Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
XXIX Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançıları yolasalma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 30.07.2008 | Saat: 11:28:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar,
- Əziz olimpiyaçılar,
- Əziz dostlar!
Bir neçə gündən sonra Pekin Yay Olimpiya oyunları başlayır və siz bir neçə gündən sonra Pekinə yola düşəcəksiniz. Mən əminəm ki, siz Olimpiya oyunlarında doğma vətənimizi, həmişə olduğu kimi, ləyaqətlə təmsil edəcəksiniz. Olimpiya oyunları idman tarixində çox mühüm yer tutan beynəlxalq miqyaslı bir hadisədir və hər bir ölkə çalışır ki, əsas idman tədbirində qələbə qazansın, uğurlar əldə etsin. Gənc müstəqil dövlət kimi, Azərbaycan demək olar ki, müstəqilliyimizin ilk illərindən Olimpiya oyunlarında iştirak etməyə çox böyük diqqət vermişdir və bu gün bu barədə deyildi. Azərbaycan artıq müstəqil ölkə kimi dördüncü dəfə Olimpiya oyunlarında iştirak edəcəkdir. İndiyədək hər dəfə iştirakımız qələbələrlə nəticələnmişdir. Bizim idmançılarımız bütün yarışlarda çox böyük ustalıq, məharət nümayiş etdirərək, doğma vətənimizin idman şöhrətini yüksəklərə qaldırmışlar və əminəm ki, milli komandamız Pekin Olimpiya oyunlarında da uğurla çıxış edəcəkdir.
İldən-ilə Azərbaycanda idman potensialı güclənir. Bizim böyük quruculuq işlərimiz nəticəsində idman sahəsində də böyük irəliləyiş var və bunu görmək, bilmək üçün, sadəcə olaraq, statistik göstəricilərə nəzər salmaq lazımdır. Hər il beynəlxalq yarışlarda yüzlərlə medallar qazanılır. Azərbaycan idmançıları müxtəlif yarışlarda - dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Bu, onu göstərir ki, bizim idmançılarımızın uğurları təsadüfi xarakter daşımır. Bu, məqsədyönlü tədbirlərin nəticəsidir. O cümlədən medalların qazanılması da bütünlükdə ölkədə idmanın inkişafından asılıdır. Çünki bizim işimiz təkcə beynəlxalq yarışlarla məhdudlaşmır. İdman Azərbaycanın ictimai həyatının çox mühüm sahəsinə, mühüm hissəsinə çevrilibdir. Bizim idmançılarımız yüksək nəticələr göstərir, gənclərimiz idmanla məşğul olmaq üçün çalışırlar. Azərbaycanda idman infrastrukturu genişlənir, müasirləşdirilir. Bütövlükdə Azərbaycan cəmiyyətində idmançılara çox müsbət münasibət var, çox böyük hörmət var. İdmançılar da öz işləri ilə, öz qələbələri ilə, öz davranışları ilə daim ölkəmizin idman şöhrətini uca tutmalıdırlar.
Azərbaycan idman ölkəsi kimi tanınır. Bunu təkcə biz yox, eyni zamanda, ən mötəbər beynəlxalq idman qurumlarının rəhbərləri də qeyd edirlər. İdman ölkəsi kimi Azərbaycan artıq dünya idman aləmində özünəlayiq yerini tuta bilibdir. Bizim Olimpiya Hərəkatında fəal iştirakımız, Azərbaycanda beynəlxalq yarışların, o cümlədən Olimpiya lisenziya turnirlərinin keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış etməsi, güclü idman infrastrukturunun yaradılması, idmana dövlət qayğısının artması - bütün bu amillər Azərbaycanın idman ölkəsi kimi tanınmasına şərait yaratmışdır və bu, çox fərəhli bir haldır. Çünki idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. İdmanın inkişafı üçün Azərbaycanda çox böyük, hərtərəfli tədbirlər keçirilir və bunu sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaqdır.
Amma siz idmançılar, idman mütəxəssisləri, məşqçilər bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmana cavabdehlik daşıyan bütün qurumlar vahid konsepsiya əsasında fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - bütün idman qurumları qarşıda duran məqsədlərə nail olmaq üçün birlikdə çalışırlar. Çox güclü əlaqələndirmə işləri aparılır və onu da deyə bilərəm ki, heç də hər bir ölkədə vəziyyət belə deyildir. Bir çox hallarda idman qurumları arasında nəinki əməkdaşlıq var, hətta qarşıdurma, ziddiyyətlər də var. Azərbaycan bu baxımdan nümunəvi bir ölkədir və bizim idmanda əldə etdiyimiz nəticələr, uğurlar, bax, bu siyasətin nəticəsidir. Həm idmana cavabdehlik daşıyan qurumlar, vəzifəli şəxslər, həm də idmançılar, idman mütəxəssisləri və məşqçilər bütün səylərini göstərirlər ki, Azərbaycanın idman şöhrəti daha da yüksək zirvələrə qalxsın və biz bunu görürük. Biz bunu ildən-ilə artan qələbələrin sayında görürük, Azərbaycanın beynəlxalq idman aləmindəki mövqelərindən görürük.
Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki qeyd etdiyim kimi, idman ictimai həyatın mühüm hissəsidir. İdman həm insanları fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam edir, idman sağlam həyat tərzi deməkdir. İdmançılar öz qələbələri ilə gənc nəsil üçün də nümunə olmalıdırlar və olurlar. Mən çox böyük məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycanda uşaqlar, yeniyetmələr arasında idmanla məşğul olmaq üçün maraq getdikcə artır və bunun da səbəbləri var. Yəqin ki, bu səbəblərin əsası bizim idman sahəsində əldə etdiyimiz uğurlar, idmançılarımızın uğurlu çıxışlarıdır. Eyni zamanda, Azərbaycanda bütün bölgələrdə idmanla məşğul olmaq üçün yeni imkanların yaradılmasıdır.
Ona görə biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda idmanın hərtərəfli inkişafı təmin olunubdur. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, Azərbaycanda dünya, Avropa çempionatları böyük uğurla və böyük təşkilatçılıq peşəkarlığı ilə keçirilir. Azərbaycanda kütləvi idmanın inkişafı müşahidə olunur. Bölgələrdə, rayonlarda müasir, bütün dünya standartlarına cavab verən idman qurğuları, olimpiya kompleksləri, üzgüçülük hovuzları tikilir. İndi tikilməkdə olan olimpiya kompleksləri yəqin ki, bu il və gələn il istifadəyə veriləcəkdir. Beləliklə, vaxtilə qarşımıza qoyduğumuz məqsəd - hər bir rayonda müasir olimpiya kompleksinin tikilməsi, - həyatda öz əksini tapacaqdır. 23 idman kompleksi tikilməkdədir, 13-ü artıq fəaliyyətdədir və bu proses davam edir. Nəzərə alsaq ki, federasiyalar və idman cəmiyyətləri də öz tərəfindən bu işlərlə məşğuldurlar, biz görərik ki, Azərbaycanda çox güclü idman infrastrukturu yaradılır. Azərbaycanda nəinki Bakıda, hətta bir çox başqa şəhər və rayonlarda istənilən beynəlxalq yarışın keçirilməsi mümkündür. Bu, idmanın inkişafı üçün çox mühüm bir vasitədir. Həm də bölgələrin inkişafı üçün böyük təkandır. Bildiyiniz kimi, son illər ərzində inşa edilən idman komplekslərinin yanında müasir mehmanxanalar, üzgüçülük hovuzları da tikilir. Yəni bu komplekslər təkcə peşəkar idmançılar üçün deyil, eyni zamanda, idmanla sadəcə həvəskar kimi məşğul olmaq istəyənlər üçün də əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, gələcəkdə yeni idman komplekslərinin tikintisi nəzərdə tutulur, görərik ki, bir neçə ildən sonra bizim bu sahədəki bütün məqsədlərimiz həyatda öz əksini tapacaqdır.
Əlbəttə ki, təlim-məşq toplanışlarının düzgün aparılması, idmançıların hazırlanması, məşqçi heyətinin güclənməsi - bütün bu görülən tədbirlərin bir məqsədi var, o da ki, idmançıların uğurlu çıxışlarıdır. Son sözü idmançılar deyir, son nəticəni, qələbəni idmançılar qazanırlar və biz çox istəyirik ki, bu qələbələrin sayı çox olsun. Çünki hər bir idmançının qələbəsi həm onun şəxsi qələbəsidir, eyni zamanda, ölkəmizin qələbəsidir. Hər dəfə dünya, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı qaldırılanda hər bir vətənpərvər insan qürur hissi keçirir. Xüsusilə Olimpiya oyunlarında qələbə qazanmaq, hesab edirəm ki, hər bir idmançının həyatında tarixi hadisədir və eyni zamanda, hər bir ölkənin tarixində mühüm hadisədir. Çünki Olimpiya oyunlarında, demək olar ki, bütün ölkələr iştirak edirlər. Ölkələrin iştirakından, idmançıların çıxışlarından ölkələrin idman gücü müəyyən olunur. Mən çox şadam ki, Azərbaycan idmançıları indiyədək olimpiya oyunlarında yüksək nəticələr göstərmişlər, bizim medallarımızın sayı artır. İstəyirik ki, Pekin Olimpiya oyunlarında da idmançılar gözəl nəticələr göstərsinlər.
Amma onu da bilirik ki, hər dəfə Olimpiya oyunlarında yarışlar daha da gərgin keçir, rəqabət artır və hər bir ölkə çalışır ki, yaxşı nəticə göstərsin və biz bunu nəzərə almalıyıq. Hesab edirəm, idmançılar, idman mütəxəssisləri, məşqçilər bunu gözəl başa düşürlər ki, Olimpiya oyunları idman tarixində ən mötəbər yarışlardır və bu nəticələr növbəti dörd il ərzində ölkənin idman gücünü göstərəcəkdir.
Mən hesab edirəm ki, bütün görülən tədbirlər nəticəsində biz Pekin Yay Olimpiya oyunlarında yaxşı nəticə göstərməliyik.
İdmanın inkişafı bundan sonra da davam etdiriləcək, idmana dövlət qayğısı artacaq, bütün lazımi tədbirlər görüləcəkdir. İdmançıların həm məişət problemləri həll olunur, həm də mukafatlandırma məsələsində irəliləyişlər var. Hər bir vətənpərvər vətəndaş Olimpiya oyunlarını izləyəcək və hər bir qələbəyə sevinəcəkdir. Olimpiya oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.
Gələcəkdə, əlbəttə ki, bizim idman imkanlarımız daha da genişlənəcəkdir. Bu gün Azərbaycanda yaradılan müasir idman infrastrukturu, tikilən obyektlər dünya miqyaslı obyektlərdir. Məsələn, burada qeyd olundu, Mingəçevir avarçəkmə bazasının bərpası, faktik olaraq, yenidən qurulması prosesi başlanmışdır. Bu, dünya miqyaslı bir layihədir. Eyni zamanda, qış idman növlərinin inkişafı və turizmin inkişafı üçün Qusar rayonu ərazisində yeni idman və turizm infrastrukturu yaradılır. Bu da dünya miqyaslı bir layihə olacaqdır. Həm bölgənin inkişafına, iş yerlərinin açılmasına xidmət göstərəcək, həm də o, beynəlxalq turizm mərkəzinə çevriləcəkdir.
Bütün bu layihələr böyük vəsait tələb edir və onu da bilməliyik ki, bu vəsaitin qaytarılması uzun illərdən sonra mümkün olacaqdır. Yəni bu investisiyalar kommersiya xarakteri daşımır. Bütövlükdə, Azərbaycanda son illər ərzində kapital qoyuluşu, investisiyaların həcmi, dövlət tərəfindən qoyulan investisiyalar sosial xarakter daşıyır. Tikilən elektrik stansiyaları, yollar, körpülər, məktəblər, xəstəxanalar, idman qurğuları, sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin çox güclü sosial siyasəti vardır. Xarici şirkətlər, yerli şirkətlər, əlbəttə ki, ilk növbədə daha çox kommersiya xarakterli investisiyalara üstünlük verirlər və bu da təbiidir. Ancaq dövlət öz tərəfindən hər şeyi etməlidir ki, Azərbaycanda yaşayan bütün insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı imkanlar olsun və Azərbaycanda yaradılan yeni infrastruktur obyektləri dünya standartlarına cavab versin. İdmanda biz bunu görürük və bir daha demək istəyirəm, mən çox şadam ki, beynəlxalq idman aləmi, olimpiya ailəsi Azərbaycanı idman ölkəsi kimi tanıyır. Bu, onu göstərir ki, bu vaxta qədər görülmüş bütün tədbirlər, atılmış addımlar düzgün istiqamətdə olmuşdur.
Azərbaycanda idmanın inkişafı dövlət əhəmiyyətli məsələdir. Dövlət bundan sonra da bu sahəyə qayğı göstərəcəkdir. Əlbəttə ki, idmançıların mükafatlanması işində də nə lazımdırsa edəcəyik. Bilirsiniz ki, keçən Olimpiya oyunlarında yüksək nəticə göstərən idmançılar üçün mükafat fondu var idi. Keçən Olimpiya oyunlarında qızıl medalı qazanan idmançıya 50 min dollar dövlət tərəfindən və 50 min dollar Milli Olimpiya Komitəsi tərəfindən mükafat verilmişdir. Mən hesab edirəm ki, Azərbaycanın artan imkanlarını nəzərə almaq şərtilə, biz bu mükafat fondunu daha da böyütməliyik.
Son dörd il ərzində, keçən Yay Olimpiya oyunlarından sonra Azərbaycanın iqtisadi potensialı böyük dərəcədə güclənmişdir və biz bunu statistik rəqəmlərdə və abadlaşan, yeniləşən şəhərlərin simasında görürük. Artıq Azərbaycanın çox güclü iqtisadi imkanları var. Bizim ildən-ilə artan dövlət büdcəmiz imkan verir ki, istənilən sosial məsələnin həlli üçün lazımi tədbirlər görək. Mən hesab edirəm ki, yeni reallığı, yəni Azərbaycanın iqtisadi cəhətdən güclü ölkəyə çevrilməsini nəzərə almaqla lazımi tədbirlər görə bilərik. Son 3 il ərzində Azərbaycanda olan iqtisadi inkişaf sürəti dünya miqyasında heç bir yerdə olmamışdır. Bunu biz də deyirik, beynəlxalq təşkilatlar da deyir. Son 3 il ərzində iqtisadi inkişaf sürəti baxımından dünya miqyasında bütün ölkələr arasında birinci yeri tutmaq asan məsələ deyildir. Biz buna nail olmuşuq və bu meyllər davam edir. Əminəm ki, 2008-ci ilin iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya miqyasında bu liderliyini saxlayacaqdır. Bütün bunlar düşünülmüş iqtisadi islahatlar nəticəsində mümkün olmuşdur. Bütün bunların təməli 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin Azərbaycanda başladığı iqtisadi və siyasi islahatlarla qoyulmuşdur.
Azərbaycan son 4 il ərzində, axırıncı Olimpiya oyunlarından keçən dövr ərzində bütün sahələrdə öz imkanlarını böyük dərəcədə genişləndirmişdir. Siyasi mövqelərimiz möhkəmlənib, iqtisadi imkanlarımız güclənib, insanların rifah halı yaxşılaşır, güclü tikinti-abadlıq işləri aparılır. Bir sözlə, mən hesab edirəm ki, bütün bunları nəzərə almaq şərtilə biz Pekin Yay Olimpiya Oyunlarında qələbə qazanan idmançıları daha da böyük məbləğlə mükafatlandırmalıyıq. Mən hesab edirəm ki, müvafiq federasiyalar, idman cəmiyyətləri və müxtəlif şirkətlər, dövlət şirkətləri və özəl şirkətlər, sponsorlar da öz sözünü deyəcəklər. Bu, onların öz işidir. Milli Olimpiya Komitəsinin prezidenti və ölkə prezidenti kimi mən Milli Olimpiya Komitəsi və dövlət tərəfindən danışa bilərəm. Bəyan etmək istəyirəm ki, yay Olimpiya oyunlarında qızıl medal qazanmış idmançıya Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat mükafat veriləcəkdir, Azərbaycan dövləti isə birinci yerə çıxan, qızıl medal qazanan idmançıya 400 min manat mükafat verəcəkdir.
Ancaq mən bilirəm və siz də bilirsiniz ki, bu, qələbə qazanmaq üçün əsas amil deyildir. İdmançıları qələbəyə çağıran, qələbəyə aparan əsas amil vətən sevgisidir, vətənpərvərlik ruhudur və azərbaycançılıq fəlsəfəsidir. Sadəcə olaraq, mən hesab edirəm ki, idmançıların əməyinin lazımi səviyyədə qiymətləndirilməsi üçün mükafatın bu məbləği məqsədəuyğundur.
Əziz idmançılar, mən sizi, ilk növbədə, Olimpiya oyunlarında iştirak etmək üçün qazanılmış lisenziyaların əldə olunması münasibətilə bir daha təbrik edirəm. Bu, əldə edilən nəticədən asılı olmayaraq, hər bir idmançının həyatında tarixi bir hadisədir. Eyni zamanda, sizi qələbəyə çağırıram. Siz bilin ki, bütün vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər, sizin qələbənizi gözləyəcəklər və Azərbaycana qələbəylə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə uğurlar, qələbələr arzulayıram.

30 iyul 2008-ci il
Xəbər 3209 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru