Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
21/03 | 10:26 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli Olimpiya Komitəsinin 2007-ci ilin yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevin nitqi
Tarix: 27.12.2007 | Saat: 12:27:00 | E-mail | Çapa göndər
- Əziz dostlar!
Yeni il ərəfəsində bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Həm ilin idman yekunları müzakirə edilir, həm də biz görüşürük, birlikdə oluruq. Dünən Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısında ilin yekunları haqqında geniş müzakirələr aparılmışdır. Bütövlükdə, Azərbaycan idmançıları bu ili uğurla başa vurdular. Beynəlxalq yarışlarda həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə 452 medal qazanılmışdır. Beləliklə, Azərbaycanın idman imkanları daha da geniş şəkildə dünyaya təqdim edilmişdir.
Mən çox sevinirəm ki, ildən-ilə medalların sayı azalmır, artır. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. İdman ənənələri yaşayır, davam etdirilir və Azərbaycan artıq bir neçə ildir ki, dünyada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları ilə yanaşı, idmanla bağlı bütün başqa sahələrdə də işlər yaxşı gedir. İdman infrastrukturu yaradılır, yeniləşir. Bu il də bölgələrdə olimpiya idman komplekslərinin açılışları olmuşdur. Gələn il də yeni komplekslərin açılışları nəzərdə tutulur. Artıq gələn il və ondan sonrakı illərdə komplekslərin sayı böyük rəqəmlərlə ölçüləcəkdir. Mənim yadımdadır, biz 2000-ci ildə bu təşəbbüslə çıxış edəndə nəzərdə tuturduq ki, Bakıda və böyük şəhərlərdə olimpiya kompleksləri tikilsin. Ancaq ondan sonra gördük ki, buna çox böyük maraq var, bölgələrdə idmançıların, xüsusilə gənc idmançıların, uşaqların idmanla məşğul olmağa çox böyük marağı var. Qərar qəbul etdik ki, Azərbaycanın bütün bölgələrində maksimum dərəcədə gözəl idman qurğuları tikilsin. Bildiyiniz kimi, bu idman mərkəzləri dünyanın ən yüksək standartlarına uyğun şəkildə tikilir.
İndi bütün bölgələrdə bu qurğular var. Növbəti mərhələ, şübhəsiz ki, hər bir rayon mərkəzində belə komplekslərin tikintisinə nail olmaqdır. Buna da biz nail olacağıq. Çünki artıq bizim təcrübəmiz də var, maddi imkanlarımız da artır və idman sahəsinə qoyulan investisiyaların həcmi gələcəkdə davam etdiriləcəkdir. Bu sahəyə qoyulan investisiyalar həm Azərbaycanın idman şöhrətini daha da yüksək zirvələrə qaldıracaq, həm də bu, insanların, uşaqların, gənclərin sağlamlığına qoyulan investisiyalardır. Bu, çox böyük əhəmiyyət kəsb edir. Fiziki sağlamlıq, mənəvi sağlamlıq, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər idmanda cəmləşir və idman Azərbaycan cəmiyyətinin çox önəmli bir tərkib hissəsidir.
Yəqin bilirsiniz ki, indi dünyada, demək olar, bütün ölkələrdə idmanın inkişafına çox böyük diqqət vardır. Beynəlxalq yarışlarda ölkələr bir-biri ilə yarışırlar. Hər bir ölkənin idman uğurları o ölkənin imicini, şöhrətini artırır, qaldırır. Biz Azərbaycanda bunu çoxdan bilirdik və öz işimizi bu istiqamətdə düzgün qura bilmişik. İdmanla məşğul olan bütün qurumlar bu il səmərəli işləmişlər, yenə də ənənəvi olaraq, vahid konsepsiya çərçivəsində işləmişlər. Həm Olimpiya Komitəsi, İdman və Gənclər Nazirliyi, həm də federasiyalar, idman cəmiyyətləri, klublar. Bir sözlə, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və birgə fəaliyyət planının icra olunması idmanın uğurlarına gətirib çıxarır.
Biz 2007-ci ildə Azərbaycanı dünyaya daha da tanıtmaq üçün iki böyük idman yarışı keçirdik. Daha doğrusu, bu yarışların sayı daha çox idi. Mən yeniyetmələr arasında keçirilən Avropa və dünya birinciliklərini sadalaya bilərəm, lisenziya yarışlarını sadalaya bilərəm. Amma Avropa və dünya çempionatlarının keçirilməsi, əlbəttə, nəinki idman hadisəsi, ümumiyyətlə, böyük beynəlxalq hadisədir.
Biz bu iki tədbiri - həm bədii gimnastika üzrə Avropa çempionatını, həm də güləş üzrə dünya çempionatını uğurla keçirə bilmişik. Bu növlər üzrə bütün Avropa və dünya idmançıları Azərbaycana gəlmişlər. Bu onu göstərir ki, bizim çox gözəl təşkilatçılıq qabiliyyətimiz var. Bu beynəlxalq yarışların keçirilməsi Azərbaycanın şöhrətini, imicini qaldırdı. Bizim təşkilatçılıq qabiliyyətimizi geniş dünya ictimaiyyətinə təqdim etdi.
Güləş üzrə çempionatda rekord sayda idmançılar və ölkələr iştirak etmişdir. Yüzdən çox ölkə Azərbaycana öz nümayəndəsini göndərmişdi. Bu nümayəndələr ölkəmizlə, uğurlarımızla tanış olaraq, əlbəttə ki, Azərbaycan haqqında düzgün, ədalətli həqiqətləri öz yaşadıqları ölkələrə çatdırırlar və çatdıracaqlar. Bu, çox vacibdir. Biz gənc ölkəyik, müstəqilliyimizin cəmi 16 yaşı var. Baxmayaraq ki, Azərbaycan çox böyük mədəni irsə malikdir, bizim çox böyük zəngin mədəniyyətimiz, tariximiz var, yenə də biz hələ ki, dünyaya özümüzü tanıtmalıyıq, Azərbaycanı tanımalıdırlar, Azərbaycanda baş verən hadisələr bəlli olmalıdır. Azərbaycan həqiqətləri dünyada nə qədər çox yayılsa, bir o qədər də Azərbaycan haqqında müsbət fikir yaradacaqdır. İdman bu sahədə əvəzolunmaz bir vasitədir. Bir daha demək istəyirəm ki, 100 ölkənin nümayəndəsi Azərbaycandakı vəziyyətlə tanış ola bilmişdir.
Bizim beynəlxalq yarışları uğurla keçirməyimiz, əlbəttə, gələcəkdə daha da mötəbər yarışların keçirilməsinə zəmin yaradacaqdır. Artıq dünya çempionatından böyük dünya yarışı yoxdur. Təbii ki, söhbət gələcəkdə Olimpiya oyunlarının Azərbaycanda keçirilməsindən gedə bilər. Biz belə bir təşəbbüsü irəli sürəndə bu, gözlənilməz idi. Ancaq həyat göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Bu gün biz bütün dünyaya sübut edirik ki, baxmayaraq, Azərbaycan gənc müstəqil dövlətdir, amma dövlət kimi artıq formalaşmışdır, ayaq üstə möhkəm durur. Dünya miqyaslı mötəbər tədbirləri keçirməyə qadirdir. Buna həm təşkilatçılıq imkanlarımız, həm maliyyə vəsaitlərimiz, həm də bütövlükdə, ölkəmizin gücü, potensialı imkan verir.
Bu gün dünyanın 6 böyük şəhərləri ilə yanaşı, Bakının da adı çəkilir. Bu da çox vacibdir. Bütün kütləvi informasiya vasitələrində, Olimpiya oyunları ilə bağlı olan məlumatlarda Bakının adı gedir. Bizim şəhərimizi tanımayanlar onu tanıyacaqlar. İlk dəfə şəhərimizin adını eşidənlər onu ya internetdən, ya da kitablardan öyrənəcəklər. Biz, istər-istəməz, nəinki bütün idman ictimaiyyətinin, ümumən dünya ictimaiyyətinin diqqətini cəlb edə bilmişik. Çünki siz bunu yaxşı bilirsiniz, Olimpiya oyunları, sadəcə, idman yarışı deyildir. Olimpiya oyunlarını başqa idman yarışlarından fərqləndirən məhz budur ki, o, dünyanın ən böyük beynəlxalq tədbirlərindən biridir. Dünya çempionatı ilə Olimpiya oyunlarının fərqi məhz bundadır. Həm orada, həm də burada eyni idmançılar iştirak edirlər. Qələbəni qazanmaq üçün eyni səylər ortaya qoyurlar. Ancaq beynəlxalq diqqət baxımından bunlar müqayisəolunmaz tədbirlərdir.
Biz Bakını artıq dünyanın tanınmış və aparıcı ölkələrinin əsas şəhərlərinin sırasına sala bilmişik. Yəni biz bu məqsədə nail ola bildik. Ancaq əgər bizim məqsədimiz təkcə bundan ibarət olsaydı, öz işimizi bitmiş hesab edərdik. Mən hesab edirəm ki, biz öz şansımızı axıra qədər sınamalıyıq. İndi geniş təqdimat sənədləri tərtib olunub və beynəlxalq idman federasiyalarının rəhbərləri ilə, digər idman xadimləri ilə bu məsələ ciddi şəkildə müzakirə edilir. Biz çalışmalıyıq ki, öz imkanlarımızı maksimum səfərbər edib Bakının, Azərbaycanın imkanlarını maksimum dərəcədə geniş şəkildə təqdim edək. Əlbəttə ki, bu mübarizə asan olmayacaqdır. Çünki tarixdən görürük ki, adətən, birinci dəfə müraciət edən şəhərə Olimpiya oyunlarının keçirilməsi heç vaxt müyəssər olmamışdır. Adətən, şəhərin imkanlarını ikinci, üçüncü dəfədən, bəlkə də ondan bir neçə dəfə çox da sınayırlar. Ona görə biz realist olmalıyıq. Bu məsələyə realist prizmadan yanaşmalıyıq və bilməliyik ki, adətən, ilk dəfə müraciət edən şəhərə cavab müsbət olmur. Ancaq bununla bərabər, biz bütün lazımi tədbirləri görməliyik.
Biz artıq bilirik və dünya da bilir ki, planetin ən böyük idman tədbirinin Azərbaycanda keçirilməsinə hazırıq. Bizim buna həm iqtisadi, həm təşkilatçılıq, həm də infrastruktur imkanlarımız çatır və 2016-cı ilə qədər Azərbaycanda görüləcək işlər ölkəmizi və əlbəttə, Bakını dünyanın aparıcı ölkəsinə və şəhərinə çevirəcəkdir. Hamımız görürük ki, Bakı necə inkişaf edir. Bakıda böyük infrastruktur layihələri həyata keçirilir, böyük tikintilər gedir, insanların rahatlığı üçün bütün şərait yaradılır. Bizim planlarımız da bu işi davam etdirməkdir. O cümlədən şəhərimizin idman infrastrukturunun yeniləşməsi və yaradılması bizim planlarımızdadır.
Biz artıq bölgələrdə olimpiya komplekslərini kifayət qədər inşa etdik. O komplekslər ki, böyük ölkələrin paytaxtları onlarla fəxr edə bilər. Biz bu işi davam etdirəcəyik. Ancaq hesab edirəm ki, Bakı şəhərində yeni müasir, böyük idman qurğularının tikintisinə də başlamalıyıq. Müvafiq göstərişlər verilibdir və işlər artıq gedir, araşdırmalar aparılır. Mən hesab edirəm ki, ilk növbədə, Bakıda böyük üzgüçülük kompleksi yaradılmalıdır. Biz demək olar ki, bölgələrdə tikilən bütün idman komplekslərində üzgüçülük hovuzunun olmasını da nəzərdə tuturuq. Amma indi gərək açıq danışaq, Bakıda lazımi səviyyədə olan üzgüçülük hovuzu yoxdur. Olan hovuzlar, çox köhnəlib, böyük təmirə ehtiyacları var, lap təmir olunsalar belə, onlar dünya səviyyəsinə uyğun deyildir. Bizim yeniləşən, gözəlləşən şəhərimizə də uyğun deyildir. Ona görə mən göstəriş vermişəm, Gənclər və İdman Nazirliyi indi bu məsələ ilə məşğuldur. Böyük üzgüçülük kompleksi tikilməlidir ki, orada bütün su idmanı növləri üzrə dünya çempionatları və gələcəkdə olimpiya oyunları keçirilə bilsin.
Bununla bərabər, mən hesab edirəm, vaxtı gəlib ki, Bakıda futbol üzrə yeni olimpiya stadionu tikilsin. Tofiq Bəhramov adına stadionumuz uzun illərdir ki, fəaliyyət göstərir, əsaslı təmir olunub, orada müasir avadanlıq quraşdırılır və bu proses davam etdiriləcəkdir. Ancaq əlbəttə, Bakı kimi şəhərə daha müasir stadion lazımdır. Xüsusilə nəzərə alsaq ki, biz futbolun inkişafına çox böyük diqqət göstərəcəyik və xüsusi proqramlar, planlar var. Bu sahəyə çox böyük investisiya qoyulacaq, böyük şirkətlər sponsorlar kimi cəlb olunacaqdır. Mən ümid edirəm ki, biz futbolda dönüş yaradacağıq. İndiki vəziyyətlə barışmaq çox çətindir, biz hamımız futbol yarışlarına, oyunlara böyük məyusluqla baxırıq. Çünki futbol dünyanın ən populyar idman növüdür və bu idman növündə Azərbaycan oyunçularının belə səviyyədə çıxış etməsi ölkəmizə başucalığı gətirmir. Ona görə dünyanın ən populyar idman növü kimi, futbol Azərbaycanda çox sürətlə inkişaf etməlidir. Biz bilirik ki, bunun üçün nə etmək lazımdır. Həm peşəkar mütəxəssislər dəvət ediləcək, həm də xüsusilə, ilk növbədə, biz uşaq futboluna, yeniyetmə futboluna, gənc nəslin yetişdirilməsi prosesinə ciddi yanaşacağıq. Bu, vaxt tələb edəcəkdir. Biz başqa ölkələrin, vaxtilə futbolun o qədər də inkişaf etmədiyi ölkələrin təcrübəsindən bilirik ki, bir neçə il - 5 il, 10 il lazımdır ki, milli komanda yüksək səviyyəyə çatsın.
Biz bütün işləri daha da sürətlə aparırıq. Mən ümid edirəm ki, görüləcək bütün tədbirlər nəticəsində Azərbaycan futbolu dirçələcəkdir. Yəni demək istəyirəm ki, böyük olimpiya futbol stadionunun tikintisinə ehtiyac vardır. Artıq müvafiq göstərişlər verilibdir. Bunun layihəsi ilə bağlı işlər, demək olar, başlayıb və biz bunu etməliyik.
Bildiyiniz kimi, idman infrastrukturunun möhkəmlənməsi üçün bölgələrdə dünya miqyaslı infrastruktur yaradılır. Mingəçevir avarçəkmə bazası yeniləşir, demək olar, yenidən tikilir. Biz bu məsələ ilə uzun illərdir məşğul olurduq. Hətta mənim yadımdadır, Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişdik ki, bizə kömək göstərsin. Ancaq axırda gördük ki, bunu özümüz etməliyik. Layihə hazırlandı və işlərə başlanmışdır və Mingəçevirdə çox müasir, gözəl avarçəkmə bazası tikilir. Eyni zamanda, orada beynəlxalq yarışların keçirilməsi də nəzərdə tutulur.
Bu, həm Azərbaycanda avarçəkmənin inkişafına təkan olacaq, həm də Mingəçevir şəhərinin inkişafına böyük təkan verəcəkdir. Çünki Şərqi Avropa ölkələrindən, keçmiş Sovet İttifaqı, MDB məkanından çoxlu müraciətlər vardır. Vaxtilə bu, sovet məkanında yeganə baza idi ki, orada ilboyu avarçəkmə ilə məşğul olmaq mümkün idi, bütün bazalar qışda donur. Biz bütün bu işləri bundan sonra da görəcəyik və əlbəttə, Azərbaycanda güclü idman infrastrukturunun yaradılması həm idmana xidmət edir, həm də ölkənin ümumi inkişafının göstəricisidir.
Gələn ilə az vaxt, bir neçə gün qalıbdır. Gələn il Olimpiya oyunları ilidir. Biz ciddi hazırlaşırıq. Hələlik beynəlxalq lisenziya turnirlərində ilk lisenziyalar əldə edilibdir. 2008-ci il həlledici il olacaqdır. Pekin Olimpiya oyunları başqa Olimpiya oyunlarından son dərəcə fərqlənəcəkdir. Orada rəqabət daha da güclü olacaqdır. Bildiyiniz kimi, Çin milli komandası həmişə dünya reytinqində qabaqcıl yerlərdədir və şübhəsiz, onlar çalışacaqlar ki, doğma vətəndə daha da böyük nailiyyətlərə çatsınlar. Ona görə rəqabət daha da güclənəcəkdir. Biz də bu rəqabətə hazır olmalıyıq, gözəl praktikanı, gözəl ənənəni davam etdirməliyik. Müstəqil Azərbaycan dövləti həm Sidney, həm də Afina Olimpiya oyunlarında çox ləyaqətlə təmsil olunmuşdu. İdmançıların çıxışları, medalların sayı, bütövlükdə, hazırlıq səviyyəsi çox yüksək idi. Mən əminəm ki, 2008-ci ildə də bizim idmançılarımız Olimpiya oyunlarında bütün Azərbaycan xalqını sevindirəcəklər.
Bildiyiniz kimi, biz idmanın bütün aspektləri ilə çox ciddi məşğul oluruq. Mən bu məsələlərlə mütəmadi qaydada məşğul oluram. İdmançılarla il ərzində bir neçə dəfə görüşmüşük. Bir daha demək istəyirəm ki, ilin sonundakı bu görüşlərimiz gözəl ənənədir. Bir daha bir-birimizi görürük, görüşürük, mən öz fikirlərimi, ürək sözlərimi sizə deyirəm, idmançıları mükafatlandırırıq. Bir qədər bundan əvvəl Milli Olimpiya Komitəsi tərəfindən idmançılara pul mükafatları verilibdir. İdmançıların məşqçilərinin, idman veteranlarının sosial məsələlərinə diqqət göstəririk. Veteranlar daim diqqət hiss etməlidirlər. Çünki idmançının idmandakı ömrü uzun deyildir. O, bütün bacarığını, imkanlarını, hətta bəzi hallarda öz sağlamlığını ölkənin idman şöhrətinə sərf edir. Onun idman ömrü sona çatanda bəzi hallarda biz görürük ki, həm iş problemi yaranır, həm məişət problemləri çoxalır, həm də bəzən idmançılar bir növ təcrid olunmuş vəziyyətə düşürlər.
Ona görə biz bu məsələdə çox diqqətli olmalıyıq. Öz doğma xalqı, ölkəsi üçün çalışan, böyük nailiyyətlər qazanan idmançılar sonrakı həyatda daim dövlətin qayğısını hiss etməlidirlər. Bu qayğı sadəcə olaraq, xoş sözlərlə məhdudlaşmamalıdır. Halbuki, bu da çox lazımdır və mütləq olmalıdır. Bu qayğı hərtərəfli olmalıdır. Biz istəyirik ki, idmanla məşğul olanlar - idmançılar, idmanın inkişafında böyük xidməti olan insanlar, peşəkarlar, idman mütəxəssisləri, veteranlar lazımi məişət şəraiti ilə təmin edilsinlər. Hər il biz bu məsələyə baxırıq, həll edirik. Bu il də istisna deyil və bu gün bir qrup idmançı və idman mütəxəssisi yeni mənzillərlə mükafatlandırılacaqlar. Deyə bilərəm ki, bu praktikanı MDB məkanında ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsi tətbiq etmişdir. Başqa sahələrdə də bizim təşəbbüslərimiz digər ölkələr üçün də örnək olmuşdur. Biz federasiyalara ölkədə tanınmış insanları gətirdik və dərhal gördük ki, federasiyaların işi daha da sürətlə getməyə başlamışdır. İdmançılar bunu çox yaxşı bilirlər, izah etməyə ehtiyac yoxdur. Özləri hiss edirlər. Federasiyalara yeni, daha da məsuliyyətli, daha da hərtərəfli insanlar gələndən sonra işlər daha da sürətlə gedir. Azərbaycanın idmanı bax, bu cür inkişaf edəcəkdir.
Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, federasiyaların, idman cəmiyyətlərinin, klubların və idman ictimaiyyətinin birgə səyləri nəticəsində Azərbaycanın idmanı daha da inkişaf edəcək və bundan sonra da böyük qələbələrə çatacağıq.
Mən sizin hamınızı qarşıdan gələn bayramlar - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. İdmançılara 2008-ci ildə qələbələr arzulayıram. Sağ olun.

27 dekabr 2007-ci il
Xəbər 2573 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru