Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
19/06 | 17:49 Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19/06 | 16:42 UEFA Avropa Liqası: “Speranta” – “Neftçi” görüşünün keçiriləcəyi stadion müəyyənləşib
19/06 | 16:09 “Səbail” futbol klubu müdafiəçi Maudo Jarjue ilə yollarını ayırıb
19/06 | 15:03 Qazaxıstanlı şahmatçı Asiya çempionatının qalibi olub
19/06 | 14:32 “Sumqayıt” klubu ənənəvi “Yay futbol düşərgəsi” layihəsinə start verib
19/06 | 13:03 “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19/06 | 11:31 Milli Olimpiya Komitəsində “İdmançılar” İctimai Birliyinin təqdimatı keçirilib
19/06 | 11:00 Azərbaycan II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunacaq SİYAHI
19/06 | 10:20 Qılıncoynadanlarımız qadın sablyaçıların şəxsi yarışında çıxışını başa vurub
19/06 | 10:03 Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
19/06 | 09:51 İki idmançımız Tunisdə dünya çempionu olub
18/06 | 17:09 II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18/06 | 16:01 Qadın güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir
18/06 | 15:59 Çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib
18/06 | 15:49 “Judo Club 2012”-nin yetirməsi gümüş medal qazanıb
18/06 | 15:36 Vəkillər arasında şahmat yarışı keçirilib
18/06 | 14:31 Çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib
18/06 | 13:38 Şahmat üzrə “Armaqeddon 2019” turnirinin qalibi müəyyənləşib
18/06 | 12:41 Şahmat üzrə “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı keçirilir
18/06 | 11:13 Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edirlər
18/06 | 10:06 İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iki güləşçimiz finala vəsiqə qazanıb
18/06 | 09:02 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
17/06 | 16:17 Azərbaycanı “Minsk-2019”da təmsil edəcək boksçular müəyyənləşib
17/06 | 12:01 “Səbail”in Bolqarıstandakı rəqibləri müəyyənləşib
17/06 | 11:44 “Xəzər-Lənkəran” komandası Topaz Futbol Festivalının mini futbol üzrə regional turnirinin qalibi olub
17/06 | 10:52 Ukraynanın futbol üzrə U-20 yığması dünya çempionu olub
17/06 | 09:40 Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub
16/06 | 15:57 Uşu üzrə Bakı kuboku yarışları başlayıb
16/06 | 14:27 Braziliya ciu-citsusu üzrə Bakı çempionatına start verilib
16/06 | 12:39 Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
16/06 | 11:02 Yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulub
16/06 | 10:05 Futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək
15/06 | 17:02 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
15/06 | 16:17 Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
15/06 | 14:51 Doqquz yaşlı gimnast Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medal qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 12.04.2006 | Saat: 16:21:00 | E-mail | Çapa göndər
- Əziz bacılar və qardaşlar!
Sizi ürəkdən salamlayıram və bu gözəl olimpiya kompleksinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl idman kompleksidir, hər cür şərait - idman salonları, üzgüçülük hovuzu var və əminəm ki, Zaqatala idmançıları və sakinləri bu kompleksdən səmərəli istifadə edəcəklər. Zaqatalada idman həmişə çox yüksək səviyyədə olubdur. Bu bölgədən çıxmış idmançılar beynəlxalq yarışlarda Azərbaycan idmanının şərəfini qoruyublar və yüksək nəticələr qazanıblar. Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi mən iki il əvvəl qərara gəldim ki, Zaqatalada müasir olimpiya kompleksi tikilməlidir ki, burada idman daha da sürətlə inkişaf etsin, idmanla məşğul olmaq üçün şərait müasir dünya standartlarına cavab versin. Bu gün burada idman salonunda uşaqları görəndə çox sevindim. Bu, bizim gələcək nəslimizin fiziki və mənəvi cəhətdən tərbiyə olunması üçün çox mühüm bir amildir. Bildiyiniz kimi, idman insanı fiziki cəhətdən sağlam böyüdür, eyni zamanda, idmanla məşğul olan uşaqlar mənəvi cəhətdən çox möhkəm olurlar. Onlarda vətənpərvərlik ruhu çox yüksək səviyyədə olur. Əlbəttə ki, idman həm də ölkənin şöhrətidir. İdman artıq dünyada insanları birləşdirən ən əsas amillərdən biridir. Eyni zamanda, hər bir ölkənin təbliğinə də xidmət göstərir. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya çempionatlarında, olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Azərbaycanı tanıdırlar, ölkəmiz haqqında dolğun təsəvvür yaradırlar.
Mən çox şadam ki, bu Olimpiya İdman Kompleksi yüksək dünya standartlarına cavab verir. Bununla yanaşı, burada futbol stadionu da tikiləcək, artıq inşasına başlanıbdır. Beləliklə, Zaqatalada həm rayon üçün çox gözəl idman infrastrukturu yaradılıb və eyni zamanda burada Azərbaycan çempionatları keçiriləcək, beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var.
Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin. Bildiyiniz kimi, bu gün Zaqatalada yeni Müalicə-Diaqnostika Mərkəzinin təməl daşı da qoyulacaqdır. Bu yaxınlarda bu barədə də qərar qəbul edilibdir. Bu, bölgələrin sosial problemlərinin həlli üçün çox lazımlı bir proqramdır.
Azərbaycanın müxtəlif bölgələrində yeni tibb ocaqları yaradılır. Bizim tibb xidmətimiz yüksək səviyyədə olmalıdır. İnsanlar vaxtlı-vaxtında müalicə keçməlidirlər. Diaqnostikanın səviyyəsi yüksək olmalıdır. Xəstəlik olmamalıdır, əgər kimsə xəstələnirsə, vaxtında bu xəstəlik müəyyən edilib tədbirlər görülməlidir.
Zaqatalada yeni aeroportun tikintisi də nəzərdə tutulub, bu barədə də qərar verildi. Çünki bu bölgənin hərtərəfli inkişafı üçün mütləq müasir aeroport olmalıdır. Düzdür, mövcud aeroport var, vaxtilə Zaqatalada və Şəkidə də tikilibdir. Amma həmin aeroportlar böyük təyyarələrin qəbul olunmasına imkan vermir. Azərbaycanın hava nəqliyyatı müasirləşir. İndi biz köhnə sovet təyyarələrindən imtina edirik, müasir təyyarələr - boinqlər, aerobuslar, böyük yük təyyarələri alırıq. Onların buraya gəlməsi üçün müasir uçuş-enmə zolağı, aerovağzal kompleksi olmalıdır. Mən şübhə etmirəm ki, aeroport tikiləndən sonra buraya axın daha da çox olacaqdır.
Hər bir bölgənin inkişafı üçün infrastruktur yaradılmalıdır - yollar, elektrik stansiyaları, su xətləri, qaz kəmərləri, yeni aeroportlar. Bunların hamısı bizim proqramımızda var və bölgənin hərtərəfli inkişafı üçün bütün bu tədbirlər görüləcəkdir. Nəzərə alsaq ki, Zaqatala rayonu Bakıdan uzaqda yerləşir, buraya gəliş-gedişin asanlaşması üçün bu tədbirləri görməliyik. Bu gün biz bu məsələyə də baxacağıq. Yəni bir sözlə, Zaqatala rayonunun sosial-iqtisadi inkişafına biz kompleks şəkildə baxırıq.
Bizim bütün planlarımız, proqramlarımız həyatda öz əksini tapır. Bildiyiniz kimi, iki il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı proqramı qəbul edilibdir. O gündən bu günə qədər proqram uğurla icra olunur. Proqramda nəzərdə tutulan bütün məsələlər öz əksini tapır ki, eyni zamanda, əlavə tədbirlər də görülür. Mənim bölgələrə səfərlərimin, demək olar ki, əsas məqsədi görülən işləri təhlil etmək, yerlərdə vəziyyətlə tanış olmaqdır ki, insanları hansı məsələlər narahat edir və mövcud olan problemlərin aradan qaldırılması üçün əlavə tədbirlər planı hazırlamaqdır. Hansı məsələ ilk növbədə həll olunmalıdır - bunu biz yerlərdə müzakirə edirik. Məsələlər həm sizinlə görüşlərdə, eyni zamanda, yerli icra orqanlarının nümayəndələri ilə müzakirə olunur.
Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində zaqatalalıların çox böyük xidməti olmuşdur. Bu gün siz öz əməyinizlə, zəhmətinizlə ümumi işimizə böyük töhfə verirsiniz.
Mən istəyirəm ki, bu bölgədə yeni müəssisələr, fabriklər, iş yerləri yaradılsın. İqtisadiyyatın bu bölgəyə uyğun olan müəyyən istiqamətləri - emal sənayesi, turizm, digər sahələr inkişaf etsin. Əlbəttə ki, sosial infrastrukturun yeniləşməsi çox önəmlidir. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alır. Keçən il 300-dən artıq məktəb tikilibdir. Bu il də böyük proqram nəzərdə tutulubdur. Azərbaycanda yararsız vəziyyətdə olan bir dənə də məktəb olmamalıdır. Biz onları yeniləşdirməliyik, müasirləşdirməliyik, yeni avadanlıqla təchiz etməliyik. İnsanların təmasda olduqları bütün sahələrdə - təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatlar aparılmalıdır. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir. Bu məsələlər də diqqət mərkəzindədir.
Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir, dünyada ən yüksək sürətlə inkişaf edir. Azərbaycanda müşahidə olunan iqtisadi artım heç bir başqa ölkədə yoxdur. İqtisadiyyatımız keçən il 26 faizdən çox artıbdır. İlkin məlumatlar mənə verilib, bu ilin birinci rübündə təxminən 40 faiz artıbdır. Bu, onu göstərir ki, bizim nəzərdə tutduğumuz işlər həyatda öz əksini tapır. Əsas məqsəd odur ki, insanlar bu gözəl makroiqtisadi göstəriciləri gündəlik həyatda hiss etsinlər. Maaşlar, pensiyalar, digər sosial müavinətlər qaldırılmalıdır. Eyni zamanda, kreditlər verilməlidir və verilir. Kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir. Baxın, son iki il ərzində Azərbaycanda ölkəmizin uzunmüddətli inkişafı üçün nə kimi əsas işlər görülübdür. Magistral yolların, yeni elektrik stansiyalarının tikintisi artıq sürətlə gedir. Bu gün Azərbaycanda 6 yeni elektrik stansiyası tikilir. Onların ümumi gücü 1000 meqavatdır. Onlardan biri Şəki rayonunda tikilir. 90 meqavat gücündə olan stansiya bu il istismara verilməlidir. Ondan sonra bu bölgədə işıq problemi tamamilə aradan qaldırılmalıdır.
Dörd rayonun - Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qış mövsümündə elektrik enerjisinə tələbatı təxminən 130 meqavatdır və indi buraya müxtəlif yerlərdən verilir. Ancaq Şəkidə 90 meqavat gücündə elektrik stansiyasının tikilməsi görün bu işlərdə bizə nə qədər kömək göstərəcəkdir.
Bununla yanaşı, idman kompleksləri, səhiyyə ocaqları, məktəblər tikilir, iş yerləri açılır. İki il, iki ilyarım ərzində 350 min yeni iş yeri açılıbdır və bu proses sürətlə davam edir. Kənd təsərrüfatının inkişafı üçün təkcə bu il büdcədə 100 milyon yeni manat məbləğində vəsait nəzərdə tutulubdur. Yəqin ki, sabah bölgə sahibkarlarına kreditlər verilməyə başlanacaqdır. Əgər kredit olmasa, onda sahibkarlığı inkişaf etdirmək çətin olacaqdır. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün, kəndlilər üçün kredit, gübrə verilməlidir. Əlbəttə ki, kənd təsərrüfatı texnikası da verilməlidir. Bunu da bizim yaratdığımız “Aqrolizinq” Səhmdar Cəmiyyəti etməlidir.
Azərbaycanın hərtərəfli inkişafı artıq bir reallıqdır. Sadəcə olaraq, mən istəyirəm, biz hamımız istəyirik ki, bu inkişaf daha da sürətlə getsin. Bunu etmək mümkündür. Görülən işlər göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Amma görülən işlərin sürəti daha da yüksək olmalıdır. Mən bunu bilirəm, hiss edirəm, bütün səylərimi ona yönəldirəm ki, biz bu inkişafa daha da sürətlə nail olaq.
Minimum əmək haqqı insanın minimum tələbatına cavab verməlidir. Bu gün belə deyil, minimum əmək haqqı insanın tələbatını ödəmir. Düzdür, son iki il ərzində minimum əmək haqqı 3-4 dəfə qaldırılıbdır. Ancaq bu imkan vermir ki, o minimumu alan insan normal yaşasın. Yaxud da, minimum pensiya imkan vermir ki, insan normal yaşasın. Bu, dözülməz bir vəziyyətdir. Biz bunu həll edirik, ancaq necə bunu həll edək? Ancaq iqtisadiyyatı inkişaf etdirməklə, ancaq yeni iş yerlərinin açılması ilə, ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının davam etdirilməsi ilə. Bildiyiniz kimi, bu il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verilir. Ondan sonra ölkəmizə milyardlarla dollar vəsait gələcəkdir. Biz ondan səmərəli istifadə etməliyik. Müasir infrastruktur yaratmalıyıq. Maaşları, pensiyaları qaldırmalıyıq. Hər bir yerdə, hər bölgədə yeni iş yerlərinin açılmasına şərait, sahibkarlığın inkişafına şərait yaratmalıyıq və ölkəmiz belə inkişaf edəcəkdir. Əlbəttə ki, yerli təşəbbüs də çox təqdir edilir. Yerlərdə olan problemləri sizdən yaxşı heç kim bilmir. Siz problemləri qaldırmalısınız, deməlisiniz ki, nə kimi əlavə işlər görülməlidir, hansı məsələ öz həllini tələb edir. Elə məsələ var ki, çox böyük vəsait tələb edir və əlbəttə ki, bu, mərkəzdən həll olunmalıdır. Elə məsələ də var ki, sadəcə olaraq insan gərək ürəklə, vicdanla yanaşsın və öz vəzifə borcunu şərəflə yerinə yetirsin. Belə olan təqdirdə Azərbaycanda bütün problemlər öz həllini tapar.
Əsas sosial-iqtisadi inkişaf problemlərinin həlli üçün bizim proqramımız var. Bu, beşillik proqramdır, 2003-cü ildə təsdiq olunub, 2004-cü ilin əvvəlindən icrasına başlanıbdır. 2008-ci ildə bu proqram başa çatır. Ondan sonra yeni proqram təqdim ediləcək, Azərbaycanın yeni inkişaf dövrünün proqramı olacaq və ölkəmiz bu şəkildə inkişaf edəcəkdir. Bu gün görülən işlər, o cümlədən bu gözəl Olimpiya kompleksinin tikintisi onu göstərir ki, ölkə inkişafdadır. Bizdən asılıdır ki, bunu davamlı edək ki, Azərbaycan daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin.
Bu gün bu proses gedir. Azərbaycan bölgə üçün, dünya üçün çox önəmli ölkəyə çevrilibdir. Xüsusilə Avropa ölkələrində qaz problemlərinin ortaya çıxması ilə əlaqədar Azərbaycan qazına əlavə tələbat yaranıbdır. Əlbəttə ki, bu, Azərbaycanın rolunu, dünya işlərində, Avropada gedən proseslərdə bizim rolumuzu artırır. Biz də bundan səmərəli istifadə etməliyik. Azərbaycanın milli maraqlarını möhkəm müdafiə etməliyik. Elə etməliyik ki, Azərbaycan ən qabaqcıl, ən inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycan xalqı rahat, firavan, sülh, əmin-amanlıq şəraitində yaşasın.
Azərbaycanda ictimai-siyasi sabitliyin, təhlükəsizlik məsələlərinin həll olunması, əlbəttə ki, ölkəmizin inkişafına böyük təkan verir. Əgər sabitlik olmasa, heç kim Azərbaycana investisiya qoymaz. Əgər Azərbaycanın gələcəyinə inam olmasa, heç kim burada uzunmüddətli layihələrlə məşğul olmaz. Bu inam, bu sabitlik var, gözəl ab-hava, iqtidarla xalq arasında birlik var. Bizim fikirlərimiz də, duyğularımız da, amalımız da birdir - ölkəmizi möhkəmləndirmək. Bu işdə sizə uğurlar arzulayıram. Bütün Zaqatala camaatına xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

12 aprel 2006-cı il
Xəbər 1515 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru