Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Salyan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 07.09.2008 | Saat: 15:49:00 | E-mail | Çapa göndər
- Əziz salyanlılar!
- Əziz dostlar!
- Əziz idmançılar!
Bu gün Salyan rayonunun həyatında çox əlamətdar bir gündür. Salyanda gözəl Olimpiya İdman Kompleksi istismara verilir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Mən xatırlayıram, iki il bundan əvvəl Salyanda olarkən kompleksin tikintisi ilə tanış olmuşdum və o vaxt demişdim ki, bu gözəl idman qurğusu dünyanın ən yüksək standartlarına cavab verməlidir. Bu gün kompleksin bütün elementləri ilə tanış olarkən bir daha gördüm ki, doğrudan da bu belədir. Burada idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var, ən müasir şərait, dörd açıq meydança, böyük stadion, idman zalı, hovuz, digər idman zalları var. Yəni bu kompleksdə həm beynəlxalq yarışların keçirilməsi mümkündür, eyni zamanda, yerli idmançıların məşqləri üçün, təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün şərait vardır.
Bildiyiniz kimi, Azərbaycanda olimpiya idman komplekslərinin tikintisi çox geniş vüsət alıbdır. Ölkəmizin müxtəlif bölgələrində belə gözəl idman obyektləri tikilir. Son illər ərzində 13 idman kompleksi istismara verilmişdir, Salyan İdman Kompleksi 14-cüdür və növbəti illərdə 20-dən çox olimpiya kompleksi tikiləcəkdir. Bu, sadəcə olaraq, idman infrastrukturu deyil, bu, eyni zamanda, turizmin inkişafı üçün, rayonların inkişafı üçün gözəl şərait yaradır. Burada gözəl mehmanxana və digər qurğular tikilibdir. Yəni, bütün insanlar üçün, bir sözlə, burada idmanla məşğul olmaq üçün, peşəkar idmançılar üçün və eyni zamanda Salyan rayonunun sakinləri üçün hər cür şərait vardır. Mən çox istəyirəm ki, Azərbaycanda istismara verilmiş bütün yeni idman qurğularında daimi proses getsin, yəni uşaqlar, gənclər burada idman bölmələrində məşq eləsinlər, öz fiziki hazırlıqlarını daha da yüksək səviyyəyə qaldırsınlar.
Bildiyiniz kimi, Azərbaycanda idmanın inkişafı çox böyük addımlarla irəliyə gedir. Azərbaycan idman ölkəsidir, idman dövlətidir. Bizim beynəlxalq yarışlarda gözəl nəticələrimiz var, idmanın kütləviliyi inkişaf edir və biz bu məsələyə də çox böyük diqqət göstərməliyik. İdmanın kütləviliyi insanlarda idmana daha da böyük marağın yaranmasına gətirib çıxaracaq, uşaqlar daha da sağlam olacaqlar. Fiziki cəhətdən sağlam olan insan, mənəvi cəhətdən də sağlam olur. Beləliklə, Azərbaycanda gənc nəsil, uşaqlar, gənclər fiziki cəhətdən daha da güclü olacaqlar.
Əlbəttə, idmanın kütləviliyi hər bir ölkənin inkişafının əlamətidir. İnkişaf etmiş ölkələrdə bu, daha da geniş xarakter alır. Azərbaycan da bu yolu seçibdir. Bütün istiqamətdə atılan addımlar, görülən tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün şərait yaradır. Biz çox yüksək sürətlə inkişaf edirik. Sosial məsələlərin həlli,- idman da bu istiqamətdə çox vacib bir amildir, - əlbəttə, böyük əhəmiyyət daşıyır. İdmanın kütləviliyini daha da böyük dərəcədə təmin etmək üçün əlbəttə ki, bizim idman qələbələrimiz də olmalıdır və çox şadam ki, bu, var. İdmançılarımız son illər ərzində müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər, uğurlar qazanmışlar. Bu gün bizimlə bərabər burada Pekin Olimpiya Oyunlarının qalibləri də iştirak edirlər. Bizim idman şöhrətimizi yüksəklərə qaldıran insanlar - həm Pekin, həm Afina, həm Sidney, həm də Barselona Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən, Azərbaycanın dövlət bayrağını yüksəklərə qaldıran idmançılarımız buradadırlar. Onların uğurlu çıxışları və Pekin Olimpiya Oyunlarında böyük qələbə qazanmaları, əlbəttə ki, bizim hamımızı ruhlandırır və ilk növbədə uşaqları idmanla məşğul olmaq üçün daha da sövq edir. Mən əminəm ki, onların nümunəsi, qələbələri bütün gənc idmançılar üçün də bir örnəkdir. Mən şübhə etmirəm ki, bu böyük qələbədən sonra idman bölmələrinə uşaqların axını daha da sürətli olacaqdır. Biz bunu müşahidə edirik. Əvvəlki olimpiya oyunlarından sonra, qazanılmış qələbələr nəticəsində biz görürdük ki, idman bölmələrinə uşaqların axını daha da sürətli olur. İndi idmanla məşğul olmaq üçün demək olar ki, Azərbaycanın bütün bölgələrində gözəl şərait var. Bax, bu Olimpiya Kompleksinin timsalında biz bunu görürük. Biz görürük ki, bizim çox güclü idman infrastrukturu yaradılır.
Bu Olimpiya İdman Mərkəzində istənilən beynəlxalq yarışları da keçirmək mümkündür. Yəni Azərbaycanın indi bütün imkanları var ki, biz ən mötəbər beynəlxalq yarışları ölkəmizdə keçirək. Biz bunu edirik. Artıq dünya, Avropa çempionatları Azərbaycanda keçirilir və gələcəkdə belə imkanlar daha da geniş olacaqdır. Yəni, bir sözlə, onu bir daha demək istəyirəm ki, bu olimpiya idman komplekslərinin tikilməsi çox əlamətdar bir hadisədir və bir neçə məqsədi güdür: idmanın kütləviliyini, müasir idman və turizm infrastrukturunun yaranmasını, təlim-məşq toplanışlarının keçirilməsini. Eyni zamanda, mən istərdim ki, Salyan rayonunun sakinləri də bu idman kompleksinin imkanlarından səmərəli istifadə etsinlər, burada idmanla məşğul olsunlar və öz sağlamlıqlarını daha da möhkəmləndirsinlər.
Bütövlükdə, deyə bilərəm ki, son illər ərzində bu istiqamətdə görülən işlər məni çox sevindirir. Bizim gələcək fəaliyyət üçün də konkret planlarımız, proqramlarımız var. Bütövlükdə Salyanın inkişafına böyük diqqət göstərilir. Rayonun iqtisadi, sənaye potensialı artır, yeni müəssisələr yaradılır. Mənə verilən məlumata görə, son dörd il ərzində rayonda 10 mindən çox yeni iş yeri açılmışdır. Beləliklə, insanlar daha da yaxşı yaşamağa başlamışlar.
Salyanda sosial məsələlərin həlli sürətlə gedir. Mən bu gün səhər kənd məktəbinin açılışında iştirak edirdim və gördüm ki, çox yüksək səviyyədə tikilibdir. Bu da Dövlət Proqramının tərkib hissəsidir. Azərbaycanın bütün bölgələrində yeni məktəblər tikilir. Son dörd il ərzində 1400 yeni məktəb tikilmişdir və bu proses sürətlə davam etdirilir. Mənə verilən məlumata görə, indi Salyanda bütün məktəblərdə kompüter sinifləri yaradılmışdır. Biz kompüterləşmə proqramını demək olar ki, çox uğurla başa çatdırırıq. Bu, bir tərəfdən onu göstərir ki, dövlət siyasəti çox məqsədyönlüdür, digər tərəfdən, biz onu təhsilin keyfiyyətinin artmasında görürük. Bu məsələlər bir-biri ilə çox bağlıdır. Güclü sosial infrastruktur, eyni zamanda, tərəqqiyə, inkişafa gətirir.
Salyanda son illər ərzində 12 yeni məktəb tikilmişdir. Bir neçə məktəbdə əsaslı təmir işləri aparılmışdır və tikilməkdə olan məktəblər də var. Əlbəttə ki, gələcəkdə bu siyasət davam etdiriləcəkdir. Azərbaycanda bir dənə də yararsız, yaxud da qəzalı vəziyyətdə məktəb olmamalıdır, olmayacaqdır. Dörd ildə 1400 məktəbin tikilməsi bunun əyani sübutudur. Mən əminəm ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün məktəb infrastrukturu dünyanın ən yüksək standartlarına cavab verəcəkdir.
Salyan rayonunda sosial məsələlərin həlli üçün başqa tədbirlər də görülür. Mən xatırlayıram, keçən dəfə Salyanda olanda rayon xəstəxanasının vəziyyəti ilə tanış oldum və gördüm ki, vəziyyət o qədər də ürəkaçan deyil. Xəstəxana demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Bu gün mənə məlumat veriblər ki, artıq əsaslı təmir işləri tam başa çatıbdır. Mən bu gün o xəstəxana ilə tanış olacağam və xəstəxana ən yüksək dünya səviyyəsində tikilibdir. Bax, budur Azərbaycanın reallıqları. Azərbaycan vətəndaşları yaxşı şəraitdə yaşamalıdırlar, uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, yaxşı tibbi xidmət göstərilməlidir, infrastruktur işləri aparılmalıdır, yeni iş yerləri açılmalıdır. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz bu məqsədlərə çatırıq.
Bu gün Bakıdan gələrkən Bakını Salyanla birləşdirən yol tikintisinə də nəzər saldım. Bu yol ən müasir səviyyədədir. Bu yol Azərbaycan-İran sərhədinə qədər gedəcəkdir. Bu, insanlara rahatlıq gətirəcəkdir. Yol olan yerdə inkişaf da olur. Beləliklə, Azərbaycanın uğurlu inkişafı uzunmüddətli olacaqdır, dayanıqlı olacaqdır və Azərbaycan xalqına böyük uğurlar gətirəcəkdir.
Mən bir daha demək istəyirəm ki, biz iqtisadi islahatları aparmaqla ölkəmizin hərtərəfli inkişafına nail ola bilmişik. Biz bu gün kənd təsərrüfatına böyük diqqət göstəririk və kənd təsərrüfatının istehsalı ildən-ilə artır. Bu yaxınlarda Bakıda Azərbaycanda istehsal olunan məhsulların sərgisi keçirilirdi. Mən sərgi ilə tanış oldum. Bilirdim və bir daha gördüm ki, biz demək olar, ərzaq məhsulları ilə, onların böyük əksəriyyəti ilə özümüzü təmin edirik. Əvvəllər biz daha çox idxaldan asılı idik. Azərbaycanda bir çox strateji xarakter daşıyan ərzaq məhsulları xaricdən gətirilirdi. Biz nail ola bilmişik ki, bu gün özümüzü kənd təsərrüfatı məhsulları ilə 90-95 faiz səviyyəsində təmin edirik. Biz cəmi 4-5 il ərzində buna nəyin hesabına nail ola bilmişik?! Məqsədyönlü iqtisadi islahatlar, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, ölkəmizdə liberallaşma siyasətinin aparılması, sahibkarlara dövlət tərəfindən həm maddi, həm də mənəvi siyasi dəstəyin verilməsi, “Aqrolizinq” şirkətinin yaradılması, gübrənin, yanacağın fermerlərə güzəştli şərtlərlə verilməsi, Azərbaycanda fermerlərə hər il 100 milyon dollar həcmində güzəştli kreditlərin verilməsi - bax, budur dövlət tərəfindən görülən əsas işlər. Əlbəttə ki, bununla bərabər, infrastruktur işləri, elektrik xətləri, yollar və digər infrastruktur obyektləri. Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan vermişdir. Əgər Azərbaycan uzun illər, əsrlər boyu neft ölkəsi kimi tanınırdısa, Azərbaycan XXI əsrdə özünü müasir, inkişaf etmiş ölkə kimi tanıtdıracaqdır. Bunu deməyə əsas var. Son illər ərzində aparılan çox ciddi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Mən şübhə etmirəm ki, ölkəmizin gələcək inkişafı da uğurlu olacaqdır və hər bir rayonda abadlıq işləri aparılacaqdır, sosial infrastrukturun yaranması və təmiri üçün işlər görüləcəkdir və insanların rahat yaşaması üçün lazımi tədbirlər görüləcəkdir.
Mən çox şadam ki, Salyan rayonunun iqtisadi göstəriciləri də çox yaxşıdır. Burada istehsal olunan məhsulların ümumi həcmi artır, yeni iş yerləri açılır. Rayonun infrastrukturunun möhkəmləndirilməsi üçün Azərbaycan dövləti bundan sonra da öz səylərini göstərəcəkdir. Gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramında bütün rayonların problemləri öz əksini tapacaqdır, o cümlədən Salyan rayonunun növbəti beş il ərzində uğurlu inkişafı üçün əməli-praktiki tədbirlər orada göstəriləcəkdir.
Əziz salyanlılar!
Əziz dostlar!
Əziz idmançılar!
Bu gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

7 sentyabr 2008-ci il
Xəbər 3000 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru