Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
23/08 | 13:31 Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
23/08 | 13:07 WADA Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb
23/08 | 12:46 Lənkəranlı taekvondoçu dünya birinciliyində bürünc medal qazanıb
23/08 | 11:37 Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır
23/08 | 11:00 Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər
23/08 | 10:10 Qurban Qurbanov: Cavab matçında böyük şansımız var
23/08 | 09:40 UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23/08 | 07:00 “Linfild” - “Qarabağ” oyunu başa çatıb
22/08 | 23:34 “Linfild”- “Qarabağ” qarşılaşmasında birinci hissə başa çatıb
22/08 | 22:47 UEFA Avropa Liqası: “Linfild” – “Qarabağ”oyunu başlayıb
22/08 | 22:40 İdmanda korrupsiyanın qarşısının alınması mövzusuna həsr olunmuş konfrans keçiriləcək
22/08 | 21:36 “Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22/08 | 20:23 Azərbaycan Premyer Liqasının üçüncü turunun oyun cədvəli məlum olub
22/08 | 19:11 Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22/08 | 18:02 Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti millimizin üzvləri ilə görüşüb
22/08 | 17:55 AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22/08 | 17:22 Yüngül atletikanın qaçış növü üzrə Culfa rayon turnirinə yekun vurulub
22/08 | 16:44 Azərbaycanın U-17 komandasının rəqibi heyətini açıqlayıb
22/08 | 16:04 AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
22/08 | 15:42 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanda ilk məşqinə çıxıb
22/08 | 15:07 Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionuna start verilir
22/08 | 14:45 “Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22/08 | 13:49 Silverstounda Qran-Prinin keçiriləcəyi tarix acıqlanıb
22/08 | 12:31 “Araz” futzal klubu növbəti transferini reallaşdırıb
22/08 | 12:09 Azərbaycan Premyer Liqasının ikinci turuna hakim təyinatları açıqlanıb
22/08 | 11:44 Azərbaycanın U-17 komandası beynəlxalq turnirə hazırlaşır
22/08 | 11:03 Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22/08 | 10:41 Türkiyədə Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında karate çempionatı keçiriləcək
22/08 | 10:10 UEFA Çempionlar Liqasının play-off mərhələsinin daha üç oyunu keçirilib
22/08 | 09:53 Güllə atıcımız Avropa çempionatında iştirak edəcək
22/08 | 09:38 “Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb
21/08 | 22:34 AFFA məşqçilər üçün seminar təşkil edib
21/08 | 21:12 Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər
21/08 | 20:06 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb
21/08 | 19:21 Şahmatçımız Abdulla Qədimbəyli Ukraynada kubok turnirində iştirak edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 1 1 0 0 2-0 3
2 Qarabağ 1 1 0 0 1-0 3
3 Səbail 1 1 0 0 1-0 3
4 Sabah 1 0 1 0 1-1 1
5 Neftçi 1 0 1 0 1-1 1
6 Zirə 1 0 0 1 0-1 0
7 Keşlə 1 0 0 1 0-1 0
8 Qəbələ 1 0 0 1 0-2 0
Şamaxı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 26.04.2005 | Saat: 16:16:00 | E-mail | Çapa göndər
- Əziz şamaxılılar!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu kompleksin tikintisinə 2003-cü ildə başlanmışdır. Mən xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində şamaxılılarla görüş məhz bu kompleksin, bu tikintinin önündə keçirilmişdi. O da xatirimdədir, söz vermişdim ki, kompleksin tikintisi başa çatacaq və bunun açılışını biz bir yerdə qeyd edəcəyik. Bu gün çox şadam ki, yenidən Şamaxıdayam, sizinlə görüşürəm, bu gözəl idman obyektinin açılışını biz bir yerdə qeyd edirik. Bu kompleks şamaxılılar üçün tikilib, gənclər, idmançılar üçün tikilibdir. Burada ən yüksək dünya standartları nəzərdə tutulubdur. Böyük oyun zalı, üzgüçülük hovuzu, digər oyun meydançaları var, başqa obyektlər, tikililər var. Bir sözlə, dünyanın ən yüksək standartlarına cavab verən bu qurğu şamaxılılara xidmət edəcəkdir. Mən də çox şadam ki, biz buna nail olduq. Çox şadam ki, Azərbaycanın gözəl diyarında, qədim Şamaxı torpağında bu gözəl memarlıq abidəsi ucaldılıbdır.
Bilirsiniz ki, Azərbaycanda idmana böyük diqqət verilir və bu diqqət həmişə hiss olunubdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərə, idmana, idmançılara daim diqqət göstərirdi. Bu gün də bu siyasət davam edir və idmanda son illər ərzində əldə edilmiş uğurlar bizim işimizin ən gözəl təzahürüdür. İdmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanır, dünya, olimpiya, Avropa çempionları, mükafatçıları adına layiq görülürlər. Eyni zamanda, ölkə daxilində idman geniş vüsət alır, Azərbaycanda yeni idman növləri çox sürətlə inkişaf edir, bizim üçün ənənəvi olan idman növləri də güclənir. Bu gün heç kim üçün sirr deyil ki, Azərbaycan dünya idman aləmində özünə layiq yerini tuta bilibdir, bizə böyük hörmət var, bizim qazandığımız uğurlar digər ölkələr üçün də bir nümunə, örnək olubdur.
Bütün bunlara nail olmaq üçün əlbəttə ki, idman sahəsində hərtərəfli işlər aparılmalı idi. İdmana cavabdehlik daşıyan bütün qurumlar vahid komanda kimi fəaliyyət göstərməli idilər və biz buna nail ola bildik. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, bizim federasiyalarımız, idman cəmiyyətləri, əlbəttə ki, idmançılar, məşqçilər, idman mütəxəssisləri - biz hamımız vahid komanda kimi işləmişik və bu gün Azərbaycanın idmandakı uğurları məhz bu ardıcıl, məqsədyönlü işin nəticəsidir.
Mən çox sevinirəm ki, Azərbaycanda çox gözəl, yeni nəsil yetişir, yeni idmançılar yetişir. Bu, onu göstərir ki, yeniyetmə, uşaq idmanına da diqqət göstərilir. Bu, ən mühüm məsələlərdən biridir. Biz istəyirik ki, hər bir növdə Azərbaycanı təmsil edən milli idmançılarımız öz səviyyələrini daha da qaldıra bilsinlər. Bunu etmək üçün, əlbəttə ki, şərait olmalıdır. Təkcə Bakıda yox, Azərbaycanın hər bir yerində olmalıdır və Milli Olimpiya Komitəsi öz əməli, praktiki işləri ilə artıq bunu sübut edibdir. 2000-ci ildə bizim təşəbbüsümüzlə başlanmış bu quruculuq işləri indi çox gözəl nəticələrini verir. Azərbaycanın müxtəlif yerlərində gözəl, müasir idman kompleksləri istifadəyə verilir, insanlarımızın, gənclərimizin sərəncamına verilir ki, burada həm idmançılar yarışsın, eyni zamanda hər bir insan öz sağlamlığını möhkəmləndirə bilsin. Biz istəyirik ki, gənc nəsil fiziki və mənəvi cəhətdən sağlam olsun. Bunu etmək üçün idmanla məşğul olmaq çox vacibdir.
Azərbaycanda gözəl yeni nəsil - bizim gələcəyimiz - gənclər yetişir. Mən çox şadam ki, onlar vətənpərvərlik ruhunda tərbiyə alırlar. İdman vətənpərvərlik ruhunun daha da yüksəlməsində çox mühüm rol oynayır. Hər dəfə beynəlxalq yarışlarda Azərbaycanın milli bayrağı qaldırılanda, dövlət himni səslənəndə hər birimizin qəlbi qürur hissi ilə dolur. Bu vətənpərvərlik bizə lazımdır.
Azərbaycan gənc, müstəqil dövlətdir. Ölkəmizin qarşısında çoxlu problemlər, çoxlu məsələlər durur. Bütün bu problemləri həll etmək üçün xalqımızın birliyi, səfərbərliyi lazımdır və əlbəttə ki, vətənpərvərlik ruhu burada çox mühüm rol oynayır. Mən çox şadam ki, Azərbaycan gəncləri bu gün ölkəmizin inkişafı, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində fəal iştirak edirlər. Çox istərdim ki, bu iştirak daha da fəal olsun.
Biz əlimizdən gələni edəcəyik ki, gənclərə göstərilən diqqət ildən-ilə artsın. Gənclərin problemləri öz həllini tezliklə tapsın. Gənclər işlə təmin olunsunlar. Onların məişət problemləri öz həllini tapsın. Bu istiqamətdə işlər görülür. Qəbul edilmiş qanunlar, qərarlar bu istiqamətdə böyük inkişafı təmin edəcəkdir. Çünki 10 ildən, 20 ildən, 30 ildən sonra indiki gənclər Azərbaycanın bütün istiqamətlərdə görülən işlərində fəal iştirak edəcəklər. Azərbaycanı idarə edəcəklər. Ölkəmizi inkişaf etdirəcəklər. Bunu etmək üçün, əlbəttə ki, təhsil məsələlərinə böyük diqqət verilməlidir. Mən çox şadam ki, bu gün gənclər bunu çox gözəl dərk edirlər və gözəl savad almaq əzmindədirlər. Bu istiqamətdə də lazımi tədbirlər görüləcəkdir.
Bütün orta məktəblərdə kompüter sinifləri yaranacaq və bu siniflər birbaşa internetə bağlanacaqdır. Bu üçillik proqrama artıq başlanmışdır. Mən hesab edirəm ki, əgər çox sürətlə həyata keçirsək, bu proqram üç ildə deyil, iki ildə başa çata bilər. Bir sözlə, yeni bilik, yeni dünyagörüşü hər bir ölkə üçün lazımdır.
İnkişaf etmiş ölkələrin fəaliyyətinə nəzər salsaq görərik ki, orada ən mühüm amil elmdir, təhsildir, savaddır. Bu gün dünya bu istiqamətdə inkişaf edir, Azərbaycanın da bu sahədə böyük potensialı, imkanları var. Eyni zamanda, bizim gözəl təbiətimiz və təbii sərvətlərimiz var. Biz bütün bu amillərdən istifadə etməliyik. Ən başlıcası odur ki, dünyada gedən yeni proseslər, dünyada tətbiq olunan texnologiyalar Azərbaycana da gəlsin. Biz bunu etmək üçün gərək dünya birliyinə daha tez və sürətlə inteqrasiya olunaq, bütün müsbət prosesləri Azərbaycanda tətbiq edək. Ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizi müasirləşdirək ki, Azərbaycan həm regionda, həm dünyada öz mövqelərini möhkəmləndirə bilsin. Mövqelərimiz bu gün də kifayət qədər möhkəmdir. Ölkəmizdə gedən inkişaf, iqtisadi islahatlar, aparılan siyasət ölkəmizi regionda lider dövlətə çeviribdir. Mənim xarici ölkələrə etdiyim bütün səfərlər bir daha göstərir ki, dünyada Azərbaycana olan hörmət artıbdır. Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə görülən işlər təqdirlə qarşılanır.
Bizim vəzifəmiz ondadır ki, ölkəmizi daha da güclü edək. Bunu etmək üçün hər bir vətəndaş, hər bir insan ümumi işimizə öz töhfəsini verməlidir. Regional inkişaf proqramının rolu bu baxımdan çox mühümdür. Təsadüfi deyil ki, prezident seçkilərindən demək olar ki, dərhal sonra mənim təşəbbüsümlə Azərbaycanda regional inkişaf proqramı qəbul edildi və indi uğurla icra olunur. Biz fevral ayında bu proqramın birillik yekunlarını müzakirə etdik və gördük ki, nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapır. İş yerlərinin açılması, regionda infrastrukturun, yeni müəssisələrin yaradılması öz əksini tapır. Əlbəttə, biz istərdik ki, bu proseslər daha da sürətlə getsin, nəzərdə tutduğumuz bütün proqramlar, vəzifələr daha da səmərəli və sürətlə həyata keçirilsin. Biz buna çalışırıq və bunun üçün lazımi addımlar atılır. Görülən işlər artıq deməyə əsas verir ki, bizim atdığımız addımlar uğurlu olubdur. Azərbaycan bu son ilyarım ərzində həm beynəlxalq müstəvidə, həm də regional çərçivədə, ölkə daxilində öz gücünü daha da möhkəmləndiribdir. Prezident kimi mənim də vəzifəm ondan ibarətdir ki, ölkəmiz daha zəngin olsun, insanlarımız daha yaxşı yaşasın, bölgələrimiz daha da inkişaf etsin. Bir sözlə, Azərbaycan çox qüdrətli və regionda aparıcı dövlətə çevrilsin.
Biz bu istiqamətdə əlimizdən gələni edirik və edəcəyik. Amma yenə də deyirəm ki, bütün dövlət strukturları, bütün qurumlar çox fəal işləməlidir. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik və arxayınçılıq hissi də yaranmamalıdır. Biz hər gün, hər saat işləməliyik ki, ölkəmizdə gedən proseslər daha da sürətlənsin və Azərbaycan xalqı məhz bu görülən işlərin nəticəsində daha da yaxşı yaşasın.
Sosial məsələlərə diqqət göstərilir. Bu yaxınlarda əmək haqları, pensiyalar artırılmışdır. Yenidən biz bu məsələyə baxacağıq, yenidən sosial ödəmələrin qaldırılması üçün lazımi tədbirlər görüləcəkdir. Bunu etmək üçün, əlbəttə ki, iqtisadi inkişaf lazımdır, iqtisadi potensial lazımdır. Bu potensial Azərbaycanda var, lakin bizim bütün ehtiyaclarımızı, tələbatımızı ödəmir. Amma biz elə eləməliyik ki, həm iqtisadi inkişaf olsun, həm də insanlar bundan bəhrələnə bilsinlər. Bu istiqamətdə əmək haqqının qaldırılması ən vacib məsələlərdən biridir. Biz bunu bundan sonra da edəcəyik. Elə etməliyik ki, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşasın.
Sizə deyə bilərəm ki, 2005-ci ilin büdcəsi 2004-cü illə müqayisədə təxminən 30 faiz artıbdır. Yəni büdcəyə daxilolmalar 30 faiz artıbdır. Bu yaxınlarda yenidən büdcəyə dəyişiklik edilməlidir və əlavə artım nəzərdə tutulubdur. Eyni zamanda, bütün sosial ödəmələr də qaldırılmalıdır. Buna imkan var, Azərbaycanın potensialı güclənir və biz qarşıda duran bütün məsələlərin həllinə nail olacağıq. Amma bunu etmək üçün hərə öz yerində vicdanla işləməlidir, öz vəzifə borcunu yerinə yetirməlidir və əlbəttə ki, hamımız Azərbaycanın gələcək inkişafına öz töhfəmizi verməliyik. Qəbul edilmiş proqramlar bunu etmək üçün gözəl əsas yaradıbdır. İndi əsas məsələ odur ki, bunu icra edən qurumlar səmərəli işləsinlər və bütün nəzərdə tutulanlar həyatda öz əksini tapsın. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.
Bu gün artıq burada qeyd olundu ki, Şamaxıda televizor istehsalı zavodu açılır. Mən buna çox sevinirəm. Çox şadam ki, yüksək texnologiyaya malik müəssisə Bakıda yox, məhz Şamaxıda açılır. Bu, inkişafın göstəricisidir. Əgər Yaponiya texnologiyası ilə Şamaxıda televizor istehsalı mümkündürsə, bu, onu göstərir ki, bizim ölkə düzgün istiqamətdə inkişaf edir və ölkəmiz ildən-ilə güclənəcək, potensialımız ildən-ilə daha da böyük olacaq və nəticədə Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Azərbaycanın hər bir rayonu, hər bir şəhəri, hər bir kəndi, qəsəbəsi mənim üçün əzizdir və mənim Vətənimdir. Mən çalışmalıyam ki, Azərbaycanın bütün rayonları, bütün şəhərləri ölkədə gedən gözəl inkişaf prosesindən faydalansın.
Əziz şamaxılılar, mən sizi bir daha ürəkdən salamlayıram. Mən doğrudan da çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl idman kompleksinin açılışını qeyd edirik. Əlbəttə ki, bu kompleksdən ilk növbədə idmançılar istifadə edəcəklər, amma onu da bilməliyik ki, burada digər tədbirlər də keçiriləcəkdir. Çünki bu, Şamaxı rayonu üçün yeni bir obyektdir, yeni infrastrukturdur, gözəl binadır və burada müxtəlif tədbirlər təşkil olunacaqdır. Onu da deməliyəm ki, bu gün, bu açılışdan sonra, Şamaxıda məhz bu binada kredit yarmarkası keçiriləcəkdir. Bu da bir yenilikdir, bizim gördüyümüz işlərin əlamətidir.
Onu da bildirmək istəyirəm ki, sahibkarlara 2005-ci ildə kredit şəklində güzəştli şərtlərlə 200 milyard manat vəsait veriləcəkdir. 2004-cü ildə bu məbləğ 100 milyard manat idi, 2003-cü ildə cüzi bir rəqəm, haradasa 30-40 milyon manat idi. Builki 200 milyard manat dövlət büdcəsindən və müvəkkil banklar vasitəsilə sahibkarlara kredit veriləcək ki, onlar iş görsünlər, yeni iş yerləri açsınlar, yeni müəssisələr yaratsınlar. Yenə deyirəm, bu gün burada, bu idman kompleksində kredit yarmarkası keçiriləcəkdir. Bir sözlə, bu kompleks şamaxılılara xidmət edəcək və mən şübhə etmirəm ki, şamaxılılar bundan çox səmərəli istifadə edəcəklər.
Hamımız görürük ki, bu kompleks memarlıq baxımından da gözəldir və deyə bilərəm ki, son illər ərzində Şamaxıda tikilmiş bəlkə də ən yaraşıqlı binadır. Bu da çox vacibdir, çünki yeni infrastrukturun yaranması, yeni, yaraşıqlı binaların tikilməsi bizim şəhərlərimizi gözəlləşdirir. Bu binaları tikənlərə həmişə bir tövsiyəm var ki, onlar memarlıq baxımından da gözəl olmalıdır. Mən istəyirəm, hamımız istəyirik ki, Azərbaycanda tikilən bütün binalar gözəl olsun. Həm rahat, həm də memarlıq baxımından yaraşıqlı olsun. Hesab edirəm ki, bu binada bütün bu amillər öz əksini tapmışdır.
İdman kompleksinin açılışı münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram.
Sağ olun!

26 aprel 2005-ci il
Xəbər 1689 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru