Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
25/08 | 21:34 Azərbaycan Premyer Liqası: “Keşlə” səfərdə “Sabah”ı minimal hesabla məğlub edib
25/08 | 21:01 “Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb
25/08 | 17:39 İspaniyanın Sevilya şəhərində boccia idman növü üzrə Avropa Çempionatı keçiriləcək.
25/08 | 14:28 Dünya çempionatında Azərbaycan cüdoçuları mübarizəni davam etdirirlər
25/08 | 13:29 Şəhriyar Məmmədyarov Aniş Qiri ilə mübarizə aparacaq
25/08 | 10:51 Beynəlxalq Gimnastika Federasiyası Mariana Vasilevanı Əməkdar məşqçi diplomu ilə təltif edib
25/08 | 09:49 “Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb
24/08 | 22:25 Azərbaycan Premyer Liqası: “Səbail” səfərdə “Sumqayıt” klubunu məğlub edib
24/08 | 17:42 Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate çempionatının açılış mərasimi keçirilib
24/08 | 16:50 Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum olub
24/08 | 16:11 Futzal üzrə Azərbaycan millisi “Kubok Kaspiya 2019” beynəlxalq turnirində gücünü sınayacaq
24/08 | 15:48 Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır
24/08 | 15:26 Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
24/08 | 14:54 Sinkfild kuboku: Şahmatçımız Şəhriyar Məmmədyarov heç-heçələr seriyasını davam etdirir
24/08 | 13:20 Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq
24/08 | 13:08 Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24/08 | 12:29 Sərbəst güləşçilərimizin Göygöl toplanışı yekunlaşır
24/08 | 12:20 Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatında 100-dən çox idmançı iştirak edəcək
24/08 | 11:30 Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunan taekvondo üzrə açıq birincilik keçiriləcək
24/08 | 11:11 Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar
24/08 | 10:17 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək
24/08 | 09:46 Bərdə Olimpiya İdman kompleksində uşu üzrə respublika turnirinə start verilib
23/08 | 22:37 Rusiya, İslandiya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisinə dəvət olunub
23/08 | 20:11 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23/08 | 19:42 “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
23/08 | 18:23 Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək
23/08 | 18:06 Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı start götürüb
23/08 | 17:10 Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında mübarizəyə başlayıb
23/08 | 16:06 Güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər
23/08 | 15:42 Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır
23/08 | 15:09 Nazir Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü
23/08 | 15:01 “Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək
23/08 | 14:50 Azərbaycanlı hakim UEFA Çempionlar Liqasının oyunlarını idarə edəcək
23/08 | 14:34 Gənc taekvandoçularımız Ukraynada təlim-məşq toplanışında iştirak edirlər
23/08 | 14:23 Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 1 1 0 0 2-0 3
2 Qarabağ 1 1 0 0 1-0 3
3 Səbail 1 1 0 0 1-0 3
4 Sabah 1 0 1 0 1-1 1
5 Neftçi 1 0 1 0 1-1 1
6 Zirə 1 0 0 1 0-1 0
7 Keşlə 1 0 0 1 0-1 0
8 Qəbələ 1 0 0 1 0-2 0
Futbolun inkişafı formadan deyil, görülməli işin məzmunundan asılıdır
Tarix: 08.04.2013 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Mart ayı ərzində milli futbol çempionatının yüksək dəstəsində başlıca hadisələr əsasən meydandan kənarda baş verdi. AFFA konfransı çempionatın gələnilki mövsümünün formatını, nəticədə, reqlamentini, qaydalarını dəyişdi. Klublar da yerində saymadılar. «Xəzər Lənkəran»da sonu nə qədər çəkəcəyi məlum olmayan Con Toşak dövrü başlandı. «Qəbələ»də, böyük nailiyyətlər əldə etməliymiş kimi, Ramiz Məmmədov növbəti dəfə sükandan uzaqlaşdırdı.

Bu mövzulara, xüsusən çempionatın formatı ətrafında söhbətə başlamazdan əvvəl, ötən turlarda əldə olunan nəticələrə nəzər salaq.

Çempionluq yarışı yeni vüsətlə qızışır. Mübarizənin 3 klub arasında gedəcəyi əvvəldən təxmin olunurdusa, indi qətiləşməkdədir. İlk 3 pillədə yerləşən klublarda oyun sabitliyinin olmaması indidən mülahizələr irəli sürməyə imkan vermir. Elə ilk final turunda «Simurq»a yenilən «Qarabağ» hazırda zirvədə olmaq üçün ən yaxşı fürsəti əldən verdi. Halbuki bu gün üçün məhz ağdamlılar bütün rəqibləri arasında ən “bişmiş” oyun nümayiş etdirirlər. Komanda nəinki quruculuqda, həm də oyun idarəçiliyində optimal oyun göstərir. Bu mənada topun bir cinahdan digərinə yönləndirilməsində ən yaxşı faiz göstəricisinə malik olan ağdamlılar, matçı istənilən axara yönəltmək imkanına malikdirlər. Belə bir şəraitdə bəzən müşahidə olunan ruh düşkünlüyünü, səriştəsizliyi heç anlamaq olmur.

«İnter»in çatışmazlığı formalaşdırılmış oyunçu ehtiyatından bəzən səriştəsizcəsinə istifadə etməsidir. Komanda özünə lazım olan andan yaxşı bəhrələnsə də, ötənilkinə nəzərən, futbolçuların hazırlığı, taktiki və texniki imkanları qəfil enişə yönəlib. Səbəb aydındır: müəyyən mərhələdə zirvəyə çatan komanda oyunçu potensialını daha da irəli aparmaq üçün transferlərin səviyyəsini artırmalı idi.

«Neftçi» yerli bazarda lazım olan oyunçuları alsa da, «İnter»in aqibəti ilə üzləşdi. Bəlkə də «beynəlmiləlçilər»i anlamaq olar. Lakin Avropa Liqasına vəsiqə qazanmış bir komandanın transfer bazarında yerində sayıb, sonra geriyə addım atması, sadəcə, funksionerlik və idarəetmə səbatsızlığının göstəricisidir.

Çempionatda aydın olan bir məsələ indidən bəllidir: ilk üçlükdə «Bakı» və «Qəbələ»nin yeri yoxdur. AFFA-nın yeni qərarına əsasən, indi çempionat üçün hesablarını yenidən qurmalı olan eniş qrupunun komandalarından yalnız «Kəpəz»in şansını bitmiş saymaq olar. Əlbəttə, AzAL-la «Xəzər Lənkəran»ın da elə bir qorxusu yoxdur. Lakin onlar da sayıqlığı əldən verməməlidirlər.

Söz yox, AFFA konfransının çempionatın formatı ilə bağlı qəfil qərarı barədə də fikir söyləmək lazımdır. İlk növbədə, belə tələsik qərarın səbəbini bu dəfə də anlamaq olmadı. Bu qərar bir sonrakı mövsüm üçün verilə bilərdi. Qərar eniş zolağında olan və yüksəlmək imkanına malik komandaların hüquqlarının tapdalanması kimi də qiymətləndirilə bilər. 4-dövrəlik dairəvi sistem barəsində əvvəllər də söz açılmışdı. Lakin assosiasiya hər dəfə bu fikirlərin üzərindən faydasız kimi xətt çəkmişdi. Hərçənd bu addım 3 il bundan əvvəl atılmalı, ardınca lazım olan digər qərarlar da verilməliydi. Təəssüf ki, nə o oldu, nə də bu.

Artıq ikinci ildir aşağı diviziondan yuxarı dəstəyə heç bir klub yüksəlmir. Nə AFFA-nı, nə də PFL-i bu məsələ və ya onun yarada biləcəyi problemlər elə bil maraqlandırmır. Bütün bunları saymaqda əsas məqsəd heç də federasiyanı tənqid etmək deyil. Onsuz da AFFA-da doğru-dürüst qərarlar çox nadir hallarda verilir.

Səhvlər nədən formalaşır? Birincisi ondan ki, federasiyanın bir iş planı yoxdur. Federasiya var, müəyyən qaydalar var, hərəkət və fəaliyyət üçün əsaslar var və inzibati adlandırılan binaya toplaşmış insanlar da buna uyğun çalışırlar.

İkincisi, verilən qərarın səbəb və məqsədi elan edilməlidir. Məqsəd güclü çempionatdır. Amma belə qərarlarla çempionatın və ya futbolun səviyyəsini qaldırmaq mümkündürmü? Beləysə, buna Şotlandiyada niyə nail ola bilmirlər? Yüz belə qərar verilsə də, hər hansısa uğura yetişmək mümkün olmayacaq. Uğur üçün fəaliyyət, inkişaf , perspektiv və s. planlar lazımdır. Verilən qərarı cəmiyyət üçün izah edə bilməsələr də, özləri üçün aydın təsəvvür etməlidirlər. Lakin bu da hiss olunmur. Klubların sayının azalması ilə problemlər heç də azalmayacaq, əksinə, klub futbolu daha böyük zərbə alacaq. Çünki AFFA hələ də aşağı dəstələri formalaşdırıb, oradakı mübarizəni stimullaşdıra bilmir.

AFFA futbolumuzun inkişafını istəyirsə, başqa addımlar atmalıdır. Futbolun inkişafı bu gün regionların sosial-iqtisadi inkişafının təməlində dayanır və AFFA bundan məharətlə istifadə edə bilər. Bunun üçün istək, bir az bacarıq və futbolu bilmək yetər.
İlk növbədə, regionlarda onsuz da zəif olan klub futbolu bazasını möhkəmləndirməyə çalışılmalıdır. Uşaq futbolunun inkişafına təkan verilməlidir. Kadrlar, məşqçilər hazırlanmalıdır. Yerli səviyyəli hakimləri yetişdirlməlidir. Futbol savadsızlığı, məlumatsızlığının qarşısı alınmalıdır.

Bu addımların atılması çox sadə, bəsit qərarlardan ibarətdir və onların icrası da böyük səy tələb etmir. Bu barədə fikirləşmək zamanı da yetişib. Futbolun inkişafı formadan deyil, görülməli işin məzmun, mahiyyət və məqsədindən asılıdır.

Xəbər 787 dəfə oxundu



 
Müəllifin son yazıları

19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
15.08.2019 Səhvlər komediyasının qurbanlığı
31.07.2019 Gələcəyin olimpiyaçılarının sorağında
16.07.2019 Gözləmədiyimizlə gözlədiyimiz arasında
16.07.2019 Kim nə qədər qazanacaq
02.07.2019 “Hər şey Bakıdan başlandı"
02.07.2019 “Minsk-2019" “Tokio-2020"yə açılan pəncərədir
01.07.2019 Oyun axtarışları davam etməlidir
18.06.2019 “Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
18.06.2019 “Qarabağ" və “Neftçi" mərhələ keçməlidirlər


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru