Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
19/11 | 12:06 Azərbaycanın U-17 komandası qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq
19/11 | 11:46 Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
19/11 | 11:26 Tokioda yeni Olimpiya stadionunun tikintisi başa çatdırılıb
19/11 | 11:02 AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb
19/11 | 10:56 Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
19/11 | 10:40 Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19/11 | 10:02 Milli Dirçəliş Gününə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub
19/11 | 09:55 Azərbaycan qılıncoynadanı dünya kuboku turnirinin finalçısına uduzub
18/11 | 20:00 ADBTİA məzunlarına diplomlar təqdim edildi
18/11 | 19:22 Paraatletika üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirilib
18/11 | 19:03 Karateçimiz İrina Zaretska Fransa kubokunu qazanıb
18/11 | 18:17 Xətaidə məktəblilər arasında atletika üzrə yarış keçirilib
18/11 | 18:01 XIV Respublika spartakiadasının voleybol yarışları keçirilib
18/11 | 17:34 Azərbaycanlı boksçu peşəkar rinqdə üçüncü qələbəsini qazanıb
18/11 | 17:16 Beynəlxalq yarışa hazırlıq çərçivəsində cüdo üzrə açıq rayon birinciliyi keçirilib
18/11 | 16:17 Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18/11 | 15:26 Azərbaycan Tibb Universitetinin komandası XIV Respublika Universiadasının qalibi olub
18/11 | 15:20 Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb
18/11 | 15:02 Ferstappen Braziliya Qran-Prisində günün yürüşçüsü elan edilib
18/11 | 14:40 Voleybol üzrə U-16 komandamız Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
18/11 | 14:35 F1 Braziliya Qran-Prisinin podiumuna çempionatın tarixində ən gənc pilotlar qalxıb
18/11 | 14:08 “Masters” turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək
18/11 | 13:56 Taekvondo üzrə respublika birinciliyi və çempionatı keçiriləcək
18/11 | 13:24 Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir
18/11 | 12:34 Azərbaycan-Ukrayna oyununun hakimləri müəyyənləşib
18/11 | 11:49 Sumqayıtda dörd gimnastika növü üzrə birgə yarışlar başa çatıb
18/11 | 10:29 Bolqarıstanda keçirilən “European Cadet Circuit” turnirinə yekun vurulub
18/11 | 10:00 “Avro-2020”: Türkiyə millisi səfərdə Andorra yığmasını məğlub edib
18/11 | 09:55 Azərbaycan badmintonçusu “Cameroon International 2019” turnirində qızıl medal qazanıb
17/11 | 20:30 Atletlərimiz beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar
17/11 | 19:40 Yevlaxda keçirilən yunan-Roma güləşi üzrə rayon birinciliyində 80 idmançı mübarizə aparıb
17/11 | 17:13 Maksim Medvedev Slovakiyaya getməyəcək
17/11 | 16:58 Gəncədə uşu üzrə respublika turnirinə start verilib
17/11 | 15:21 Sumqayıt gimnastika üzrə ilin sonuncu yerli yarışlarına ev sahibliyi edib
17/11 | 14:12 Bu gün “Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin aşılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 17.01.2008 | Saat: 16:28:00 | E-mail | Çapa göndər
- Əziz ağdamlılar!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, yenidən Ağdam rayonunda olmağımdan məmnunluq hissi keçirirəm. İki il bundan əvvəl biz sizinlə bərabər bu gözəl Olimpiya İdman Kompleksinin təməlini qoyduq və bu gün onun açılışında iştirak edirik. Bu, çox əlamətdar bir hadisədir. Bu onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında, özü də böyük peşəkarlıqla, yüksək səviyyədə yerinə yetirilir. Bu Olimpiya İdman Kompleksi beynəlxalq standartlara cavab verən bir idman qurğusudur. Azərbaycanda son illər ərzində müxtəlif bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Lakin ilk dəfədir ki, rayonlarda kənddə, - əslində indi qəsəbədir, amma biz kompleksin təməlini qoyanda Quzanlı kənd hesab olunurdu, - belə möhtəşəm Olimpiya İdman Kompleksi tikilmişdir. Bu onu göstərir ki, bölgələrin inkişafı, Azərbaycanın müxtəlif yerlərində, ən ucqar yerlərində yaşayan insanların şəraitinin yaxşılaşdırılması üçün, müasir infrastrukturun yaradılması üçün bütün tədbirlər görülür. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. İstəyirik ki, bütün bölgələr inkişaf etsin və hər bir yerdə, hər bir rayonda, hər bir qəsəbədə bütün lazımi şərait olsun.
Azərbaycanın idman şöhrəti yüksəklərdədir. Bu, artıq bütün dünya idman ailəsi tərəfindən qəbul edilir. Biz həm ölkəmizdə ən böyük beynəlxalq yarışları uğurla keçiririk, həm də idmançılarımız bizi öz uğurları ilə sevindirirlər, bizim çox güclü idman potensialımız var, gənc nəsil yetişir. O cümlədən Ağdam rayonundan olan idmançılar həmişə Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Ağdamın çox gözəl və güclü idman məktəbi olmuşdur və indi də var. Bu gün burada çıxış edən Elçin Cəfərov sizin yerlinizdir və o, milli komandaya başçılıq edir. O milli komandaya ki, bu idman növündə bizim olimpiya və dünya çempionu medallarımız var, qızıl medallarımız var. Ona görə rayonun infrastrukturunun inkişafı, o cümlədən idman imkanlarının genişlənməsi, əlbəttə ki, bizi bu idman kompleksini tikməyə vadar etmişdir. Təkcə buna görə yox, eyni zamanda, mən hesab edirdim ki, Ağdamda mütləq gözəl Olimpiya İdman Kompleksi tikilməlidir. Rayonun əksər hissəsi işğal altındadır və Quzanlı müvəqqəti olaraq Ağdam rayonunun mərkəzinə çevrilmişdir. Quzanlının statusunun qaldırılması, ona qəsəbə statusunun verilməsi, bu qəsəbənin inkişafına əlavə vəsaitin ayrılması, idman kompleksinin tikilməsi o məqsədi güdürdü ki, müvəqqəti olaraq Ağdam rayonunun mərkəzi kimi Quzanlı qəsəbəsi inkişaf etsin, abadlaşsın. Gələcəkdə qəsəbənin və digər kəndlərin inkişafı üçün lazımi tədbirlər görüləcəkdir. Mən Ağdam rayonunun inkişafı üçün əlavə vəsait ayıracağam və o vəsaitdən istifadə edilməklə rayonun problemləri həll olunacaqdır.
Mən keçən dəfə burada olarkən demişdim və bu gün yenə də demək istəyirəm ki, Ağdam rayonuna biz xüsusi diqqət göstərməliyik. Rayonun həmişə böyük potensialı olubdur. Ancaq indi rayonun əksər hissəsində bütün binalar, bütün infrastruktur dağıdılıb, erməni talançıları tərəfindən bütün əmlak oğurlanıb aparılıbdır. Bunu həm biz bilirik, həm də beynəlxalq ictimaiyyət bilir. ATƏT-in faktaraşdırıcı missiyası iki il bundan əvvəl bölgəyə səfər etmişdir və o missiyanın məruzəsində bütün bu acınacaqlı həqiqətlər öz əksini tapmışdır. Erməni vandalları tərəfindən şəhər, demək olar ki, tamamilə dağıdılmışdır. Orada bir dənə salamat bina qalmayıb və insanların bütün əmlakı, bizim maddi və mənəvi irsimizin inciləri aparılmışdır.
Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, mən buna şübhə etmirəm. Ondan sonra yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər tikəcəyik. Ancaq hələ ki, biz müvəqqəti olaraq burada məskunlaşan insanların həyat səviyyəsini qaldırmalıyıq. Bildiyiniz kimi, bu məqsədlə, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində qəbul edilmiş qərarlar, sərəncamlar bu gün çox uğurla icra edilir. Keçən ilin sonunda əvvəllər qəbul edilmiş proqramlara əlavələr göstərir ki, proqramın əsas hissəsi icra olunubdur. Hər il bu məqsədlərə yüz milyonlarla manat vəsait sərf edilir, yeni qəsəbələr, yeni şəhərciklər salınır. Burada icra hakimiyyəti başçısının çıxışında qeyd olundu ki, təkcə Ağdam rayonunda 12 qəsəbə salınıbdır. Mənə verilən məlumata görə, indi Ağdam rayonunun işğaldan azad olunmuş yerlərində 86 min insan yaşayır. Bu, rayon əhalisinin, demək olar ki, yarısıdır. Yəni biz buna müvəqqəti olaraq nail ola bilmişik. İnsanları normal şəraitlə təmin edə bilmişik və burada salınan qəsəbələr, digər bölgələrdə, Füzulidə, başqa yerlərdə salınan qəsəbələr bizim siyasətimizi əks etdirir.
Mən 2003-cü ilin payızında prezident seçkiləri ərəfəsində söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. İndi deyə bilərəm ki, biz bu məqsədə 4 il ərzində nail olduq. Sonuncu çadır şəhərcikləri ləğv edilibdir. Onların əvəzində yeni, gözəl qəsəbələr tikilibdir, məktəblər, tibb məntəqələri, uşaq bağçaları, bütün infrastruktur var, elektrik xətləri çəkilibdir. İndi Ağdam rayonuna təbii qazın verilməsi məsələsi də həll olunur. Bu gün Ağcabədiyə uzun fasilədən sonra, ilk dəfə qazın verilməsi bərpa ediləcəkdir. Sonra o xətdən Ağdam rayonuna yeni xətt çəkiləcək və bu rayon təbii qazla da təmin olunacaqdır.
Bir sözlə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayırırıq. Bu məqsədlər üçün biz müvafiq proqramlar qəbul etmişik, 16 fərman və sərəncam imzalanmışdır. Bütün bu fərman və sərəncamlar əməli-praktik işlərin görülməsi üçün əsasdır. Qəbul edilmiş hər bir qərar ona gətirib çıxaracaq ki, insanların həyat səviyyəsi yaxşılaşacaqdır. Bizim qəbul etdiyimiz qərarlar, imzaladığımız sərəncamlar şüar xarakteri daşımır. Onlar əməli-praktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və biz bunu edirik. Hesab edirəm ki, qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi çox böyük nailiyyətdir.
2007-2011-ci illərdə Dövlət proqramına əlavələrlə əlaqədar 500 milyon manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulur. Yeni qəsəbələr tikiləcək, fin tipli qəsəbələrdə yaşayan soydaşlarımız, hərbi hissələrin ərazilərində yaşayanlar, məktəblərdə, yararsız vəziyyətdə olan binalarda yaşayan soydaşlarımız müasir, gözəl qəsəbələrə köçürüləcək, beləliklə, onların məişət problemləri öz həllini tapacaqdır. Beləliklə, o proqramın icrası nəticəsində ən azı 220 min, bəlkə ondan da çox insan, məcburi köçkün normal yaşayış imkanları ilə təmin olunacaqdır. Əlbəttə ki, bu proqramlar böyük vəsait tələb edir və Azərbaycan indi inkişaf edən ölkədir. Amma hələ ki, bizim başqa sahələrdə böyük ehtiyaclarımız var - iqtisadi inkişafa, sənaye potensialının inkişafına, ölkənin təhlükəsizliyinin təmin olunmasına, ordu quruculuğuna böyük vəsaitin ayrılması. Ancaq bununla bərabər, biz ilk növbədə, sosial məsələlərə də mütləq və mütləq diqqət yetirməliyik. Mən çox şadam ki, bu istiqamətdə bizim gördüyümüz işlər çox müsbətdir, göz qabağındadır. Nə ediriksə, insanlar bunların hamısının nəticəsini görə bilir, bundan istifadə edə bilirlər. Mən əminəm ki, belə olan halda, ardıcıl, məqsədyönlü siyasət nəticəsində biz çətin vəziyyətdə yaşayan soydaşlarımızın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağıq.
Ancaq o da həqiqətdir ki, bütün bu tədbirlər müvəqqəti xarakter daşıyır. Əlbəttə, bizim siyasətimiz - Ağdamdan və Füzulidən olan məcburi köçkünləri, ilk növbədə, o rayonların ərazisində yerləşdirmək, hesab edirəm ki, düzgün siyasətdir və biz bu məsələni artıq indidən həll edirik. Amma əsas məsələlər, əsas böyük işlər torpaqlarımız işğaldan azad olunandan sonra başlayacaqdır. Bayaq qeyd etdiyim kimi, işğal edilmiş bütün ərazilərdə, bütün infrastrukturlar dağıdılıbdır. Biz yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər yaradacağıq və buna hazır olmalıyıq. Onu da bilirik ki, biz ancaq öz gücümüzə arxalana, ancaq öz gücümüzə istinad edə bilərik.
Biz əlbəttə ki, xarici beynəlxalq donor təşkilatlarının yardımından istifadə etmişik və bizim üçün ən çətin dövrdə yardım etdiklərinə görə o təşkilatlara öz minnətdarlığımızı bildiririk. Amma onu da bilirik ki, işğaldan azad olunacaq bütün yerləri, rayonları abadlaşdırmaq üçün milyardlarla dollar vəsait lazım olacaqdır. Heç bir beynəlxalq təşkilat o qədər vəsaiti bizə verməz. Biz öz gücümüzə istinad etməliyik. Ona görə iqtisadi potensialımızı möhkəmləndiririk. Ona görə ki, güclü olaq və gələcəkdə bütün bu rayonları öz hesabımıza bərpa edək. Bu məqsədlə Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bu gün daha da dərinləşməlidir. Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq, güclü iqtisadiyyat yaradaq. İqtisadiyyat hər bir dövlətin təməl sütunudur. Güclü iqtisadiyyatı olan ölkə siyasi cəhətdən də müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilər.
Azərbaycanın üzləşdiyi çətin problemlərin əsas səbəbi ondan ibarət idi ki, 1990-cı illərin əvvəllərində biz müstəqilliyimizi bərpa edəndə Azərbaycanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi. Azərbaycanın nə xarici siyasəti, nə daxili siyasəti milli maraqlara cavab vermirdi. Sənaye istehsalı, demək olar ki, tamamilə aşağı düşmüşdü, iflic vəziyyətində idi, iqtisadi böhran hökm sürürdü və faktiki olaraq, ölkənin gələcəyi qeyri-müəyyən idi. Erməni qəsbkarları bu amildən, eyni zamanda, başqa amillərdən, xarici yardımdan istifadə edərək, bizim torpaqlarımızı işğal ediblər. İndi onlar bəzi hallarda sübut etməyə çalışırlar ki, müharibədə qələbə qazanıblar. Bu, belə deyil, əsla belə deyil! Çünki müharibə hələ bitməyib, müharibənin birinci dövrü başa çatıb və xarici dəstəyin nəticəsində bizim torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilibdir. 1990-cı illərin əvvəlindəki vəziyyətdən fərqli olaraq, biz bu gün daha güclüyük. Biz iqtisadi imkanlarımızı artırırıq və bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisədə həcm baxımından 5-6 dəfə böyükdür. Bu həcm getdikcə artacaq və bütün imkanlarımızı səfərbər edib güclü dövlət, güclü iqtisadiyyat yaradacağıq ki, ərazi bütövlüyümüzü bərpa edək. Biz güclü ordu yaradırıq.
Əminəm ki, bütün bu amillər - Azərbaycanın uğurlu iqtisadi siyasəti, xarici siyasəti, bölgədəki nüfuzu və artan rolu, bizim iqtisadi potensialımız və enerji baxımından güclü olmağımız, ordu quruculuğunun sürətlə getməsi, danışıqlar prosesinə də müsbət təsir göstərir. Əgər bir neçə il bundan əvvəl Ermənistan tərəfi danışıqlar zamanı Dağlıq Qarabağa müstəqilliyin verilməsini tələb edirdisə, bu gün bu, belə deyildir. Bu gün onlar da anlayırlar ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana birləşməyəcəkdir. Bu, artıq təkcə bizim mövqeyimiz deyil, - bütün zamanlarda bizim mövqeyimiz bundan ibarət olmuşdur, - eyni zamanda, beynəlxalq vasitəçilərin mövqeyidir və Ermənistan tərəfi məcbur olub bu reallıqla hesablaşır. Əgər vaxtilə 4 rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə olunurdusa, daha doğrusu, Ermənistan tərəfindən irəli sürülürdüsə, bu gün artıq bu da keçmişdə qalıbdır. İndi 7 rayonun, bütün işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq vasitəçilər, ATƏT-in Minsk qrupu tələb edir və Ermənistan rəhbərliyi məcbur olub bunu qəbul edir. Yəni bu, çox böyük irəliləyişdir, çox böyük uğurlardır.
Düzdür, məsələ hələ ki, öz həllini tapmayıb, amma biz buna yaxınlaşırıq. Bizim siyasətimiz, gücümüz, imkanlarımız və qətiyyətimiz o günü yaxınlaşdırır və danışıqlar çərçivəsində əldə edilmiş irəliləyiş Azərbaycanı qane edir. Hələ tam şəkildə deyə bilmərəm ki, təklif edilən variantda hər şey bizi qane edir. Bəzi məsələlər bizi qane etmir və biz onlarla razı ola bilmərik. Amma bütövlükdə, danışıqların gedişatı müsbət istiqamətdədir. Biz buna nəyin hesabına nail olmuşuq? Yəni həm beynəlxalq ictimaiyyətin, həm Ermənistan rəhbərliyinin güzəştlərə getməyə hazır olmasına və artıq dediyim məsələlərə razılıq verməsinə nəyin hesabına nail ola bilmişik? Ancaq öz gücümüz hesabına. Ona görə ki, Ermənistan anlayır ki, artıq Azərbaycan güclü dövlətə çevrilibdir. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, Azərbaycan Avropa təhlükəsizliyi üçün, enerji təhlükəsizliyi üçün əvəzolunmaz ölkəyə çevrilir, Azərbaycan öz zəngin neft-qaz yataqlarının işlənməsinə uğurla nail olubdur və bu gün qonşu ölkələri, Avropa və dünya ölkələrini enerji resursları ilə böyük dərəcədə təmin edir.
Azərbaycan iqtisadi artıma görə ardıcıl olaraq 3 ildir dünyada birinci yerdədir. Azərbaycan öz ordu quruculuğunu gücləndirir, keçən il və bu il orduya ayrılan təxminən iki milyard yarım dollar vəsait bizim imkanlarımızı, gücümüzü artırır. Ermənistan tərəfi bunu bilir və bununla hesablaşmağa məcburdur. Vaxt bizə işləyir. Mən bir daha demək istəyirəm, bizim hamımız istəyirik ki, tezliklə torpaqlarımız işğalçılardan azad edilsin. Soydaşlarımız tezliklə öz doğma yurduna, öz doğma torpaqlarına qayıtsınlar. Bir daha qeyd etmək istəyirəm ki, artıq bu rayonların bərpası üçün də bizim imkanlarımız var. Ancaq mən istəyirəm ki, imzalanacaq sülh sazişi Azərbaycanın maraqlarını tam şəkildə təmin etsin. Mən hələ deyə bilmərəm ki, tam şəkildə bizi qane edir. Ona görə biz danışıqlar prosesini davam etdirəcəyik, öz mövqeyimizdən dönməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, olmayıb və olmayacaqdır. Dağlıq Qarabağa, orada yaşayan ermənilərə və ora qayıdacaq azərbaycanlılara Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək idarəetmə statusu verilə bilər. Başqa Avropa ölkələrində biz bunu görürük, bu ölkələrdə muxtariyyət formaları var, müxtəlif formalar var və onların hamısı ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunubdur. Biz heç bir yeni formanı icad etmək fikrində deyilik. Bizim mövqeyimiz tarixi həqiqətə əsaslanır. Qarabağ, o cümlədən Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər - siz bunu yaxşı bilirsiniz, - və ondan sonra orada əksəriyyəti təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar. Əfsuslar olsun ki, o vaxt, 1980-ci illərin sonunda Azərbaycan rəhbərliyi antimilli siyasət aparmaqla böyük güzəştlərə getmişdir. Dağlıq Qarabağda Sovet İttifaqı rəhbərliyi, ilk növbədə, Qorbaçov tərəfindən xüsusi komitə yaradılmışdı və komitənin yaranması artıq Dağlıq Qarabağda separatçı meyillərin güclənməsi demək oldu. Ondan sonrakı dövrlərdə, 1990-cı illərin əvvəlində aparılan siyasət də faktik olaraq, torpaqlarımızın işğalına gətirib çıxarmışdır. Şuşa, Laçın, Kəlbəcər və başqa torpaqlarımız işğal altına düşdü. İndi bu böyük bəla, böyük dərd, həm insanlar üçün humanitar fəlakət, həm ölkəmiz üçün ən böyük problem bizi çox incidir və eyni zamanda, əlbəttə ki, bizi daha da güclü olmağa sövq edir. Biz güclü olmalıyıq, indiki zamanda biz dünyada gedən proseslərə də nəzər salır, baxırıq, nəzarət edirik, izləyirik. Görürük ki, əfsuslar olsun, dünyada beynəlxalq davranış qaydaları pozulur, bəzi hallarda beynəlxalq prinsiplərə əməl olunmur, çox narahatedici meyllər başlanır, bəzi muxtar bölgələrin birtərəfli tanınması məsələsi ortaya çıxır. Halbuki bu, tamamilə qəbuledilməzdir.
Bir sözlə, dünyada gedən proseslər onu göstərir ki, hər bir ölkə, ilk növbədə, güclü olmalıdır. Güclü olarsansa, sən öz maraqlarını qoruyacaqsan. Əgər sən güclü olmasan, hətta bütün beynəlxalq normalar sənin tərəfində olsa da, bunun böyük əhəmiyyəti olmayacaqdır. Azərbaycan bu dövrü yaşayıbdır. Biz kasıb vəziyyətdən inkişafa və gələcək çiçəklənməyə doğru gedirik. Bilirik ki, bizi nələr gözləyir. Biz öz iqtisadi islahatlarımızla, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası ilə güclü dövlət yaradırıq. İmkanlarımız artır, bizimlə daha da çox hesablaşırlar, bizim sözümüz daha da böyük məna daşıyır, sözümüzün çəkisi artır. Bunun müqabilində, Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edilmiş bir ölkə, - biz buna nail olmuşuq, - heç bir əhəmiyyət kəsb etməyən bir ölkə, xarici ianələrdən asılı olan, xarici dövlətlərin köməyi ilə yaşayan və müstəqilliyi ancaq şərti xarakter daşıyan bir ölkədir. Yəni bu, artıq müqayisəolunmaz dərəcədədir. Növbəti illərdə bizim gücümüz daha da artacaq, onlar isə zəifləyəcəklər.
Beləliklə, mən heç şübhə etmirəm ki, biz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Mən inanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək, normal məntiqə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq və bizim soydaşlarımız bu torpaqlara qayıdacaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan, o cümlədən hərbi imkanlarından istifadə etsin və öz doğma torpaqlarını azad etsin. Biz heç kimin torpağını zəbt etməmişik. Halbuki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıbdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər. Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.
Bir daha demək istəyirəm ki, biz heç bir başqa ölkənin torpaqlarına iddia etmirik, biz istəyirik ki, bizim torpaqlarımız dinc yolla işğalçılardan azad olunsun və Azərbaycan vətəndaşları öz vətəndaş hüquqlarından istifadə edə bilsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlardan biz çox eşidirik ki, insan haqları təmin olunmalıdır, insan haqları müdafiə edilməlidir. Azərbaycanda bütün insan haqları necə lazımdır müdafiə edilir, təmin olunur və başqa ölkələr üçün biz örnək ola bilərik. Bunu artıq yaxın tarix göstəribdir. Ancaq indi nədənsə, bu beynəlxalq təşkilatlar 1 milyon qaçqın-köçkünün insan haqlarından söhbət açmır. Evindən-eşiyindən olmuş, öz torpağını itirmiş insanların haqlarından söhbət açmır. Yəni bu ikili siyasət artıq bizə bəllidir, biz bunu bilirik və buna əhəmiyyət də vermirik. Amma bu ədalətsizlik bizi, əlbəttə ki, incidir. İnsan haqlarından danışanda, ilk növbədə, Ermənistana irad tutulmalıdır ki, nə üçün 1 milyon insanın haqlarını tapdalamısan? Nə üçün o insanlara imkan yaratmırsan ki, onlar öz vətəninə qayıtsınlar? Budur, məsələnin mahiyyəti! Ona görə bəzi hallarda ədalətsiz yanaşmanı görəndə, Azərbaycana qarşı əsassız təzyiqləri görəndə, biz, əlbəttə ki, üzülürük.
Amma bu heç də bizim iradəmizə zərrə qədər təsir etmir və etməyəcəkdir. Azərbaycan dövləti möhkəmləndikcə, öz müstəqil siyasətini daha da uğurla aparacaqdır. Mənim üçün prezident kimi əsas Azərbaycan xalqının maraqlarıdır, Azərbaycanın maraqlarıdır. Bütün başqa məsələlər ikinci dərəcəli məsələlərdir. Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə etmək üçün güc olmalıdır. Azərbaycan dövlətini möhkəmləndirmək üçün iqtisadi potensial möhkəmlənməlidir, biz bunu gündəlik həyatda edirik və bundan sonra edəcəyik.
Mən çox şadam ki, bizim bütün təşəbbüslərimiz, bütövlükdə siyasətimiz - istər daxili, istər xarici, istər iqtisadi və başqa sahələrdə siyasətimiz xalq tərəfindən dəstəklənir. Bu dəstək bizə güc verir, mənə əlavə imkanlar yaradır, Azərbaycan üçün gözəl şərait yaradır.
Əziz ağdamlılar, mən bir daha demək istəyirəm ki, bu gün çox şadam, çox böyük məmnuniyyət hissi ilə yenidən Ağdama gəlmişəm. Burada qeyd edildi ki, 2008-ci ildə bölgələrə ilk səfərimi buraya - Ağdama edirəm. Mən rayonlarda tez-tez oluram, vəziyyətlə tanış oluram və bundan sonra da olacağam. Hər dəfə gələndə, yenilik görəndə, abadlıq görəndə, yeni binalar görəndə mənim ürəyim açılır. Mən istəyirəm ki, siz burada yaxşı yaşayasınız. Bunu təmin etmək üçün nə lazımdırsa edəcəyik. Rayonun iqtisadi-sosial inkişafı üçün bu yaxınlarda əlavə vəsaitlər ayrılacaqdır. Əminəm ki, bu, sizə kömək edəcək ki, burada işlər daha da yaxşı getsin.
Mən bu gözəl, beynəlxalq səviyyəli olimpiya kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
Sağ olun!

17 yanvar 2008-ci il
Xəbər 1429 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru