Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
XXIX Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 29.08.2008 | Saat: 15:52:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
- Əziz olimpiyaçılar!
- Əziz dostlar!
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli olimpiya komandasının Pekin Yay Olimpiya Oyunlarında qazandığı böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Biz hamımız yaxşı xatırlayırıq ki, idmançıları Pekinə necə yola salırdıq. Yola salanda inanırdıq ki, idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayacaqlar, Azərbaycanın idman şöhrətini qoruyacaqlar və Vətənə qələbə ilə qayıdacaqlar. Belə də oldu. Belə fikirləşmək üçün bizim bütün əsaslarımız var idi. Çünki Azərbaycan idman dövlətidir. Bunu həm biz deyirik, həm də beynəlxalq idman qurumlarının rəhbərləri etiraf edirlər.
Azərbaycanda idman çox sürətlə inkişaf edir. Azərbaycanda çox güclü idmançılar var, güclü məşqçilər var. İdmançıların peşəkarlığı yüksək səviyyədədir. Bizim idmançılarımız keçən dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında böyük uğurlar qazanmışlar, medallar qazanmışlar. Azərbaycanda çox güclü idman infrastrukturu yaradılır. Bütün bölgələrdə müasir olimpiya idman kompleksləri tikilir. Onların 13-ü istismara verilibdir, 23-ündə isə tamamlanma işləri gedir.
Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına çox böyük dəstək var və məqsədyönlü proqramlar icra olunur. Yəni bütün bu amillər və bununla bərabər, idmana məsuliyyət daşıyan bütün qurumların - Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, federasiyaların, idman cəmiyyətlərinin, klublarının birgə fəaliyyəti belə deməyə əsas verirdi ki, idmançılarımız Vətənə qələbə ilə qayıdacaqlar. Mən çox şadam ki, bu gün biz bu böyük qələbəni birlikdə qeyd edirik.
Olimpiya oyunları kimi çox böyük və dünyanın ən mötəbər, birinci idman yarışında 7 medal qazanmaq çox böyük nailiyyətdir, böyük uğurdur və bizim hamımızı çox sevindirir. Müstəqil dövlət kimi Azərbaycan Yay Olimpiya oyunlarında dörd dəfə iştirak etmişdir və hər dəfə daha da böyük nailiyyətlər qazanmışdır. İlk dəfə Atlantada 1 gümüş medal qazanılmışdı, sonra Sidneydə 2 qızıl, 1 bürünc, ondan sonra Afinada 1 qızıl, 4 bürünc və bu dəfə Pekində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıldı. Bu, doğrudan da böyük nailiyyətdir və onu göstərir ki, idmançılarımızın çox böyük potensialı, çox böyük peşəkarlığı var.
Nəzərə alsaq ki, bizim idmançılarımızın bir neçəsi medala çox yaxın idi, yəni bir addımlığında idi, eyni zamanda, gümüş və bürünc medal qazanan idmançılar daha da böyük uğur əldə edə bilərdilər, - bəzən onların bəxti gətirmədi, bəzən təsadüf, bəzən hakimlərin qeyri-ədalətli qərarları ucbatından mümkün olmadı, - biz görürük ki, doğrudan da bizim çox böyük imkanlarımız var. Medalların sayı 10 da ola bilərdi, ondan da çox ola bilərdi, ondan da az ola bilərdi, çünki bu, idmandır. Siz idmançılar bunu yaxşı bilirsiniz ki, idmanda qələbə də olur, məğlubiyyət də olur. Qələbə bizi daha da ruhlandırır, məğlubiyyət isə nəticə çıxarmağa sövq edir. Hər bir yarışda idmançıların imkanları özünü büruzə verir, xüsusilə Olimpiya oyunlarında. Eyni zamanda, bu, idmançılarda çox böyük bir psixoloji gərginlik yaradır. Biz hamımız bunu da yaxşı başa düşürük. Bizim idmançılarımız göstərdilər ki, onlar həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən güclüdürlər, möhkəmdirlər və doğma Vətənin üçrəngli bayrağının dalğalanması üçün onlardan nə asılı idisə, onu etdilər.
Sevindirici hal ondan ibarətdir ki, medal qazanan bütün idmançılar Olimpiya oyunlarında ilk dəfədir ki, medal qazanırlar. Bu da çox vacib göstəricidir. Bu onu göstərir ki, son dörd il ərzində bu idmançılar belə böyük nailiyyətlərə çatıblar. Bu onu göstərir ki, keçən dörd il ərzində Azərbaycanda idmanın inkişafında, idmançıların hazırlanmasında çox böyük işlər görülmüşdür. Mən burada xüsusilə məşqçilərin fəaliyyətini qeyd etmək istəyirəm. Azərbaycanda çox güclü məşqçi korpusu yaranmışdır və bu da bizim uğurlarımızın vacib şərtidir. Yəni bütün bu amillər bizi idman dövləti kimi daha da gücləndirir, Azərbaycanın nüfuzu artır, Azərbaycanın idman imkanları daha da genişlənir.
Əlbəttə, mən tam əminliklə deyə bilərəm ki, bu uğurlu çıxışdan sonra gənc nəsildə, uşaqlarda idmanla məşğul olmaq üçün daha da böyük maraq olacaqdır. Bu, böyük stimul olacaqdır. Bizim çempionlarımız, medal qazanan idmançılar - onlar gənc nəsil üçün nümunədirlər. Bizim uşaqlarımız sizə oxşamaq istəyəcəklər. Onlar idman bölmələrinə daha da böyük həvəslə gedəcəklər. İndi bunu etmək üçün bütün imkanlar var. Qeyd etdiyim kimi, Azərbaycanda idman infrastrukturu çox güclənib və möhkəmlənibdir.
Əlbəttə, bütün bu amillər onu göstərir ki, müstəqil dövlət kimi Azərbaycan uğurla inkişaf edir. Müstəqilliyi şərtləndirən müxtəlif amillər var. Həm müstəqil siyasət aparmaq imkanlarımız, güclü iqtisadiyyat, güclü sosial siyasət, ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunması, Azərbaycanda təhlükəsizliyin təmin olunması - yalnız belə şəraitdə idmanın inkişafı mümkündür. Kasıb ölkələrdə, problemlərlə üz-üzə qalan ölkələrdə idman, adətən, sürətlə inkişaf etmir. Ümumiyyətlə, idmanın inkişafı hər bir ölkənin potensialının əlamətidir, onun təzahürüdür. Təsadüfi deyil ki, Azərbaycan - dinamik inkişaf edən ölkə, çox sürətlə inkişaf edən ölkə və iqtisadi artım baxımından son üç il ərzində dünyada birinci yerdə olan ölkə güclü idman imkanlarına da malikdir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və bu gözəl bayram günündə bunları deməklə, sadəcə olaraq, mən bizim son illər ərzində gördüyümüz işlərin bir hissəsini sizin diqqətinizə bir daha çatdırmaq istəyirəm.
Mən bütün idmançılara, bizim bütün qəhrəmanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Siz Azərbaycan xalqını sevindirmisiniz. İki həftə ərzində bütün vətənpərvər insanlar televiziya vasitəsilə sizin yarışlarınızı izləyirdilər, sizə azakeşlik edirdilər və sizin qələbənizi öz qələbələri kimi qəbul edirdilər. Bu, Azərbaycan dövlətinin qələbəsidir. Hər bir idmançının və eyni zamanda, Azərbaycan dövlətinin qələbəsidir.
Mən xüsusilə medal qazanmış idmançılarımızın fəaliyyətini vurğulamaq istəyirəm. Onlar çox gərgin şəraitdə medallar qazanmışlar. Onlar bu medallara layiqdirlər. Hamı görürdü ki, onlar öz məharəti, peşəkarlığı hesabına bu medalları qazanmışlar. Bir daha demək istəyirəm ki, bizim idmançılarımız daha da böyük nailiyyətlərə çata bilərdilər, əgər bəzi subyektiv məsələlər ortaya çıxmasaydı, bizim qızıl medalların da sayı çox ola bilərdi. Ümumiyyətlə, medal alan idmançıların sayı çox ola bilərdi. Ancaq mən əminəm ki, gələcəkdə, gələcək yarışlarda siz bu uğurlu yolu davam etdirəcəksiniz.
Bu Olimpiya oyunları bir mərhələ idi. Bu mərhələ artıq arxada qalmışdır. Növbəti dövr başlayır. Növbəti dövr ərzində siz Avropa, dünya çempionatlarında, beynəlxalq yarışlarda artıq çempionlar kimi, medal qazanan idmançılar kimi iştirak, çıxış edəcəksiniz. Əlbəttə ki, siz bütün yarışlarda favorit olacaqsınız.
Mən bir daha demək istəyirəm ki, milli komandanın bütün fəaliyyətini yüksək qiymətləndirirəm. Bu günlər ərzində biz daha da birləşdik, bütün Azərbaycan xalqı daha da birləşdi və siz Azərbaycan xalqına sevinc gətirmisiniz, təbəssüm və qürur hissi bəxş etmisiniz.
Mən bu gün xüsusilə bizim gənc çempionumuzu, Elnur Məmmədlini qeyd etmək istəyirəm. Hesab edirəm ki, Elnur bütün Olimpiya oyunlarında bütün idman növləri üzrə ən istedadlı idmançılardan biridir. Onun qələbəsindən sonra mən dedim ki, araşdırın, görün, Olimpiya oyunlarında belə bir hal olubmu ki, bir idmançı bütün görüşləri təmiz qələbə ilə başa vursun və final görüşündə dünya çempionunu cəmi 13 saniyə ərzində məğlub etsin, özü də gözəl şəkildə. Həm onun peşəkarlığı, həm onun vətənpərvərliyi və həm də ki, fəndləri çox estetik şəkildə etmək bacarığı bizim hamımızı heyrətləndirdi. Belə insanlar, belə gənclər hər bir gənc üçün nümunə olmalıdır. Bütün başqa idmançılar da çox gərgin mübarizədə qələbə qazanmışlar.
Ölkə prezidenti kimi və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən bütün Azərbaycan xalqı adından bütün idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz minnətdarlığımı bildirmək istəyirəm. İdmançıların uğurlu çıxışlarını nəzərə alaraq, mən bu gün onların və məşqçilərin dövlət tərəfindən mükafatlandırılması üçün müvafiq Sərəncam imzalamışam və bu, indi oxunacaqdır.
Sizi böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə növbəti qələbələr, uğurlar arzulayıram.

29 avqust 2008-ci il
Xəbər 3027 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru