbaycanın yeddi cüdoçusu Çində keçiriləcək Qran-Pri turnirində mübarizə aparacaq
22/05 | 15:52 Niyaməddin Paşayev : “Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq"
22/05 | 15:43 Bakıda keçiriləcək Avropa Çempionatı II Avropa Oyunlarına təsnifat xarakteri daşıyacaq
22/05 | 15:04 Yeniyetmə güləşçilərimiz Xaçmazda hazırlığı davam etdirirlər
22/05 | 14:03 Bakı 14 ildən sonra yenidən bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
22/05 | 13:40 Azərbaycan atletləri Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımızla görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
Tarix: 18.10.2000 | Saat: 17:40:00 | E-mail | Çapa göndər
- Möhtərəm cənab prezident!
- Əziz idmançılar, xanımlar və cənablar!
Bir əsrdən böyük tarixi olan müasir olimpiya oyunları dövrümüzün ən böyük, ən mötəbər tədbirlərindən biridir. Yalnız olimpiya oyunları dünyanın bütün dövlətlərini, milliyyətindən, irqindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq milyonlarla insanı bir yerə toplaya bilir. Olimpiya oyunlarında qazanılmış nəticələr ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur. Bu, dövlətin dünya birliyində yeri, səviyyəsi kimi də qiymətləndirilir. Ona görə də hər bir dövlət öz idmançılarının olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir.
Möhtərəm cənab prezident, Siz olimpiyaçılarımızı yolasalma mərasimində müasir dövrdə Olimpiya Hərəkatının müstəsna rol oynamasını, olimpiya oyunlarında əldə olunan nailiyyətlərin müstəqil Azərbaycan üçün mühüm beynəlxalq əhəmiyyət daşımasını vurğulamış, idmançılarımıza uğurlu çıxışları ilə Azərbaycanın şan-şöhrətini yüksəltməyi tövsiyyə etmişdiniz. Biz Sizin tapşırığınızı yerinə yetirdik, vətənə qələbə ilə qayıtdıq. Həqiqətən də Azərbaycanın müstəqil, güclü, böyük potensiala malik bir dövlət olduğunu bütün dünyaya sübut etdik.
Sidney oyunlarında iştirak edəcək olimpiyaçılara görüşünüz zamanı Azərbaycan idmançılarının bu oynlara hazırlığının gedişi haqqında Sizə məruzə edilmişdi. Ona görə də icazənizlə, bu gün olimpiya oyunları dövründə görülmüş işlər, idmançılarımızın çıxışları, əldə olunmuş nəticələr barədə Olimpiya Komitəsinin hesabatını Sizə təqdim etmək istəyirəm. Olimpiyaçılarımızı Avstraliyaya sentyabrın 2-də yola saldıq. Yarışların başlanmasından on iki gün əvvəl idmançılarımızın Sidneydə olmasını təmin etməkdə məqsədimiz onların yerli iqlimə, şəraitə uyğunlaşmasına imkan yaratmaq idi. Sentyabrın 6-da Sidneydə olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirildi. Sentyabrın 15-də Sidney Olimpiya Stadionunda XXVII Yay Olimpiya Oyunlarının təntənəli açılışı oldu. Sentyabrın 16-da isə yarışların startı verildi. Bildiyiniz kimi, Sidneydə respublikamız 31 idmançı ilə təmsil olunurdu. Bu idmançılardan 27 nəfəri lisenziyanı yarışlarda qazanmışdı.
Ölkəmizə ilk medalı, özü də qızıl medalı istedadlı idmançımız Zemfira Meftahəddinova qazandırdı. Dəfələrlə dünya və Avropa rekordçusu, bir çox mötəbər yarışların qalibi olan bu idmançıya biz həmişə böyük ümidlər bəsləmiş və inanmışıq. Olimpiyaqabağı dövrdə vəziyyət elə gətirmişdi ki, Zemfira lisenziya əldə edə bilməmişdi. Onun üçün dəvətnamə almağa biz çox səy göstərdik. Beynəlxalq Atıcılıq Federasiyası bu növdə ölkəmizin bir lisenziya qazanmasına istinad edərək, dəvətnamə ilə bağlı xahişimizə müsbət cavab verməmişdi. Biz bu cavabla kifayətlənmədik, çətin də olsa istəyimizə nail olduq. Lap son məqamda idmançımıza dəvətnamə ala bildik. Zemfira Meftahətdinova bizim ona olan ümidlərimizi doğrultdu. Qeyd etmək istərdim ki, respublikada stend atıcılığı ilə məşğul olmaq üçün baza yoxdur. Ona görə idmançımız məşqlərini ölkədən kənarda keçirməli olurdu. Zemfiranın Sidneydə qələbə qazanmasını nəzərə alaraq və Azərbaycanda güclü atıcılıq idmanı məktəbinin yaradılması məqsədi ilə Olimpiya Komitəsi Bakıda ən müasir, dünya standartlarına uyğun olan atıcılıq kompleksinin tikilməsinə qərar veribdir. Orada həm Zemfira öz məşqlərini keçirəcək, həm də gənc nəsil yetişəcəkdir. Atlanta oyunlarının gümüş mükafatçısı Namiq Abdullayev Sidneydə sözün əsl mənasında qəhrəmanlıq göstərdi. Atlanta gümüşünü Sidneydə güclü amerikalı güləşçi ilə mübarizədə qızıla çevirdi. Namiq peşəkar idmançı xüsusiyyətləri nümayiş etdirdi. Əsl idmançı belə olmalıdır və biz hamımız, milli yığma komandanın üzvləri çox sevinirik ki, komandanın kapitanı, bayraqdarı və sevimlisi Namiq olimpiya çempionu oldu.
Gənc idmançımız Vüqar Ələkbərov Sidneydən ölkəmizə boks üzrə ilk olimpiya medalını gətirdi. Onun qazandığı bürünc medalın bizim üçün dəyəri böyükdür. Son illərdə Azərbaycan boksunda müsbət istiqamətdə baş verən keyfiyyət dəyişikliklərini biz dəfələrlə qeyd etmişik. Vüqar qazandığı bu medal ilə bir daha təsdiq etdi ki, biz düz yoldayıq. Biz Azərbaycan boksçularının, o cümlədən Vüqarın növbəti olimpiadadan qızıl medal ilə qayıdacağına ümid bəsləyirik. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə Bakıda ənənəvi beynəlxalq boks turnirinin, 1999-cu ildə yeniyetmə bokusçuların Avropa çempionatının keçirilməsi, yeniyetmə boksçularımızın həmin çempionatda dörd qızıl, bir gümüş, dörd bürünc medal qazanması, ölkə başçısının Ənvər Çoudri ilə və Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçevlə səmimi görüşləri Azərbaycanda boksun inkişafına güclü təkan vermişdir. Bütün bu işlərin nəticəsidir ki, 2001-ci ildə boks üzrə yeniyetmələr arasında dünya çempionatı da məhz Bakıda keçiriləcəkdir. Onu da qeyd etməliyəm ki, Beynəlxalq Güləş Federasiyası bizim xahişimizi nəzərə alaraq, 2002-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatını Bakı keçirmək haqqında qərar qəbul edibdir. Bu qərar biz Sidneydə olarkən qəbul olunmuşdur. Bu bir daha sübut edir ki, beynəlxalq idman ictimaiyyəti bizə inanır, böyük hörmətlə yanaşır və bizim fəaliyyətimizi yüksək qiymətləndirir.
Sidneydə ilk olaraq cüdoçularımız yarışlara qatıldılar, onlardan ikisi - Elçin İsmayılov və Rəsul Səlimov medal qazanmağa çox yaxın idi. Rəsul bürünc medal uğrunda mübarizə aparırdı, ancaq məğlubiyyətə uğradı. Hər iki idmançının yaşı və yarış təcrübəsi nəzərə alınarsa, onların çıxışlarını uğurlu saymaq mümkündür. Rəsul Səlimovun 5-ci, Elçin İsmayılovun və Zülfiyyə Hüseynovanın 7-ci yeri tutmaları isə dörd cüdoçudan ibarət heyət üçün ümumiyyətlə, yaxşı nəticə sayıla bilər. Həm Elçin, həm də Rəsul gələcəkdə olimpiya çempionu ola bilərlər. Hesab edirəm ki, Sidneydə Azərbaycan ağırlıqqaldıranlarının çıxışları da uğurlu oldu. Turan Mirzəyev 8-ci, Elxan Süleymanov 9-cu yeri tuta bildilər. Nizami Paşayev öz çəki dərəcəsində təkanla qaldırmada gənclər arasında dünya rekordunu təzələdi. Bu idmançılar da gəncdir. Nəzərə alsaq ki, ağırlıqqaldırmada yüksək nəticəni adətən yaşlı idmançılar qazanırlar, onda bu idman növündə perspektiv imkanlarımızın yaxşı olduğunu qeyd edə bilərik. Yunan-Roma üsulu ilə güləşən 3 idmançımızdan İslam Duquçiyev 6-cı, Namiq Eyvazov 7-ci yeri tutdular.
Sərbəst üsulla güləşənlərdən Namiq Abdullayevin komandamıza gətirdiyi qızıl medaldan sonra bu növdə ən yaxşı nəticəmiz Şamil Əfəndiyevin tutduğu 7-ci yer oldu. Sərbəst üsulla ilə güləşənlərdən Namiq Abdullayevin komandamıza gətirdiyi qızıl medaldan sonra bu növdə ən yaxşı nəticəmiz Şamil Əfəndiyevin tutduğu 7-ci yer oldu. Beş boksçumuzdan Vüqar Ələkbərov bürünc medal qazandı, Ruslan Xairov isə 5-ci yeri tuta bildi. Qeyd etməliyəm ki, Ruslan çox yüksək hazırlıq göstərdi və yalnız olimpiya çempionuna uduzdu. Hesab edirəm ki, gələcək olimpiadada da Ruslan Xairov çox yüksək nəticələr göstərəcəkdir. Sidney oyunlarında Azərbaycanı idmançılarla yanaşı, bir hakim də təmsil edirdi. Beynəlxalq dərəcəli hakim Oqtay Hüseynov yunan-Roma güləşi və sərbəst güləş üzrə yarışlarda hakimlik edirdi. Milli Olimpiya Komitəsi beynəlxalq dərəcəli hakimlərimizin sayının artmasına əhəmiyyət verir və bu işdə yardımçı olmağa çalışır. Müstəqil Azərbaycan idmançılarının Sidney Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr bizim qəlbimizi böyük qürur hissi ilə döyündürən əlamətdar hadisədir. Dörd il əvvəl olimpiadada müstəqil dövlət kimi ilk dəfə iştirakımız tarixə 1 gümüş medal ilə yazılmışdısa, yay olimpiya oyunlarında ikinci dəfə təmsil olunmağımız 2 qızıl və 1 bürünc medalla nəticələndi. Ötən dəfə 198 ölkə arasında 61-ci olan Azərbaycan, bu dəfə 199 ölkə arasında 34-cü yeri tutdu.
Olimpiyaçılarımız Avropa ölkələri arasında 22-ci, müsəlman dövlətləri arasında isə 4-cü oldu. Bu çox uğurlu nəticədir. Təsadüfi deyil ki, Sidney oyunlarının bağlanış mərasimində dünyanın ən böyük olimpiya stadionunda Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bizim məqsədimiz olimpiadada medallar qazanmaq idi və biz buna nail olduq. Bizim məqsədimiz reytinq cədvəlində yüksək yer tutmaq idi. Biz buna nail olduq. Biz çox istəyirdik ki, Azərbaycanın qızıl medalları olsun və belə də oldu. Namiq və Zemfira olimpiya çempionlarıdır.
Bizim hamımızın, idmançılarımızın, məşqçilərin, nümayəndə heyəti üzvlərinin, Milli Olimpiya Komitəsi rəhbərlərinin və bilirəm ki, bütün Azərbaycan xalqının daha bir arzusu, bir amalı da var idi. Ermənistan üzərində qələbə çalmaq idi. Biz buna nail olduq.
Nəticələrimiz sübut edir ki, son illər ərzində Milli Olimpiya Komitəsinin Gənclər və İdman Nazirliyi, milli idman federasiyaları ilə birgə işi məhsuldar olmuş və öz bəhrəsini vermişdir.
Olimpiya oyunlarında qazanılmış uğur Azərbaycanda idmana olan marağı birə-on artırdı. Milli Olimpiya Komitəsi uşaqların, yeniyetmələrin və gənclərin idmana cəlb olunması, onlar üçün lazımi şərait yaradılması istiqamətində fəaliyyətini bundan sonra daha da gücləndirəcəkdir. İnanıram ki, bu işdə valideynlər də bizə kömək göstərəcəklər. Onlar övladlarının sağlamlığı, doğma Azərbaycana şan-şöhrət gətirəcək idmançıların yetişməsi naminə uşaqların yolunu idman meydançalarına, salonlarına yönəldəcəklər.
Sidney oyunları dövründə Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra digər tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Avqustun 18-də Sidneydə “Recent” otelində Azərbaycan günü keçirildi. Azərbaycan günündə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi nümayəndələri, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, komitənin digər üzvləri, müxtəlif ölkələrin idman nazirləri, milli olimpiya komitələrinin prezidentləri və başqa rəsmi şəxslər iştirak edirlər.
Jak Roq Azərbaycan Respublikası Prezidentinin Olimpiya Hərəkatına və idmana münasibətinin beynəlxalq və Avropa Olimpiya Komitələrinin, o cümlədən Milli Olimpiya Komitələri Assambleyasının rəhbərlərinə yaxşı bəlli olduğunu vurğulayaraq bildirdi ki, bu qayğı öz bəhrəsini verməkdədir.
Sidneydə keçirilmiş Azərbaycan günü üç saatdan çox davam etdi. Azərbaycan gününə toplaşmış qonaqlar respublikamızın rəssam heykəltəraşlarının əsərlərindən ibarət sərgiyə heyranlıqla tamaşa etdilər. Sonra qonaqlara Azərbaycanı təbliğ və tərənnüm edən xatirə hədiyyələri bağışlandı. Qonaqlarımız Azərbaycan haqqında xoş sözlərlə bizdən ayrıldılar.
Sidneydə olimpiya hərəkatının xadimləri, nümayəndələri ilə başqa görüşlərimiz də çox oldu. Onu da qeyd etməliyəm ki, biz görüşlərimiz zamanı Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və baş katib Mario Peskanteni Azərbaycana dəvət etdik. Onlar bir neçə gündən sonra Bakıda olacaq və tikintisini başa çatdıracağımız yeni olimpiya kompleksinin açılışında iştirak edəcəklər. Belə hesab edirəm ki, bu kompleks olimpiya oyunlarından sonra Milli Olimpiya Komitəsinin olimpiyaçılarımıza, bütün idmançılarımza hədiyyələrinin ən dəyərlisi olacaqdır!
Möhtərəm prezident!
Oktyabrın 6-da vətənə dönmüş idmançılar böyük məhəbbət və rəğbətlə qarşılandılar. Hava limanına toplaşmış, küçələrə çıxmış on minlərlə vətəndaşımız ölkənin şan-şöhrətini yüksəklərə qaldırmış idmançıları gül-çiçəklə, mahnı, musiqi və alqışlarla qarşıladılar. Minlərlə adamın küçələrə bayraqlarla çıxması, “Azərbaycan, Azərbaycan !”nidasının ardı-arası kəsilmədən ucalması vətənə böyük məhəbbətin ifadəsi idi. Həmin məhəbbətin bu şəkildə təzahür edilməsində olimpiyaçılarımızın, xüsusən Zemfira Meftahətdinovanın, Namiq Abdullayevin, Vüqar Ələkbərovun, onların məşqçilərinin böyük əməyi vardır. Bununla yanaşı, demək istəyirəm ki, uğurlar bizi arxayınlaşdıra bilməz. Yaxın vaxtlarda Milli Olimpiya Komitəsi idmançılarımızın çıxışlarını bir daha müzakirə və təhlil edəcək, əməli nəticələr çıxaracaqdır. Növbəti olimpiadaya hazırlıq üçün konsepsiya və proqramlar tərtib olunacaq, tədbirlər planı hazırlanacaqdır.
Cənab prezident!
Çıxışımın sonunda bir daha vurğulamaq istəyirəm ki, nə nailiyyətimiz, nə qələbəmiz varsa, onlar Sizin idmana, Olimpiya Hərəkatına diqqət və qayğınız, idmançılarımızın uğurlu çıxışlarına böyük inamınız sayəsində başa gəlmişdir. Bizim bütün qələbələrimiz, o cümlədən idman sahəsində qələbələrimiz üçün Azərbaycan xalqı şəxsən Sizə borcludur. Məhz Siz Azərbaycan üçün ən çətin dövrdə xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başlamış, xalqı hərc-mərclikdən və anarxiyadan, daxili irticadan xilas etmiş, müharibəni dayandırmış və beləliklə, minlərlə gəncimizin həyatını qorumusunuz.
Siz ölkənin dağılıb parçalanmasına yol verməmiş, Azərbaycanı xilas etmiş və ötən 7 il ərzində yeni bir dövlət - getdikcə qüvvətlənən, siyasi və iqtisadi cəhətdən sabit olan müstəqil, müasir və sivilizasiyalı bir dövlət yaratmısınız.
Sidneydə ləyaqətlə çıxış etmiş olimpiya komandamızın üzvlərindən bir çoxunun 18, 19 və 20 yaşı vardır. Bu cavanlar məhz bu son yeddi ildə idman bölmələrinə gəlmiş, idmanla məşğul olmağa başlamış və böyük müvəffəqiyyətlər qazanmışlar. Sidneydə olarkən mən yarışların nəticələri haqqında Sizə telefonla daim hər gün məlumat verir, idmançılarımza və məşqçilərimizə Sizin salamınızı və təbriklərinizi yetirirdim. Onların hamısı bilirdi ki, Siz onların çıxışlarını izləyirsiniz. Bu cəhət onları ruhlandırır və məsuliyyət hissini artırırdı.
Cənab prezident!
Sidneyə yola düşməzdən əvvəl biz Sizə söz vermişdik ki , oradan medallarla qayıdacığıq. Biz bu vədimizə əməl etdik. Biz söz vermişdik ki, Azərbaycanın milli bayrağının qaldırılmasına nail olacağıq. Bayrağımız üç dəfə qaldırıldı. Biz söz vermişdik ki, Azərbaycanın dövlət himni səslənəcəkdir və himnimiz iki dəfə səsləndi. Biz müstəqil Azərbaycanın gənclərinin nəyə qadir olduqlarını bütün dünyaya göstərdik.
Biz idmançılarımızla fəxr edirik. Biz böyük xalq olmağımızla fəxr edirik.
Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir.

18 oktyabr 2000-ci il
Xəbər 1512 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru